Eldar Namazovun uşaqlığının ağacı - NOSTALJİ

11:02 07-06-2019 | icon 80 | Cəmiyyət
Eldar Namazovun uşaqlığının ağacı - NOSTALJİ

"Hər dəfə bu ağaca baxanda düşünürdüm ki, bu gün-sabah yıxılacaq..."

 

Politoloq Eldar Namazov uşaqlığının xatirəsiylə növbəti görüşündən yazıb. Versus.Az duyğusal hisslərlə yazılan həmin xatirəni təqdim edir.

 

Bu ağac haqqında bir dəfə yazmışdım. Yenə el-obada oldum, yenə “ömür ağacıma” baş çəkdim...

 

Uşaqlıqdan qalan bir xatirə... Kəndimizin yanında uca, qoca və qəribə ağac ucalırdı. Ağacın gövdəsinin aşağı hissəsi demək olar ki, oyulmuş bir mağaraya bənzəyirdi. 5-6 yaşında olarkən uşaqlarla bərabər biz orada yağışdan gizlənər, ocaq qalayardıq. Hər dəfə də ağacı görüb “mağarasına” baxanda düşünürdüm ki, bu ağac bu gün-sabah qırılıb yıxılacaq...

 

İllər keçirdi və hər dəfə el-obaya baş çəkəndə soruşurdum: “Ağacım salamatdır?”

Deyərdilər: “Narahat olma. Salamatdır...”

Beləliklə, 55 il keçdi...

 

Bu bayram günlərində səfərə çıxdım, el-obaya, həmçinin də ağaca baş çəkdim. Bilmirəm, nədən isə bu ağacın “uçmasını” axirət günü kimi sanırdım. Lakin 55 il keçməsinə baxmayaraq, ağac yenə də öz yerində durmaqdadır.

 
Dədə Qorqudun hər boyun sonunda xeyir-duası var:


“Yerli uca dağların yıxılmasın! 
Kölgәlik iri ağacın kәsilmәsin! 
Allaһ verәn ümidin üzülmәsin!”


Amin! Hər kəsə bu arzularla bir daha bayramınızı təbrik edirəm!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”