BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib

21:53 14-06-2019 | icon 15 | Təhsil
BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, BDU-dan verilən məlumata görə, universitetin rektoru Elçin Babayev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

 

Azərbaycan xalqını nicata aparan yolun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıtdığı gündən başladığını qeyd edən rektor Elçin Babayev Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürərək respublikanı parçalanma təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb. Rektor Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmizin dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan qüdrətli bir dövlətə çevrildiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının müdiri, millət vəkili Kamilə Əliyeva Ulu Öndər Heydər Əliyevin adının müstəqil tariximizə silinməz və qızıl hərflərlə yazıldığını bildirib.

 

Tarix fakültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov Ümummilli Liderin müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı istiqamətində gördüyü mühüm işlərdən söz açıb.

Jurnalistika fakültəsinin I kurs kurs tələbəsi Rəşad İmanovun çıxışından sonra tədbir bədii hissə ilə yekunlaşıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu