İşgüzar kitabların təqdimatı keçirildi

11:27 08-06-2019 | icon 24 | Təhsil
İşgüzar kitabların təqdimatı keçirildi

1 saylı Bakı DOST mərkəzində DOST Agentliyinin təşkilatçılığı və “EKVİTA” MMC-nin dəstəyi ilə "Könüllü DOST"lar üçün "Könüllük: uğur formulu" adlı master-klass və "Gəncsən? Başla!", "MəqsədliSən?!", "Könüllülük: uğur formulu" adlı kitabların imza günü təşkil edilib.


Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə müəllif tərəfindən yazılan kitablarda real və praktiki nümunələrə geniş yer verilib. Kitablar yeniyetmə, gənclər, tələbələr və könüllülərin işgüzar inkişafına dəstək məqsədi ilə yazılıb.


Versus.Az  xəbər verir ki, gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə Dr. dosent Nadir Adilov tərəfindən yazılan "Gəncsən? Başla!", "MəqsədliSən?!" və həmçinin həmmüəllif kimi qələmə aldığı "Könüllülük: uğur formulu" adlı kitabları müəllif tərəfindən DOST Mərkəzinin könüllülərinə, gənclərə imzalı təqdim olunub.


Tədbirdə həmçinin BMT-nin Könüllülük proqramının koordinatoru, xanım Kim Kiyoun təşkilatın könüllülük proqramı barədə təqdimatla çıxış edib. O, DOST könüllülərinə BMT-nin könüllülük proqramı və bu proqrama qoşulmaq barədə məlumat verib. Xanım Kiyoun onlayn könüllülük haqqında tədbir iştirakçılarının suallarını da cavablayıb.

 Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"