Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı iki dəfədən çox azalıb

09:14 13-06-2019 | icon 36 | Təhsil
Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı iki dəfədən çox azalıb

Bu tədris ili ərzində xarici ölkələrdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı iki dəfədən çox azalıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, 2013-2014-cü tədris ilində xaricdə Azərbaycan vətəndaşı olan 3035 tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800-ə, 2018-2019-cu tədris ilində isə bu say daha da azalaraq 751-ə enib.

 

Azərbaycan vətəndaşları dövlət xətti ilə təhsil almaq üçün daha çox Türkiyənin ali təhsil müəssisələrini seçirlər. Ötən müddətə baxdıqda görmək olar ki, bu ölkədə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı təxminən 2 dəfə azalıb.

 

2013-2014-cü ildə Türkiyədə 1024 azərbaycanlı tələbə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 569, 2018-2019-cu tədris ilində 243-ə olub.

 

Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaq üçün üstünlük verdiyi 2-ci ölkə Rusiyadır.

2013-2014-cü ildə Rusiyada 377 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 215-ə, 2018-2019-cu tədris ilində 184-ə enib.

 

Azərbaycan vətəndaşları təhsil almaq üçün daha sonra Böyük Britaniya, Almaniya, Kanada, Niderland və digər Avropa ölkələrini seçirlər.

 

2017-2018-ci tədris ili üzrə məlumata əsasən, Böyük Britaniyada 289 (5 il əvvəl 499), Almaniyada 188 (5 il əvvəl 351), Kanadada 137 (5 il əvvəl 179), Niderlandda 98 (5 il əvvəl 67) tələbə dövlət xətti ilə təhsil alır.

 

Bu tədris üzrə olan məlumata görə isə Böyük Britaniyada dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 92, Almaniyada 98, Kanadada 48, Niderlandda 8-dir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu