“Azərbaycan Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır”

13:30 16-03-2018 | icon 136 | Siyasət
“Azərbaycan Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır”

Azərbaycan prezidenti İlham Əliyev Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

 Versus.az xəbər verir ki, Paraqvay Senatının sədri Fernando Luqo Mendez VI Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirib və tədbirdə iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd edib. Paraqvay Senatının sədri vurğulayıb ki, tədbir iştirakçılarının coğrafiyasının daha da genişlənməsi, dünyanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştirakı beynəlxalq əməkdaşlıq işinə töhfə verir və eyni zamanda, gündəlikdə duran aktual məsələlərin müzakirəsi uçun də yaxşı bir platformaya çevrilir.

Dövlət başçısı Paraqvay Senatının sədri Fernando Luqo Mendezin VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd edib. Tədbirin beynəlxalq əhəmiyyətinə toxunan prezident İlham Əliyev Forumda müxtəlif səviyyəli nümayəndələrin iştirakının beynəlxalq məsələlərlə bağlı hərtərəfli müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğunu deyib. Dövlət başçısı Azərbaycanın Paraqvayla və eləcə də digər Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Söhbət zamanı Forumun həm də dinlərarası dialoqun və multikultural əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib. Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmlənməsində rolu xüsusi qeyd olunub, ölkəmizin regionda gərginliyin azaldılması işinə müsbət təsir göstərdiyi vurğulanıb.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb