Kreditlər haqqında maraqlı faktlar

15:18 12-06-2019 | icon 32 | İqtisadiyyat
Kreditlər haqqında maraqlı faktlar

Bütün dünya ölkələrinin vətəndaşları, kreditləşmənin müsbət və mənfi tərəflərindən artıq xəbərdardır. Fiziki şəxslər və eləcə də bir çox şirkətlər, bankın kredit xidmətlərindən daşınmaz əmlak, nəqliyyat vasitələri və digər bir çox istehlak mallarını almaq məqsədilə istifadə edirlər. Eyni zamanda, bu borc pul mənzilin təmir işlərinə və ya turistik səyahətlərə xərclənə bilər. Lakin kağız bürokratiyasından başqa, kreditlərlə bağlı bir neçə maraqlı faktlar var.

 

Versus.Az Trend-ə istinadən həmin faktları təqdim edir:

 

Kreditin meydana gəlməsi

İlk kredit borcu Babilistanda və Assuriyada meydana gəlmişdir. Bu fakt keçirilən tədqiqatlarla təsdiq olunur. Eramızdan əvvəl səkkizinci əsrdə kreditləşmə ilə pulverənlər məşğul olmuşlar. Onlar əhaliyə öz maliyyə dəstəyini təklif edərək, buna görə faiz götürürdülər. Artıq o dövrlərdən başlayaraq, insanların əksəriyyəti “xudu” adlanan bank biletlərdən istifadə edirdi. “Xudu” qiymətli kağızların atası sayılır.

İlk ipoteka

İlk ipoteka Qədim Yunanıstan ərazisində meydana gəlmişdir. Borcalan götürdüyü pulu vaxtında qaytarmadığı halda, kreditor onun torpaq sahəsi üzərində “hypotheke” tablosunu qoyurdu. Bu, ipoteka deməkdir. Kredit ödənilmədiyi halda, torpaq sahəsi borcalanın əlindən alınırdı.

 

Tarixdə ilk bank

Rəsmi olaraq kreditləşmə ilə məşğul olan ilk şirkət Banca Monte dei Paschi di Siena olmuşdur. Bu bank İtaliya ərazisində, 1472-ci ildə təsis edilib.

 

Kredit bürosu

İlk kredit bürosu XIX əsrdə təsis edilmişdir. Bu şirkətin əməkdaşları tacir və müəssisələr haqqında məlumatların toplanması ilə məşğul olurdular. Toplanmış məlumatlar potensial borcalanın loyallığını təsdiq edirdi.

 

Kredit brokeri

Kredit bank və kredit götürən şəxs arasında vasitəçi rolunda çıxış edən təşkilatdır. Amerika ərazisində kredit əməliyyatlarının 90%-i “borcalan – kredit brokeri – kredit verən şirkət” sisteminə uyğun gəlir. Avropa ərazisində bu göstərici 50-80% təşkil edir.

Belə çıxır ki, kredit biznesinin tarixi kifayət qədər maraqlıdır və öz başlanğıcını bəşəriyyətin tarixi kimi qədim dövrlərdən götürür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”