"Müharibə qaçılmaz olarsa..."

13:44 12-06-2019 | icon 112 | Siyasət
"Müharibə qaçılmaz olarsa..."

“Azərbycanın keçidiyi mühribə ildırımsürətli olmalıdır”.

 

Versus.Az "Üç nöqtə"yə istinadən xəbər verir ki, bunu açıqlmasında millət vəkili Elman Nəsirli bildirib.

 

Millət vəkili Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin dalana dirənməsində əsas səbəb kimi Ermənistandakı gərginliyi qeyd edib. O, bildirib ki, son günlər Paşinyan hakimiyyətinə qarşı etimadın azalıb və inqilabdan sonrakı eyforiya tam başa çatıb. Belə ki, Qarabağ klanını təmsil edən keçmiş prezidentlər Köçəryan və Sarkisyan, eyni zamanda qondarma rejimin rəhbərləri artıq Paşinyana qarşı açıq mübarizəyə başlayıblar. Erməni mətbuatının yaydığı məlumata görə, Sarkisyan, Köçəryan, eyni zamanda Ermənistan alleqarxları arasında bir saziş imzalanıb. Bu sazişə görə Paşinyanı hakimiyyətdən devirənə qədər öz mübarizələrini davam etdirəcəklər. Bu qüvvələrin bir-birinə qarşı səsləndirdiyi bu ittihamlar içərisində ən həssas məsələ məhz Dağlıq Qarabağ məsələsidir:

 

““Köçəryan-Sarkisyan” bloku Paşinyanı münaqişənin həlli prossində açıq xəayanətdə ittiham edərək söyləyirlər ki, o, yaxın zamanlarda münaqişənin həlli ilə bağlı Azərbaycanın xeyrinə addımlar atıb torpaqların geri qaytarılmasına çalışır. Halbu ki, həmin torpaqların alınmasında Paşinyanın heç bir rolu olmayıb. Belə bir vəziyyətdə Paşinyan radikallaşır və kampramissisz siyasətçi olması ilə bağlı fon yaratmaq üçün münaqişənin həlli proesində heç bir güzəştə getməyəcəyini bəyanlayır”.

 

Politoloq hesab edir ki, Paşinyan ona qarşı ünvanlanan əks çıxışları haqsız çıxarmaq üçün qoşunların təmas xəttində gərginliyin süni şəkildə artırılması ilə bağlı tapşırıqlar verib. Onun fikincə, son hadisələrdə verdiyimiz itkilər, şəhidlər verməyimiz vəziyytin gərginləşdiyini ifadə edir. E.Nəsirli vəziyyətin gərginləşməsində xarici amillərin rolunu xüsusilə qeyd edib. O, bildirib ki, bu məsələdə həmsədrlərin üzərinə çox böyük məsuliyyt düşür. Çünki həmsədlər belə bir vəziyyətdə çox dişsiz bəyanatlar verirlər:

 

“Heç bir halda işğalçının əməllərini kəskin tənqid edən, eyni zmanda onun üzərinə məsuliyyət qoyan davranış göstərmirlər. Ona görə də bu gün Paşinyan da Sarkisyanın xəstəliyinə tutulub. Emossiyalarla yaşayır və törətdiyi cinayətllərə görə cəzasız qalacağını düşünür. Bu səbəbdən də məsuliyyətsiz və vəziyyəti gərginləşdirə biləcək addımlar atır. İndiki halda ATƏT-in minsk qrupu son dərəcə qətiyyətli və kəsərli mövqe ortaya qoymalıdır”.

 

Politoloq son günlər Dağlıq Qarabağla bağlı yaranmış gərginliyin regionda müharibə riskini artırdığını deyib:

“Müharibə riski hər zaman var və daha da artmaqdadır. ATƏT-in Minsk qrupu vaxtilə deyirdi ki, əgər onların fəaliyyəti olmasaydı Dağlıq Qarabağda çoxdan müharibə başlamışdı və məhz onların fəaliyyəti nəticəsində müharibə başlamyıb. Amma aprel döyüşləri onların bütün bu “öyünmələrinin” üsündən xətt çəkdi. Bəli, bu gün hadisələrin inkişaf tendensiyasını təhlil etsək, bu qənaətə gəlmək olar ki, bir qığılcım müharibənin başlanmasını real edə bilər”.

 

Millət vəkili bildirib ki, müharibə başlamaq nə qədər çətin olsa da, onu dayandırmaq da bir o qədər çətindir:

“Ona görə də hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət Ermənistanın, münaqişənin həlli missiyasını üzərinə götürən və heç bir real addım atmaq qabiliyyətinə malik omayan ATƏT-in Minsk qrupunun üzərinə düşür. Təbii ki, beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin üzərinə də çox böyük məsuliyyət düşür. Qafqazda böyük bir mühribəni qrşısını almaqda acizlik göstərirlər”.

 

Millət vəkili son vaxtlar erməni klanları arsında yaranan gərginliyin Azərbaycanın torpqlarını azad etməsi üçün bir şans yaratması ilə bağlı səslənən fikirlərə birmənalı ynaşmayıb. O, qeyd edıb ki, bu gərginlik var və oyunlar Qarabağın ətrafında, yəni torpaqların geri verilməsi ilə bağlı ermənilərin bir-birinə qarşı səsləndirdiyi ehtimallarla bağlıdır. E.Nəsirli bildirib ki, Ermənistan klanları arasında yaranan gərginlikdə Paşinyan tərəfi eyni ittihamları Sarkisyan və Köçəryana ünvanlayaraq onların Qarabağda təxribatlar törədərək torpaqarın verilməsini təşkil edə bilməini önə çəkib:

 

“Azərbaycan ordusu dünyada ən güclü ordular sırasında dayanır və dünyada 50-ci yerdədir. Ermənistan ordusu isə 96-cı yerdədir. Azərbaycan ordusunun döyüş ruhu böyükdür, vətənpərvərlik ruhu böyükdür. Bu keyfiyyətlər Ermənistan odusunda yoxdur, çünki bunlar nəyin uğrunda mübarizə apardıqlarının fərqini bilmirlər və məcburən Qarabağda yerləşiblər”.

 

Millət vəkili, son günlər “ordusu güclü olan ölkənin öz torpaqlarını hansı səbəbdən işğaldan azad edə bilmir” sualını birmənalı olaraq belə cavabladı ki, o gün gələcək. Bildirib ki, hərbi əməliyyatlara başlayarkən burada ordunun gücü ilə yanaşı, xarici siyasətdə diplomatik fəaliyyət parall şəkildə aparılmalıdır:

 

“Azərbaycan torpaqlarını geri qaytarmaqla bağlı adım atarsa, beynəlxalq konnektura və digər güclərin davranışları da nəzərdən keçirilir, reaksiyası izlənilir. Hər bir addım atılarkən onun doğuracağı ehtimal çox yükək səviyyədə yoxlanmalıdır. Elə addım atılmalıdı ki, biz bir-iki rayonu alıb sonra geri çəkilməməliyik. Əgər müharibə başlasa qısa müdətli müharibə olmalıdı. İllərlə aparılan müharibə Azərbaycanın maraqlarına zidd ola bilər və beynəlxalq təzyiqlər nəticəsində vəziyyət dəyişə bilər. Bəli, biz münaqişənin sülh yolu lə həllini istəyirik. Lakin müharibə qaçılmaz olarsa, bunun məsuliyəti Ermənistanın üzərinə düşəcək. Azərbycanın keçidiyi mühribə ildırımsürətli olmalıdır. Havadarları macal tapıb onlara yol göstərmədən bayraqlar Xankəndi üzərində sancılmalıdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”