Prezident Əbülfəz Elçibəyin dövlət başçısı seçilməsinin 27 ili tamam oldu

08:33 08-06-2019 | icon 26 | Tarix
Prezident Əbülfəz Elçibəyin dövlət başçısı seçilməsinin 27 ili tamam oldu

Oqtay Qasımov: “O dövr Azərbaycanın milli dövlətçilik tarixində müsbət mənada özünəməxsus yer tutacaq”

7 iyunda mərhum prezident Əbülfəz Elçibəyin dövlət başçısı seçilməsinin 27 ili tamam oldu. Hər ilin iyunu bir illik AXC hakimiyyəti üçün ən qızğın müzakirələrin getdiyi aydır. Elçibəy iqtidarına qarşı fərqli baxışlar mövcuddur. Xalq Cəbhəsi hökumətinin 1992-93-cü illərdə hansı işləri gördükləri, eləcə də görməli olub edə bilmədikləri işlər müzakirə edilir.

Versus.Az xəbər verir ki, Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov AXC hakimiyyətinin gördüyü işlərdən ən vacib olanları danışıb.

 “7 iyun Azərbaycan dövlətinin tarixində çox əhəmiyyətli bir gündür. Tariximizdə ilk dəfə olaraq, alternativ, demokratik şəraitdə seçkilər keçirildi. Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy Xalq Cəbhəsinin namizədi kimi 7 iddiaçının olduğu seçkilərə qatılıb və 59.5%-dən çox səslə ölkənin prezidenti seçilib. Onun hakimiyyətdə olduğu bir il hər bir siyasi lider üçün kifayət qədər kiçik zaman kəsimidir. Amma bütün bunlara baxmayaraq, Əbülfəz Elçibəyin rəhbəri olduğu milli hakimiyyət kifayət qədər ciddi işlər gördü, tarix qarşısında xidmətlərini göstərdi. Ən vacib işlərdən biri kimi, Azərbaycanda ordu quruculuğunun başladılması prosesini qeyd etmək olar. Ordumuz ilk dəfə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə uğurlu əməliyyat keçirdi, xaricdən göndərilən separatçılara qarşı əməliyyat nəticəsində ermənilər tərəfindən işğal edilən Ağdərə, Ağcakənd düşməndən təmizləndi. Elçibəyin dövründə pul vahidi dövriyyəyə buraxıldı. O, hakimiyyətdən gedənə qədər Qafqazda ən işlək və dəyəri yüksək olan valyuta kimi qiymətləndirilib.

AXC hakimiyyəti ile ilgili görsel sonucu

Bundan başqa, Əbülfəz bəyin zamanında uzun müddət ehtiyac duyulan təhsildə islahatlar həyata keçirildi, universitetlərə qəbul üçün test üsulu tətbiq olundu. İlk dəfə olaraq minlərlə azərbaycanlı gənc heç bir neqativ hallar olmadan təhsil almaq imkanı qazandı. Bundan başqa, Əbülfəz Elçibəyin şəxsi iradəsi ilə həyata keçirilən çox mühüm hadisə Azərbaycan rus ordusunun çıxarılması oldu. Xüsusilə bu ona görə önəmlidir ki, nəinki Şərqi Avropa, Almaniya kimi böyük dövlətin ərazisində rus ordusunun hərbi birləşmələri qaldığı halda Azərbaycanda bu problem sivil, operativ şəkildə həll edildi, rus ordusu ölkədən çıxarıldı. Xalq Cəbhəsi hakimiyyəti dövründə yüzdən artıq dərslik milli-mənəvi dəyərlərimizə uyğun şəkildə yenidən yazıldı, şagirdlərin istifadəsinə verildi. Bir illik hakimiyyət dövründə keçmiş sovet dövründən qalmış iqtisadi sistemdə dəyişikliklər başladı, müasir dövrün tələblərinə uyğun olaraq bazar iqtisadiyyatına keçid üçün lazım olan dövlət qurumları yaradılmağa başladı, bank sistemində islahatların aparılması barədə qərarlar qəbul edildi. Bir il ərzində Milli Məclis bu istiqamətdə yüzdən artıq qanun layihəsini müzakirə edib təsdiqləyib. Görülən tədbirlər nəticəsində 1993-cü ilin mart ayından başlayaraq, əvvəlki sistemdən, yəni sovet dövründən qalan iqtisadi böhran dayandırıldı, artıq iqtisadi artım müşahidə olunmağa başladı, 6% artım müşahidə olundu. Müasir tipli ordunun qurulması üçün də ciddi addımlar atıldı. Bu sahədə Türkiyə ilə əməkdaşlıq üçün şərait yaradıldı, türk hərbi mütəxəssisləri ordu quruculuğuna cəlb olundular. Əbülfəz Elçibəyin bir il müddətində xarici siyasətlə bağlı müəyyən etdiyi kurs bu gün də davam etdirilir”.

Oqtay Qasımov ile ilgili görsel sonucu

Oqtay Qasımov

O.Qasımov qurduqları böyük planların həyata keçməməsindən də danışdı: “O hakimiyyətin məhsuldar işlədiyini söyləmək olar. Çox böyük planlar qurulmuşdu. Azərbaycanın inkişafı üçün çoxlu layihələr planda tutulmuşdu. Təəssüflər olsun ki, onları həyata keçirmək imkanı verilmədi. 4 iyun qiyamı ilə hər şey durduruldu. Bu qiyamı bir növ 1920-ci il 27 apreldə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnən hadisələr kimi qiymətləndirmək olar. O hadisələr ölkəmizdə demokratik quruculuğu necə dayandırdısa, 4 iyun qiyamı da eyni mərkəzdən idarə olunaraq, demokratik quruculuğa, inkişafa ciddi zərbə vurdu. Amma bütövlükdə Əbülfəz Elçibəyin milli hakimiyyəti yaddaşlarda qalıb. Ən layiqli qiyməti tarix, tədqiqatçılar verəcək. Biz o dövrü yaşamış və həmin dövrdəki hadisələrin şahidi kimi deyə bilərik ki, o dövr Azərbaycanın milli dövlətçilik tarixində müsbət mənada özünəməxsus yer tutacaq”./Müsavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”