"Break dance" və hip-hop rəqsləri üzrə müsabiqə keçiriləcək

12:19 08-06-2019 | icon 26 | Mədəniyyət
"Break dance" və hip-hop rəqsləri üzrə müsabiqə keçiriləcək

9 İyun 13:00-da Caspian Flava Crew təşkilatçılığı ilə Break dance & Hip-Hop rəqsləri üzrə “Caspian Style Jam” adlı müsabiqə keçiriləcək.

 

Versus.Az xəbər verir ki,  müsabiqə Bakı Olimpiya Stadionunda baş tutacaq.

Yarışma 2017-ci ildən Caspian Flava Crew tərəfindən Azərbaycanda Break dance və Hip-Hop rəqslərinin inkişafı üçün təşkil olunmuş çempionatdır. Yerlər münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyəti: Moskova şəhərindən Break Dance üzrə bir çox dünya yarışlarının qalibi və həmin rəqs üzrə peşəkar müəllim Aslan Neymətov (Bboy Stimo), Saratov şəhərindən Hip-Hop üzrə peşəkar müəllim və eyni zaman da bir çox yarışların qalibi Vusal Qasanov ( Vusalizm).

“Yarışmanın keçirilməsində məqsəd Break Dance və Hip-Hop mədəniyyətinin daim inkişaf etməsi, bu rəqslərlə məşğul olan bacarıqlı gənclərin kənarda qalmaması, onların üzə çıxarılmasına təkan vermək əsas məqsədlərdən biridir. Belə ki, həmin gənclərin üzə çıxarılması, onlara bu sahədə köməkliklərin göstərilməsi ilə həmin gənclər dünya üzrə keçirilən yarışlarda ölkəmizi təmsil edə bilərlər. Bununla yanaşı müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri bu rəqslərə cəlb etmək digər məqsədlərdən biridir.” – bildirdi yarışmanın təşkilatçısı, Break Dance rəqsi üzrə rəqqas Kamran Quliyev.
Artıq xarici ölkələrdən, regionlardan yarışmaya iştirakçılar qatılıb: Gürcüstan, Estoniya, Rusiya və s.
Müsabiqənin qaliblərinə isə aşağıdakı mükafatlar veriləcək:

Break dance pro 1 yer – 500 AZN
Hip-hop pro 1 yer – 500 AZN
Break dance kids – 200 AZN
Hip -hop kids -200 AZN


8 İyun Nero Dance Studioda Break Dance və Hip-Hop üzrə Master Class keçiriləcək. Master Class Vusal Qasanov və Aslan Neymətov tərəfindən veriləcək.


Hip-Hop – 8 iyun 14:00 – 15:00
Break Dance – 8 iyun 15:00 – 16:00
Qeyd: Master Class dərslərinə giriş ödənişlidir.

 

“Bildiyiniz kimi artıq Break Dance bir idman növü olaraq Olimpiya idman oyunlarının siyahısına qəbul olunub və bu tədbirlə biz artıq olimpiya oyunlarına 5 illik hazırlıq işlərimizə başlayırıq. Yəni ki bu tədbirdə break dance üzrə müəllimlər, hakimlər, uşaqlar yığılacaq və bu tədbir ilk olaraq onlar üçün məlumat formasını daşıyacaq. Təbii ki, uşaqlar arasında Azərbaycan Çempionatı keçiriləcək və bir qrum olaraq, yəni Azərbaycan Break Dance Federasiyası olaraq, bu 5 ildə planlaşdırılmış işlərlə bağlı məlumat veriləcək, bu işlərin içində məktəblərin çoxalması, hər yaş kateqoriyası üzrə Azərbaycan yığma komandasının yaradılması və yığma komandaya məşqçinin yəni müəllimin təyin edilməsi və s. əsas məqsədlərdən biridir. Bu 5 il ərzində biz çalışacağıq 13, 14, 15 yaşlı idmançılara çox diqqət yetirək ki, 5 ildən sonra olimpiya oyunlarında Azərbaycanın çox güclü bir yığma komandası olsun. Artıq 2012, 2013, 2014-cü illərdə Azərbaycanın Hip-hop və Break dance üzrə komandaları dünyada çox böyük nailiyyətlər qazanıblar. Biz əminik ki, Break dance sahəsində gələcək nəslimiz də həmin nailiyyətlərə nail olacaqlar.” – deyə bildirdi Azərbaycan Rəqs Assosiasiyasınnın prezidenti və Azərbaycan Gənclər İttifaqının ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə