Qonararsız işləməyə məcbur qalan politoloqlar...

08:42 08-06-2019 | icon 116 | Siyasət
Qonararsız işləməyə məcbur qalan politoloqlar...

Dünyanın aparıcı ölkələrində tanınmış politoloqların aylıq gəlirləri kifayət qədər yüksək olur. Onlar təhsil müəssisələrində mühazirələr deməklə, mətbuatda şərhlər verməklə pul qazanırlar.

 

Məsələn, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton vəzifəsindən uzaqlaşdığı 16 ay müddətində 12 milyon dollar qazanıb.

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də hakimiyyətdən getdikdən sonra ABŞ-ın Tafts Universitetinin yanında Fletçer adına hüquq və diplomatiya məktəbində Avropa idarəetməsi üzrə mühazirələr deyib.

 

Bunun müqabilində məbləğ açıqlanmasa da eks-prezidentin yüksək qonorar aldığı bildirilir. Bəs bizdə necədir?

“Mən politoloq olaraq elə hamı kimi dolanıram. Heç bir yerdən gəlirim yoxdur, qonorar da almıram. Bu fəaliyyətim könüllü, ictimai əsaslarla olan fəaliyyətdir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi şərhçi Nəzakət Məmmədova “Yeni Müsavat”ın  sorğusunu cavablandırarkən belə deyib.

Onun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində hər yerindən duran analitik olmur: “Heç də özünə hörmət edən ölkələrdə hər təsadüfi insan, müvafiq sahədə elmi məqalələri olmayan, ictimai fikrə təsir imkanı, nüfuzu olmayan şəxslər politoloq kimi qəbul olunmur.

Cəmiyyətin qəbul etdiyi əsl savadlı, dəyərli fikir, tezis bildirən politoloqlara isə qonorar ödənilir. Media o vaxt politoloqa qonorar ödəyə bilər ki, onun fikirləri saytlara, qəzetlərə reytinq gətirsin, media buradan pul qazansın və o puldan politoloqa qonorar ödəsin".

N.Məmmədova hesab edir ki, özünə hörmət edən media bu sahədə savadı, erudisiyası, ideyaları olmayan şəxsdən heç fikir belə alıb onu cəmiyyətə təqdim etmir:

“Bizdə isə hər sahədə olduğu kimi, təəssüf ki, bu sahədə də təsadüfi şəxslər var. Hansısa yollarla, vasitələrlə bəzi mətbuat orqanlarına sızıb cəmiyyətə özlərini sırımağa çalışırlar.

Elələri var ki, özlərini politoloq, ekspert kimi pafosla təqdim etməkdən utanmır, üstəlik, beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə mütəxəssis kimi təqdim edir. Mən Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm.  Ancaq özümü beynəlxalq hüquq və münasibətlər üzrə mütəxəssis təqdim etmirəm, diplomumda beynəlxalq münasibətlər üzrə mütəxəssis yazılıb, o cür də təqdim edirəm".

Müsahibimiz bildirdi ki, o cür yalançı şəxsləri cəmiyyətə yalandan sırıyan media mənsubları düşünməlidir:

“Bu, ona bənzəyir ki, məsələn, türkəçarə ilə məşğul olan adamı yüksək ixtisaslı həkim, tibb mütəxəssisi kimi insanlara təqdim edəsən.

Bu, cəmiyyəti, insanları aldatmaqdır. Yevtuşenkonun gözəl bir şeiri var, orada deyilir ki, çətin tapşırıqdan yox, ucuz şöhrətdən qorxmaq lazımdır.

Ucuz şöhrətə can atan, millət vəkili olmaq, yaxud başqa vəzifə tutmaq məqsədilə yalandan mənasız şərhlər verən bəzi politoloqlar hansı haqla mediadan qonorar tələb edə bilər?!

Mənasız, boş fikirlərlə mediaya yük olan politoloq hələ şükür eləsin ki, media ona yer verib, onu reklam edir. Təbii ki, bu dediklərim nə bütün media orqanlarına, nə də bütün politoloqlara aiddir".

N.Məmmədova çıxış yolunu dövlətin bu sahəyə nəzarəti artırmasında görür: “Müəyyən kriteriyalar müəyyən edilməli, aidiyyəti olmayan, təsadüfi şəxslər bu sahədən kənarlaşdırılmalı, yalnız müəyyən standartlara, kriteriyalara uyğun şəxslər burada fəaliyyət lisenziyası almalıdır. Ondan sonra müvafiq attestasiyadan keçən şəxslər qanuni politoloq kimi fəaliyyət göstərə bilərlər”.

 

 

Politoloq Elxan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzini 14 ildir təsis etdiyini bildirdi:  “Təəssüf ki, Ədliyyə Nazirliyi bizi qeydiyyata almır. Səbəbini mənə izah etmirlər. Dövlət qeydiyyatımız olmadığına görə rəsmi ofisimiz də yoxdur.

Mərkəzin ekspertləri  ilə ya hansısa müvəqqəti məkanda, ya da evimdə oturub müzakirələr və iş bölgüsü aparırıq. Mən 3 dəfə sənədlərimi təqdim etsəm də, Ədliyyə Nazirliyi məni qeydiyyatdan keçirmədi. Buna baxmayaraq, biz öz işimizlə məşğuluq, həftəlik hesabatlar hazırlayırıq, Azərbaycanla bağlı vacib hadisələrə anında reaksiya verir, analizlər hazırlayır və bunu mediada yayınlayırıq.

Qərbi Kaspi Universitetində dərs dediyim müddətdə tələbələrim içərisində fəalları seçdim, onlarla il yarım məşğul oldum və indi fəxr edirəm ki, ən azı 5-6 tələbəm mediada ekspert kimi çıxış edir, bu və ya digər hadisələrə münasibət bildirirlər".

Ekspert öz imkanları hesabına fəaliyyət göstərdiyini söylədi: “Nə daxildən, nə də xaricdən heç zaman qrant almamışam. Televiziyalardakı çıxışlarıma, qəzetlərdəki açıqlamalarıma və yayınladığım analizlərə görə heç yerdən qonorar almıram. Hansısa media quruluşunun siyasi ekspertlə və ya analitiklə müqavilə əsasında əməkdaşlıq etdiyini də eşitməmişəm. Mənə də bu günə qədər heç bir media quruluşu bu əsasda əməkdaşlıq etməyi təklif etməyib.  Halbuki özümün bir müddət çalışdığım internet televiziyalardan birində aparıcı kimi çağırdığım qonaqlara hər gəlişlərində kifayət qədər yüksək qonorar verilməsinə nail olmuşdum.

Bunu ona görə etmişdim ki, dəvət etdiyim qonaqların fikirləri dəyərlidir, həmin şəxs beyin məhsulunun daşıyıcısıdır və həmin məhsul qiymətləndirilməlidir.

O, həmin məhsulu hazırlayana qədər xeyli informasiya ilə tanış olub, onları analiz edib və öz fikirlərini izləyicilərlə bölüşüb. Çox təəssüf ki, hazırda ölkəmizdə beyin məhsulu qiymətləndirilmir.

Elxan Şahinoğlu: ile ilgili görsel sonucu

Elxan Şahinoğlu: “Bu fəaliyyətimə görə mən əmək haqqı almıram”

Elə bilirlər ki, elə belə də olmalıdır. Ona görə də bizdə politoloqların sayı azdır. Çünki politoloq öz peşəsindən birbaşa pul qazanmır. O, haradasa işləmək məcburiyyətindədir. Ancaq ikisini bir arada tutmaq da çətindir".

E.Şahinoğlu dedi ki, gündə ən azı 10-15 jurnalistin sualına cavab verir: “Yazılı cavablar göndərirəm, televiziyalara dəvət olunuram. Başqa sözlə, günümün əksər hissəsini buna sərf edirəm. Əgər özümü politoloq və ya siyasi analitik adlandırıramsa, bunu etməliyəm. Çünki özüm də istəyirəm ki, müxtəlif məsələlərlə bağlı həm öz fikirlərimi, həm də mərkəzimizin analizlərini cəmiyyətlə paylaşım. Ancaq bu fəaliyyətimə görə mən əmək haqqı almıram”.

İlham Şaban ile ilgili görsel sonucu

İlham Şaban: “Azərbaycandan kənarda çıxışım azı 500 dollardır”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın məsələyə baxışı fərqlidir. Onun sözlərinə görə, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovdan 10 dəqiqəlik müsahibə 5 min avrodur: “Ağıllı söz deyən adama hər yerdə pul verilir. Vahid Ələkbərova 10 dəqiqəlik müsahibə üçün hər hansı media 5 min avro ödəyir.

Çünki onun ağzından çıxan söz dünya birjasına təsir edir. Amma hamı eyni sözü danışanda cəmiyyət üçün maraqsızdır, rəngarənglik olmalıdır. Bizdə dədə-baba qaydasıdır".

İ.Şabanın sözlərinə görə, Rusiyada Bakı pomidorunun qiyməti ilə kimsə maraqlanmır: “Amma məndən soruşurlar ki, neft niyə düşdü, ya niyə qalxdı? Bunu məndən niyə soruşursan? Sən soruş Azərbaycanda neftin qiyməti necə formalaşır. Məni hara çağırırlarsa hər çıxışım qonorardır. Yəni bu bazara girəndən kommersiya ilə işləyirəm, şirkətlərlə əməkdaşlıq edirəm. Məsələn, 50 sifariş ola bilər, amma pul verməsən gəlmirəm”.

İ.Şaban Azərbaycandan kənarda çıxışının azı 500 dollar olduğunu bildirdi: “Azərbaycanda isə hər çıxışım 500 manatdan aşağı deyil. O da var ki, medianın azad reklam bazarı olmalıdır və ekspertin çıxışına əldə etdiyi gəlirdən qonorar ödəyə bilməlidir. İntəhası, hamıya yox. Bizdə birja, səhm, qırmızı xətt, yaşıl xətt anlayışlarını bilməyənlər nə gəldi danışırlar. Ona görə ictimaiyyətə müəyyən qədər enerji sərf edirəm, əsas gücüm kommersiya şirkətlərinə gedir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

ALDP sədri avropalı diplomatla görüşüb

Füzulinin Soyuqbulaq Xatirələrindən 

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

Cəbrayılovun şok telefon danışığı /audio/