Fransalı mer Dağlıq Qarabağdakı separatçılarla bağlı qərarını alqışlayıb

13:43 11-06-2019 | icon 37 | Qarabağ
Fransalı mer Dağlıq Qarabağdakı separatçılarla bağlı qərarını alqışlayıb

Fransanın Kolmar şəhərinin meri Jilber Meyer Serji (Cergy) İnzibati Məhkəməsinin Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyasını qeyri-qanuni sayaraq ləğv etməsini alqışlayıb.

 

Versus.Az "Report"-a istinadən bildirib ki, tərəfdaşlıq haqqında "sənədi" imzalamazdan əvvəl məsələ ətrafında dərindən düşünülməyib.

 

"Belə "sənədlərə" imza atmamışdan əvvəl vəziyyəti öyrənmək lazımdır. Yaxşı fikirləşmək lazımdır ki, sonradan məhkəmə qarşısında cavab vermək məcburiyyəti yaranmasın", deyə J.Meyer vurğulayıb.

 

Qeyd dək ki, Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi mayın 29-da Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan "Dostluq Xartiyası"nı ləğv edib. Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və "sənəd" imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülmüşdü. Şikayətə baxan Fransanın Val d’Oise Departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi fransalı merin əleyhinə qərar verib və "xartiyanı" ləğv edib.

 

Bu, Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək naminə bitərəflik prinsiplərinə qəsdən məhəl qoymamaq yolunu seçən yolunu azmış bəzi yerli seçkili və bir sıra yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedent sayılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident İlham Əliyevə açıq məktub

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

“Sumqayıtda ədəbi həyat”

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Bu ölkənin paytaxtı dəyişdirilir