"Nəsimi dilinin izahlı lüğəti hazırlanmalıdır"

14:58 10-06-2019 | icon 17 | Cəmiyyət
"Nəsimi dilinin izahlı lüğəti hazırlanmalıdır"

Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin dilinin izahlı lüğəti hazırlanmalıdır.

 

Versus.Az xəbər verir ki, bunu AMEA Dilçilik Institunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Nəsiminin dilində eyni bir söz iki mənada - həm müstəqil, həm də hürufi mənada işlənir:

 

"Ona görə də bu sözlərin tədqiqatını aparmaq lazımdır. Hesab edirəm ki, Nəsimi yaradıcılığında sözlərin lüğəti mənası ilə yanaşı, hürufi mənasını da araşdırmaq lazımdır".

 

M.Nağısoylu əlavə edib ki, Nəsiminin şeirləri 14-cü əsrdə yazılsa da, bugünkü oxucu tərəfindən də başa düşülür:

"Nəsiminin dili onun özü haqqında güclü və aydın informasiya verir. Şair şeirlərində milli dil vahidlərindən yüksək səviyyədə istifadə edərək Azərbaycan dilini təzyiqlərdən qoruyub, özündən sonra gələn xələflərinin söz meydanında parlamasına zəmin yaradıb. O, Azərbaycan dilindən sistemli şəkildə, məhəbbətlə istifadə edib. Nəsimi Azərbaycan ədəbi dilinin banisidir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”