Magistraturaya qəbulda bu test tapşırıqlarında səhv aşkarlanıb - DİM açıqladı

20:48 10-06-2019 | icon 25 | Təhsil
Magistraturaya qəbulda bu test tapşırıqlarında səhv aşkarlanıb - DİM açıqladı

Magistraturaya qəbul imtahanının nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyasının məlumatı açıqlanıb.

 

Versus.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının 26 may 2019-cu il tarixində keçirilmiş II mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində yaradılmış Apelyasiya Komissiyası 27 ‑ 31 may 2019-cu il tarixlərində fəaliyyət göstərmişdir.

 

Qeyd olunan müddət ərzində 204 bakalavr Apelyasiya Komissiyasına müraciət etmişdir. Həmin bakalavrlar DİM-ə dəvət olunaraq, Apelyasiya Komissiyasının üzvləri və ekspertlər tərəfindən onların müraciətlərinə baxılmışdır. Komissiya üzvləri onların ayrı-ayrı test tapşırıqları və yazı işləri ilə bağlı suallarına aydınlıq gətirmiş və bakalavrların yerinə yetirdikləri yazı işlərində yol verdikləri səhvləri izah etmişlər.

 

Bundan əlavə, Apelyasiya Komissiyasının qərarına əsasən, bəzi proqramlarda açıq formalı hesablama tapşırıqlarının cavabını tapıb yuvarlaqlaşdırmada səhvə yol verənlər üçün (2 saylı proqramın 50 №-li açıq formalı test tapşırığına Azərbaycan bölməsində “6.3” cavabını, 32 saylı proqramın 50№-li açıq formalı test tapşırığına Azərbaycan və rus bölmələrində “2” cavabını, 55 saylı proqramın 47№-li test tapşırığına Azərbaycan və rus bölmələrində 91,875; 91,8; 91,9; 92 cavabını, 58 saylı proqramın 47 №-li test tapşırığına 275,55 cavabını verən bakalavrların da cavablarının düzgün hesab edilməsi barədə), eləcə də sualın mətnində yolverilən texniki səhv nəticəsində yaranan problem təkrar ekspertizada aşkar olunaraq bakalavrların xeyrinə (1 saylı proqramın 27 №-li test tapşırığı bu proqram üzrə imtahan vermiş bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi hesab edilməsi, 20 saylı proqramın 35 №-li test tapşırığının düzgün cavabı kimi Azərbaycan və rus bölmələrində A bəndinin də düzgün cavab kimi götürülməsi, 73 saylı proqramın 12 №-li test tapşırığında diaqram olmadığına görə bu test tapşırığı bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi, 42 saylı proqramın 43 №-li seçim tipli qapalı formalı tapşırığında texniki səhvə görə düzgün cavablar heç bir cavab bəndində tam əksini tapmadığı üçün bu test tapşırığı bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi barədə) müvafiq qərarlar qəbul edilmişdir.

 

Əlavə olaraq bildirək ki, 42 saylı proqram üzrə 31 bakalavr tərəfindən əsasən 6 test tapşırığı (1, 7, 14, 41, 43 və 50 saylı) ilə əlaqədar komissiyaya müraciət olunmuşdur. Bu proqram üzrə də imtahanda istifadə olunmuş test tapşırıqları həmin tapşırıqlar test bankına daxil edilərkən onları ekspertiza edən ekspertlər, həmçinin digər 3 ekspert tərəfindən geniş tərkibdə elmi-metodiki ekspertizadan keçirilmişdir. Ekspertizanın nəticələrinə əsasən, cəmi 1 test tapşırığında texniki səhv olduğu aşkar edilmişdir. Həmin 43 №-li test tapşırığı seçim tipli qapalı formalı tapşırıqdır və təəssüf ki, texniki səhvə görə düzgün cavablar heç bir cavab bəndində tam əksini tapmayıb. Buna görə də bu test tapşırığının həmin proqram üzrə imtahan vermiş bütün bakalavrların xeyrinə onlar tərəfindən düzgün cavablandırılmış kimi götürülməsi qərara alınmışdır. 42 saylı proqram üzrə digər tapşırıqlarda hər hansı texniki və ya elmi-metodiki səhv aşkar olunmamış və bütün tapşırıqların qəbul proqramı çərçivəsində hazırlandığı bir daha öz təsdiqini tapmışdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...