General-leytenant Muzrayev həbs olundu

21:37 12-06-2019 | icon 26 | Dünya
General-leytenant Muzrayev həbs olundu

Moskvanın Lefortovo məhkəməsi ötən gün iyunun 11-də Volqoqrad vilayəti üzrə İstintaq idarəsinin keçmiş rəhbəri, ədliyyə general-leytenantı Mixail Muzrayevin barəsində həbs qətimkan tədbiri seçib.

 

Versus.Az xəbər verir ki, məhkəmənin mətbuat katibi Kseniya Pervolasenko Muzrayevin əvvəlcədən bir qrup şəxslə əlbir olaraq terror aktı həyata keçirməkdə ittiham olunduğunu bildirib.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəsmi nümayndəsi Svetlana Petrenko bildirmişdi ki, Muzrayev Volqoqrad qubernatoru Andrey Boçarevə sui-qəsd işi üzrə saxlanılıb. Federal Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, Muzrayevlə birlikdə volqoqradlı sahibkar Vladimir Zubkov da tutulub.

İstintaqın məlumatına görə 2016-cı il noyabrın 16-da gecə Yevgeni Remezovun lideri olduğu mütəşəkkil cinayətkar qruupun beş üzvü Volqoqradın Traktorzavod rayonundakı fərdi evin ərazisinə daxil olub. Qrup üzvlərindən biri “tez alışan maye” ilə evin divarını yandırmağa cəhd edib. Həmin evdə qubernator Boçarev ailəsi ilə birlikdə yaşayırdı.

Müstəntiqlər aydınlaşdırıblar ki, hələ 2003-cü ildə Remezov şəhərin baş bələdiyyə bazarında 16.5 min kvadratmetr sahəni özünə sərfəli şərtlərlə icarəyə götürüb, daha sonra həmin sahəni fərdi şəxslərə, fermerlərə və kiçik sahibkarlara subicarəyə verib. Qubernator Boçarev isə icarəyə verilmiş həmin sahəni Remezovdan alıb və bələdiyyə mülkiyyətinə qaytarıb.

Bu məsələ barədə məhkəmə çəkişməsini uduzan Remezov başçılıq etdiyi cinayətkar qruplaşmaya qubernatoru öldürmək tapşırığı verib. Özü isə alibi əldə etmək üçün Rusiyanı tərk edib. Remezov qətl təşkil etmək, əmlaka qəsdən zərər vurmaq ittihamı ilə beynəlxalq axtarışa verilib. 2019-cu il mayın sonunda Remezov Moskvada tutulub və Volqoqrada aparılıb. General Muzrayevin onun ifadəsi əsasında tutulduğu təxmin edilir.

General Muzrayevin bu sui-qəsd planında hansı rol oynadığı açıqlanmır. Mixail Muzrayev 1959-cu ildə Volqoqrad vilayətində anadan olub. 1985-ci ildən prokurorluq orqanlarında işə başlayıb. 1988-1992-ci illərdə Volqoqrad vilayəti prokurorluğunun baş müstəntiqi işləyib. Həmin statusda 80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizmi alovlanmağa başlayanda Xankəndindəki iğtişaşları aradırmaq üçün SSRİ baş prokurorluğunun göndərdiyi isintaq qrupuna rəhbərlik edib.

2007-ci ildə Volqrad vilayəti üzrə İstintaq komitəsinin rəisi təyin olunub və həmin vəzifədə 2018-ci ilə qədər işləyib. 2019-cu ilin yanvarında isə Rusiya İstintaq İdarəsinin rəisi, general Aleksandr Bastrıkinin müşaviri təyin edilmişdi.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident İlham Əliyevə açıq məktub

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

“Sumqayıtda ədəbi həyat”

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Bu ölkənin paytaxtı dəyişdirilir