Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib

23:16 12-06-2019 | icon 22 | Siyasət
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib.

 

Versus.Az məlumatına görə, səfər çərçivəsində ilk olaraq Latviya parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Rihards Kols ilə görüş keçirilib. Görüşdə Komitə sədri Fuad Muradov və sədr müavini Faiq Quliyev iştirak ediblər.

 

Rihards Kols Latviya və Azərbaycan arasında siyasi, iqtisadi, təhlükəsizlik sahəsində münasibətlərin yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib. O, ölkənin diaspor siyasəti barədə məlumat verib və bu sahədə pərakəndə fəaliyyətin qarşısının alındığını diqqətə çatdırıb. R.Kols təxminən 400 minə yaxın Latviya vətəndaşının xaricdə yaşaması, "Soydaş haqqında" qanun layihəsinin hazırlanması barədə də danışıb.

 

Azərbaycan dövlətinin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, fəaliyyəti və qurumun hədəfləri barədə ətraflı məlumat verən Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, diasporla iş sahəsində də sürətli inkişafa nail olunduğunu bildirib.

 

O, qeyd edib ki, Baltikyanı ölkələrdə 5 min azərbaycanlı yaşayır və onların 2 mini Latviyada məskunlaşıb. Bölgədə ən böyük azərbaycanlı icmasının Latviyada fəaliyyət göstərdiyinə diqqəti çəkən sədr deyib ki, Riqada Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək.

 

Danışıqlar zamanı Qarabağ məsələsinə də toxunulub. Komitə sədri Latviya hökumətinin və parlamentinin Qarabağ problemi, qondarma erməni soyqırımı ilə bağlı sərgilədiyi ədalətli mövqeyə görə minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan nümayəndə heyətini Latviya xarici işlər nazirinin müavini Zanda Kalnina-Lukashevica qəbul edib.

Komitə rəsmilərinin Azərbaycan icması ilə görüşü də baş tutub. Görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin Latviyadakı səfirliyimizin qarşısındakı abidəsi ziyarət olunub, abidə önünə əklil qoyulub.

 

Azərbaycan icması ilə görüşdə onların bu ölkədə fəaliyyətləri, qazandıqları uğurlar, təşkilatlanma və şəbəkələşmə imkanları barədə danışılıb, faydalı fikir mübadiləsi aparılıb.

Səfər şərçivəsində nümayəndə heyəti Latviya Dövlət Universitetinin nəzdindəki akademik kitabxananın İnformasiya Mərkəzinə də baş çəkib. Nümayəndə heyətinə kitabxananın yaradılması və fəaliyyəti barədə məlumat verilib. Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində müstəsna rol oynayan kitabxanaya əlavə tədris vəsaitləri bağışlaması barədə qərar qəbul edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu