Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş Günü qeyd olunub

21:56 14-06-2019 | icon 18 | Siyasət
Diasporla İş üzrə Dövlət Komitəsində Milli Qurtuluş Günü qeyd olunub

Diasporla İş üzrə Dövlət Komitəsində 15 iyun Milli Qurtuluş günü ilə bağlı toplantı keçirilib.

 

Versus.Az Komitədən verilən məlumata görə, tədbir Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib, ulu öndərin həyat və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.

 

Çıxış edənlər Heydər Əliyevin misilsiz xidmətləri, zəngin siyasi təcrübəsi, uzaqgörən daxili və xarici siyasəti barədə danışıb, ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışının müstəqil dövlət quruculuğu prosesində əvəzsiz rol oynadığını qeyd ediblər.

 

Bildirilib ki, Azərbaycanın xilası yolunda fədakarlıq nümunəsi göstərən ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişi ölkəmizdə vətəndaş qarşıdurmasına birdəfəlik son qoyub, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qarşıda duran problemlərin həllinə təkan verib. Görkəmli dövlət xadiminin fəaliyyəti nəticəsində xalqımızın bütövlüyü, həmrəyliyi və milli birliyi təmin edilib.

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsində Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatına yeni qoşulan əməkdaşlara üzvlük vəsiqələri təqdim olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq