"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"

09:16 14-06-2019 | icon 63 | Maraqlı
"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"

Qəzəblənməyə tələsməyin, oxuyun!

 

Rumıniyalı Anna Tismenyanunun 15 yaşlı qızına yazdığı məktubunu sizə təqdim edirik. Oxuyub fikirlərinizi facebook səhifəmizdə bölüşün.

 
Ana qızına nə demək istəyib? Oxuyun, özünüz görəcəksiz:
 
 
 
1. "3 il sonra səni evdən qova bilərəm”... qorxunc səslənir, hə?
 
 
18 yaşında sənin qarşında 2 variant olacaq: Ya universitetə qəbul olursan və mən sənə oranı bitirənə, iş tapana kimi bacardıqca dəstək oluram, ya da universiteti bir kənara qoyub, işləməyə başlayırsan(buna görə heç vaxt səni günahlandırmaram). İşləyərək özün öz ehtiyaclarını təmin edirsən.
 
Mən 18+ yaşında olan oxumayan qızımı evdə saxlamayacam, çünki bunu yanlış hesab edirəm. Seçim etmək üçün 3 ilin var.
 
Bəli, artıq biz mənzilimizin yeni planı haqda düşünmüşük. Sənin otağın bizim yataq otağımız olacaq.
 
 
2. Sən gözəlsən. Çox gözəlsən. Çox da ağıllısan. Məndən qat-qat yaxşısan. Kimsə bunu anlamırsa, bu, onun problemidir.
 
 
3. Mən sənə örnək olacaq biri deyiləm. Sən tamamilə fərqlisən, ayrı bir şəxsiyyətsən. Sən mənim sevdiyim şeyləri sevmək məcburiyyətində deyilsən. Mənim dəyərlərimin önünü kəsərək bütün nüfuzumu əzib keçmək hüququn var. Lakin bir nüansı unutma: Seçimlərinə görə yalnız sən məsuliyyət daşıyırsan.
 
 
4. Sən azadsan. Mən səndən heç bir şey gözləmirəm. Süpürgəçi də ola bilərsən, biznes eksperti də. Həyat seçimlərinə qarışa biləcəyimi düşünmürəm. Lakin ilk bəndi yenidən oxumağı unutma.
 
 
5. Mənə heç bir borcun yoxdur. Səni borc üçün böyütmədim. Vacib və dəyərli olanı seçmək hüququn var. Bu sənin həyatın və sənin seçimindir.
 
 
6. Sənin bir evin var. Həyatında nə olursa olsun, nə zaman ehtiyac duysan, mən yanında olacağam. Səni dəstəkləyəcəm, sənə görə üzüləcəm, səni dərindən duyacam və əgər istəsən, sənə kömək etməyə çalışacam. Amma heç vaxt sən istəmədən işinə qarışmayacam.
 
 
7. Mənim öz həyatım var. Mən sənə görə öz işlərimi atıb, rahatlığımı qurban verib, hər fitə köməyə qaçmağa məcbur deyiləm. EDƏRƏM, amma buna BORCLU DEYİLƏM.
 
 
8. Sənin öz həyatın var, bəli. Ailə qurmaq, uşaq dünyaya gətirmək və özünlə bağlı digər vacib qərarlar vermək şəxsi işindi. Belə qərarları həmişə özün tək verəcəksən. Ürəyin, vicdanın və şəxsi maraqların sənə necə diktə etsə, elə hərəkət edəcəksən. Buna görə məni itirməyəcəksən və ya mənim qızım olmaqdan çıxmayacaqsan, persona non qrata (arzuolunmaz şəxs) olmayacaqsan.
 
 
9. Heç kəs sənə zərər vermək niyyətində deyil. Bunu anlamaq çətin ola bilər, lakin həqiqət budur: Hər kəs yalnız özü haqda düşünür. Hər hansı bir şəxs istənilən şəraitdə yalnız öz doğruları ilə hərəkət edir. Heç kim (əqli cəhətdən sağlam olan) şüurlu şəkildə öz həyatını pis vəziyyətə gətirməz.
 
 
10. Dünya ədalətsizdir. Uğurlu olmaq və ya uğursuzluqdan qaçmaq üçün zəmanət verən üsul yoxdur.
 
Bu dünyanı sən idarə etmirsən. Hər şeyi doğru edə, ancaq yenə də arxada qala bilərsən. Eyni zamanda həyatda qarşına çıxan nə əngəl varsa, hamısını keçib, məhv edib, zəfər atı üstündə otura bilərsən. Səni narahat edən tək şey – dürüstlük olmalıdır.
 
Özünə yalan demə. Özünü anlamağı öyrən. Öz gerçək ehtiyaclarını və hisslərini bil.
 
 
11. Sənin "yaxşın" bir başqası üçün demək olar ki, həmişə "pis" olacaq.Universitetdə və ya iş yerində kiminsə yerini tutacaqsan. Kiminsə həyatının sevgisiylə görüşəcəksən, yaxud kinoteatrda kiminsə sevimli yerində oturacaqsan. Pərt olma. Sənin "pisin" də həmişə kim üçünsə "yaxşı" olacaq. Bu halda ödəşirsiz. 
 
 
12. Yalnız özünə 100 % inana bilərsən. Yalnız sən bilirsən nəyə qadir olduğunu.
 
 
13. Məsuliyyətini sonraya saxlama. 18 yaşından etibarən həyatın üçün yalnız özün cavabdehsən. Əgər tək yetişdirə biləcəksənsə, uşaq dünyaya gətir. Həmkarların olmadan öhdəsindən gələcəksənsə, layihələr götür.
 
 
Əgər bəxtin gətirsə, yaxınların, doğmaların, köməkçilərin də olacaq – və sənə daha asan olacaq. Ancaq onlar sənə BORCLU DEYİL. Arxayın olma.
 
 
14. Hesabla. Hər hərəkətin bir nəticəsi var. Ola bilər hamısını qabaqcadan görməyəsən. Ancaq maksimum hesablanmış iş görməyə çalış.
 
Variantları nə qədər yaxşı təsəvvür etsən - davranışın da o qədər məntiqli olar.
 
 
15. Mənə qulaq asma. 15 bənd yazdım, zənnimcə, həyatını daha yaxşı edə bilər.
 
Amma sən - mən deyilsən. Müqayisə etmə. Bir tutma. Get və yaşa.
 
Mən səni qızım olasan deyə dünyaya gətirmədim. Mən dünyaya öz həyatını azad şəkildə yaşaya biləcək bir insan gətirmək istədim. Get və o həyatı yaşa.
 
 
15a. Ancaq sonra şikayət etmə.
 
 
15b. Və telefonu söndürmə. Narahat oluram axı...
 
 
 
Bəs siz öz qızınıza nə yazardız? Yəqin sizin də qızınıza deməyə çox sözünüz var. Siz də bəzən kövrək, bəzən acı həqiqətləri sətirlərə köçürüb övladınız üçün yazılı xatirə qoymaq istəyərsiz. Qadinkimi.com olaraq "Qızıma məktub" adlı yazı yarışması elan edirik. Məktublarınızı bu ünvana göndərin: [email protected] Ən çox oxucu sevgisi qazanan məktubun müəllifi qalib olacaq və bizdən hədiyyə qazanacaq. Məktubunuz elə bu yazı həcmində olsa, bəs edir.  Yığcam və içdən yazılan məktubdan daha gözəl nə ola bilər?.. /qadinkimi.com/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

“Türkmənlərin yaşadıgı bölgələrdə taxıl sahələri şüurlu şəkildə yandırılır” /VİDEO

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"MİRİBİŞ AĞA"NIN QALOŞU

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Bu şəxslərə verilən müavinətin məbləği artırılıb

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"