Opera və Balet Teatrında "Qız qalası" tamaşası nümayiş etdirilib

22:01 14-06-2019 | icon 19 | Mədəniyyət
Opera və Balet Teatrında "Qız qalası" tamaşası nümayiş etdirilib

Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti nümayiş olunub.

 

Versus.Az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Bakı Xoreoqrafiya Akademiyasının buraxılış kursunun tələbələrinin iştirak etdiyi səhnə əsəri maraqlı dekorasiyası, tələbələrin məharətli çıxışı ilə yadda qalıb. Bədii rəhbəri Kamilla Hüseynova olan tamaşada rolları kollecin klassik və xalq bölmələrinin tələbələri - solistlər Zəhra Tanrıverdiyeva, Murad Kərimov və Seymur Qədimov ifa ediblər.

 

Əfrasiyab Bədəlbəylinin şah əsəri olan "Qız qalası" baleti milli Azərbaycan baletinin ilk nümunəsidir. Xalq rəqsi ilə klassik musiqinin üzvi sintezini həyata keçirən bəstəkar bu əsəri ilə milli xoreoqrafiyanın əsasını qoyub. Bəstəkar "Qız qalası" baletini ilk azərbaycanlı balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadəyə həsr edib. Baletin ilk nümayişi isə 1940-cı il aprelin 16-da olub. Həmin vaxtdan tamaşa teatrın repertuarında geniş yer tutur, bir neçə dəfə Moskva və Rusiyanın başqa şəhərlərində, eləcə də Türkiyədə qədim Aspendos teatrında göstərilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu