Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi

21:47 14-06-2019 | icon 27 | Siyasət
 Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi

Azərbaycanın müstəqilliyinin ilk dövründə ölkədə baş verən qarşıdurmalar, hərc-mərcliklər, səriştəsiz idarəetmə ölkəmizi uçurumun kənarına çəkib aparmışdı. Müstəqilliyimiz 1991-ci ilin oktyabrında bərpa olunsa da, hakimiyyətə gəlmiş təsadüfi adamların səriştəsizliyi ölkədə xaosun yaranması, özbaşınalığın hökm sürməsi, real vətəndaş qarşıdurmasına səbəb olmuş, müstəqilliyimizi süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, belə bir vəziyətdən Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi:

 

“Hətta həmin vaxtlar bir neçə dəfə Azərbaycanda olmuş bir fransız sosioloqu ölkəmizdə baş verən hadisələri müşahidə edərək yazırdı: “Azərbaycan ya möcüzəyə çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa, XXI əsrin möcüzəsi sayılacaq, hakimiyyətə təsadüfi adamlar gəlsə, Azərbaycan məhvə gedəcək”... Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər - Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi”.

 

N.Həmzəyev vurğulayıb ki, ümummilli lider ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmizi milli fəlakətdən, silahlı müxalifət ənənələrindən, beynəlxalq aləmdə təklənməkdən xilas etdi:

 

“Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrdə aparılan köklü islahatlar Azərbaycanın dirşəlişi, qurtuluşu oldu. Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük azərbaycanlının adını əbədi həkk etdi.

Bu günün müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənib. Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Azərbaycan bugünkü dinamik inkişafına məhz Milli Qurtuluş yolundan keçərək nail olub".

Deputat əlavə edib ki, son illər ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkənin bütün bölgələrində, şəhərdən, rayondan tutmuş ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri müstəqil dövlətimizin hüsnünü daha da gözəlləşdirib:

"Həyata keçirilən islahatlar makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, dinamik inkişafa təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu gün qüdrətli Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır.

Əlbəttə, bütün bunlar ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı çoxşaxəli siyasi fəaliyyətinin nəticəsi, Milli Qurtuluş Gününün bəhrələridir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Azərbaycana sızan Rusiya “sevgisi”

Kəsik qolların harayı və "Amerika idealizmi"

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub