Milli Məclisin komitə iclaslarına QHT-lər də cəlb olunurlar

13:10 08-06-2019 | icon 33 | Siyasət
Milli Məclisin komitə iclaslarına QHT-lər də cəlb olunurlar

Tbilisidə keçirilən “Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı beynəlxalq konfrans başa çatıb.

 

Versus.Az-ın məlumatına görə, tədbirin sonuncu günündə çıxış edən ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti və büro üzvü, parlamentinin deputatı Azay Quliyev Azərbaycanda parlamentlə vətəndaş cəmiyyəti aktorları arasında hökümətin fəaliyyətinə nəzarət mexanizmləri sahəsində əldə edilən nailiyyətləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

A.Quliyev bildirib ki, bir qədər əvvəl Azərbaycan parlamenti ilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası arasında anlaşma memorandumu imzalanıb:

“Memoranduma əsasən qanun yaradıcılığı prosesində QHT-lərin də iştirakı təmin olunub. Artıq Milli Məclisin komitə iclaslarına QHT-lər də cəlb olunurlar. Hesab edirəm ki, bu da bizim qanunların daha təkmil formada qəbuluna şərait yaradır”.

A.Quliyev vurğulayıb ki, QHT-lərin də iştirakı ilə hazırlanan “İctimai iştirakçılıq haqqında” qanun qərarların effektivliyinin artırılmasına müsbət təsir edir:

“Azərbaycanda qəbul edilən “İctimai iştirakçılıq haqqında” qanuna əsasən parlament könüllü şəkildə öz üzərinə öhdəlik götürüb ki, bütün qanun layihələrini birinci oxunuşdan sonra öz saytında yerləşdirsin və QHT-lər, həmçinin vətəndaşlar öz təklif və rəylərini istənilən qanun layihəsinə bildirsinlər”.

Millət vəkilinin sözlərinə görə “İctimai iştirakçılıq haqqında” qanuna əsasən bütün mərkəzi və yerli İcra hakimiyyətlərinin nəzdində ictimai şuraların yaradılması nəzərdə tutulur. Bu şuralarda medianın və QHT-lərin təmsil olunması hökümətin fəaliyyətinə ictimai nəzarəti təmin etmək baxımından unikal rol oynayır.

 

A.Quliyev Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti və bu sahədə əldə edilən nailiyyətlərini də konrans iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, bu konsepsiya uzun illərdir çox şəffaf bir şəkildə həyata keçirilir və onu fəaliyyəti nəticəsində parlamentin ictimai nəzarət mexanizmləri daha da gücləndirilir.

“Şuranın fəaliyyətinin qurulmasında əsasən qeyri hökümət təşkilatları iştirak edir. Onun 11 nəfər üzvündən 8-i QHT təmsilçiləridir. Bütün qərarlar da əsasən onlar tərəfindən qəbul olunur. Bu gün şura çox açıq şəkildə dövlət dəstəyi, eləcə də maliyyə dəstəyi həyata keçirir. Biz bu maliyyə dəstəyini daha da inkişaf etdirmək üçün “SƏLİS” proqramı yaratmışıq. Bizim xidmətlərimiz artıq elektronlaşdırılıb və kifayət qədər şəffaf, açıq, əlçatan və obyektiv şəkildə həyata keçirilir”.

A.Quliyev qeyd edib ki, Azərbaycan parlamentlə vətəndaş cəmiyyəti arasında əlaqələrin inkişaf etdirilməsi sahəsində əldə etdiyi təcrübələrini digər dövlətlərlə paylaşmağa hazırdır.

Qeyd edək ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev konfransın “Parlament nəzarətində plenar və komitə iclaslarının rolu” mövzusunda keçirilmiş I sessiyasına moderatorluq edib. Konfransda Azərbaycanla yanaşı Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Moldova parlamentlərinin üzvləri, eləcə də Gürcüstandakı diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident İlham Əliyevə açıq məktub

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

“Sumqayıtda ədəbi həyat”

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Bu ölkənin paytaxtı dəyişdirilir