Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

23:09 14-06-2019 | icon 112 | Gündəm
Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun
 
Azərbaycanın ən yaxın tarixi olan 15-i iyun günü ölkənin təhlükəsizliyi və inkişafına açılan yolun başlanğıcı kimi bu gün də öyrənilir.  Təsadüfi deyil ki, 15 iyun Azərbaycanda Milli Qurtuluş günü kimi qeyd olunur və yaddaşlara həkk olunur. Çünki həmin gün ölkə vətəndaş qarşıdurması və dövlətin tamamilə çökdürülməsindən xilas edilib. 15 iyun  tarixi araşdırıldıca Azərbaycanın hansı güclərlə, təsirlərlə üz-üzə dayandığı bir daha ortaya çıxır və əhəmiyyəti bird aha  ortaya qoyulmuş olur.

Versus.Az 15 iyun tarixinə Azərbaycanın ictimai-siyasi xadimlərinin prizmasından yanaşaraq yaxın tariximizə güzgü tutmağa çalışıb.  

Əlabbas Məhərrəmli: “Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışını tarixi hadisə adlandıranlar qətiyyn yanılmırlar”

Siyasi ekspert Əlabbas Məhərrəmli  bildirib ki, “mərhum Heydər Əliyevin 1993-cü il iyunun 15-də parlamentin sədri seçilməsi haqda qərar Azərbaycanın yeni tarixində növbəti mərhələnin başlanğıcı hesab olunmalıdır.

“Əvvəl Milli Məclisin sədri seçilən, daha sonra prezidentin səlahiyyətlərini icra edən, həmin ilin oktyabrında isə prezident seçilən Heydər Əliyevin ilkin hakimiyyət dönəmi olduqca mürəkkəb tarixi-siyasi dövrə düşdü. Cəbhədə hərbi uğursuzluqlar, iqtisadi xaos, cəmiyyətdəki ruh düşkünlüyü ölkənin taleyini sual altına qoymuşdu. Lakin 1993-cü ilin sonlarına doğru cəbhədə əldə olunan müəyyən uğurlu əməliyyatlar, ardınca isə atəşkəs rejiminin tətbiqi vəziyyəti normallaşdırmaq istiqamətində kompleks tədbirlər görməyə imkan yaratdı. Məhz həmin dövrdən sonra Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi islahatlara başlanıldı, hərbi müxalifət zərərsizləşdirildi, sabitliyə nail olundu. Yəni Heydər Əliyevin hakimiyyətə gəldiyi anda ölkəni bürümüş xaos onun idarəçiliyi sayəsində aradan qaldırıldı. Bu gün Azərbaycan üçün ciddi strateji əhəmiyyəti olan enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi də Heydər Əliyevin formalaşdırdığı zəmin nəticəsində mümkün olub. O baxımdan, Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışını tarixi hadisə adlandıranlar qətiyyən yanılmırlar”.

“Heydər Əliyev Azərbaycan xalqının xilası oldu”

Millət vəkili Aydın Mirzəzadə deyib ki, ümumilli lider Heydər Əliyev 1993-cü ilin 9 iyununda Bakıya qayıtmaqla Azərbaycan tarixində yeni səhifə açdı:

“Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması Azərbaycan xalqının xilası oldu. Həmin dövrdə Ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan öz müstəqilliyin itirəcəkdi. Həmçinin Azərbaycanın təbii sərvətləri neft şirkətlərinin gəlir mənbəyinə çevrilərək, neftlə zəngin olan, lakin dilənçi günündə yaşayan xalqların vəziyyətinə düşəcəkdik. Həmin illər xalqımız üçün çox ağır və çətin günlər idi. Çünki hakimiyyətdə idarəçilikdən bixəbər şəxslər var idi. Onlar yalnız öz mənafeyini güddüyü üçün insanların sosial rifahı günü-gündən ağırlaşırdı. Çörək tapmaq üçün insanlar saatlarla növbəyə dururdu. Silahlı dəstələrin insanları qorxutması adi bir hala çevrilmişdi. Üstəlik, Dağlıq Qarabağda vəziyyət gündən-günə pisləşirdi. Ermənistan silahlı qüvvələri Azərbaycan hakimiyyətinin idarəçilik qabiliyyətinin zəif olmasından istifadə edib rayonlarımızı bir-bir işğal edirdi. Bu çətin günlərdə hamının gözü Naxçıvanda idi. Hamı Heydər Əliyevin gəlişini səbirsizliklə gözləyirdi. Ulu öndər belə ağır günlərdə Bakıya gəldi və Azərbaycan xalqının yanında oldu”.

“Bu gün Heydər Əliyev siyasətinin davamı kimi Azərbaycan dövləti var və yaşayır”

 Politoloq Ramiyə Məmmədova bildirib ki, uzun sürən əsarətdən sonra 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan yenicə iməkləyən uşaq kimi öz problemlərini dəfv edərək ayağa qalxdı.

“Azərbaycan həmin dövrdə 4 bir yandan əks təsirlərə məruz qalırdı. Bir tərəfdən xarci dövlətlərin təsirləri, bir tərəfdən qonşu dövlətin ölkəmizə qarşı işğalı, daxildə gedən çaxnaşmalar durumun son dərəcə ağır olduğunu göz önünə qoyur. 1991-ci ildə hakimiyyətə gələn qüvvələr arasında da bir çox problemlər yaranmışdı. Artıq Azərbaycan yenidən  öz müstəqilliyini itirmə təhlükəsi var idi. Azərbaycan xalqı nəhayət o, 1993-cü üldə Moskvadan qayıtmış və Naxçıvanda  yaşayan mərhum prezident Heydər Əliyevi yenidən hakimiyyətə gətirməyə qərar vedi. Heydər Əliyev Ali Sovetin sədri seçiləndən sonra Azərbaycana yeni həyat və yeni nəfəs verdi.  1993-cü ildə Heydər Əliyevin başlatdığı siyasət bugünkü günə qədər də öz müsbət nəticələrini veirir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında önun böyük rolu var. Bu gün Heydər Əliyev siyasətinin davamı kimi Azərbaycan dövləti var və yaşayır”.

R.Məmmədova bildirib ki, Heydər Əliyevin qayıdışından sonra Azərbaycan bir çox nailiyyətlər əldə etdi. “Əsrin Müqaviləsi”ndən sonra bir sıra islahatlar həyata keçirildi və Azərbaycan addım-addm dünyaya tanıdıldı.

“Bu gün Azərbaycan öz inkişaf yolunu tutub. Azərbaycan öz iqtisadiyatını daha da inkişaf etdirmək üçün dünya çapında olan bir çox beynəlxalq layihələrə imza atıb.  Bu layihələrin hər birində Azərbaycan var və xarici siyasətdə öz sözünü deyə biləcək güclü bir dövlətə çevrilib. 

Bütün deyilənlər Heydər Əliyevin vaxtı ilə qurduğu siyasətdən irəli gələn məsələlərdir. Bu gün də Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın inkişafı üçün çalışır və biz, hər bir vətəndaş harada yaşamağımızdan asılı olmayaraq onu dəstəkləməliyik.  Bu gün Azərbaycanın ən böyük problemi Qarabağ mühribəsidir.  Qarabağ münaqişəsi  birmənalı olaraq həll olunmalıdır”.

“Heydər Əliyev siyasi hakimiyyətə daha tez gəlsəydi Azərbaycanın başı bu bəlaları çəkməyəcəkdi”

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, xalqımız 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 15 iyun 1993-cü ilədək ağır dövr yaşayıb. O dövrdə dövlətin müstəqilliyin itirilməsi təhlükəsi var idi və ulu öndər Heydər Əliyev öz siyasi gücünün, qüdrətinin sayəsində xalqı, dövləti xilas edə bildi.

 “Məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranıb. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün qüvvəsi ilə daxildəki problemləri həll etməyə çalışırdı. 1994-cü ilin mayında atəşkəs müqaviləsi imzalandı. O bilirdi ki, ölkənin xaricində Azərbaycanda öz maraqları olan super dövlətlər, güclər var. Ulu öndər onların bu maraqlarını Azərbaycan maraqlarına ziyan gəlmədən balanslaşdıraraq ölkəmizin zəngin karbohidrogen resurslarının üzərində düzgün siyasət qurdu və 1994-cü ilin sentyabrında əsrin neft müqaviləsi imzalandı. Ondan sonra Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi böyük layihələrin əsası qoyuldu. Bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan seas kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Elman Nəsirov: “AXC-Müsavat cütlüyünün həyata keçirdiyi səbatsız, səriştəsiz xarici siyasət kursu ağır nəticələrə gətirib çıxardı”

Politoloq, millət vəkili  Elman Nəsirov bildirib ki, Azərbaycanın bütün uğurlarının əsasında ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi və tələbi ilə hakimiyyətə tarixi qayıdışı və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri funksiyasını öz üzərinə götürməsi ilə bağlı olduqca şərəfli və məsuliyyətli qərarı dayanır. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

“Həmin mərhələdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün həyata keçirdiyi səbatsız, səriştəsiz və əslində antimilli mahiyyət kəsb edən daxili və onun davamı olan xarici siyasət kursu ölkəmiz üçün ağır nəticələrə gətirib çıxardı. Nəticədə məhz həmin illərdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. AXC-Müsavat cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Güney Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi”.

 E.Nəsirov bildirib ki, bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi.

“Erməni işğalçılarının aramsız hücumları, cənubda qondarma “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi girdabına sürüklənmişdi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı”.

Musa Quliyev: “15 iyun nəinki Azərbaycanın, eyni zamanda regionun xəritəsini dəyişən bir gündür”

 Millət vəkili Musa Quliyev bildirib ki, 15 nəinki Azərbaycanın, eyni zamanda regionun xəritəsini dəyişən bir gündür. Onun szölərinə görə, müstəqilliyimiz 1991-ci ilin oktyabrında bərpa olunsa da, istər Ayaz Mütəllibovun, istərsə də Əbülfəz Elçibəyin komandası müstəqil dövləti qura bilmədilər. Bunun səbəblərini qeyd edən Musa Quliyev ən böyük səbəb kimi, onların heç birinin xalqa layiq, onun etimadını qazanan lider olmamasını qeyd edib.

“Bu da ölkədə xaosun, anarxiyanın, özbaşınalığın yaranması ilə nəticələndi. Həmin dövrdə yaranmış ağır vəziyyət, Gəncə qiyamı AXC-Müsavat cütlüyünün hakimiyyətinin gözlənilən məntiqi sonluğu idi”.

Məhz bu gündə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Əgər Heydər Əliyev respublika rəhbərliyinə gəlməsəydi, Azərbaycan dövləti yer üzündən silinəcək və xalqımız uzun illər davam edəcək ağır vətəndaş müharibəsi ilə üz-üzə qalacaqdı. Həmin ilin avqustunda Lənkəranda Ələkrəm Hümbətovun başlatdığı qiyamın dinc yolla aradan qaldırılması Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən biridir”.

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

“Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması Azərbaycan xalqının xilası oldu”

Azərbaycanın ən yaxın tarixi olan 15-i iyun günü ölkənin təhlükəsizliyi və inkişafına açılan yolun başlanğıcı kimi bu gün də öyrənilir.  Təsadüfi deyil ki, 15 iyun Azərbaycanda Milli Qurtuluş günü kimi qeyd olunur və yaddaşlara həkk olunur. Çünki həmin gün ölkə vətəndaş qarşıdurması və dövlətin tamamilə çökdürülməsindən xilas edilib. 15 iyun  tarixi araşdırıldıca Azərbaycanın hansı güclərlə, təsirlərlə üz-üzə dayandığı bir daha ortaya çıxır və əhəmiyyəti bird aha  ortaya qoyulmuş olur.

“Üç Nöqtə” 15 iyun tarixinə Azərbaycanın ictimai-siyasi xadimlərinin prizmasından yanaşaraq yaxın tariximizə güzgü tutmağa çalışıb.  

Əlabbas Məhərrəmli: “Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışını tarixi hadisə adlandıranlar qətiyyn yanılmırlar”

Siyasi ekspert Əlabbas Məhərrəmli  bildirib ki, “mərhum Heydər Əliyevin 1993-cü il iyunun 15-də parlamentin sədri seçilməsi haqda qərar Azərbaycanın yeni tarixində növbəti mərhələnin başlanğıcı hesab olunmalıdır.

“Əvvəl Milli Məclisin sədri seçilən, daha sonra prezidentin səlahiyyətlərini icra edən, həmin ilin oktyabrında isə prezident seçilən Heydər Əliyevin ilkin hakimiyyət dönəmi olduqca mürəkkəb tarixi-siyasi dövrə düşdü. Cəbhədə hərbi uğursuzluqlar, iqtisadi xaos, cəmiyyətdəki ruh düşkünlüyü ölkənin taleyini sual altına qoymuşdu. Lakin 1993-cü ilin sonlarına doğru cəbhədə əldə olunan müəyyən uğurlu əməliyyatlar, ardınca isə atəşkəs rejiminin tətbiqi vəziyyəti normallaşdırmaq istiqamətində kompleks tədbirlər görməyə imkan yaratdı. Məhz həmin dövrdən sonra Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi islahatlara başlanıldı, hərbi müxalifət zərərsizləşdirildi, sabitliyə nail olundu. Yəni Heydər Əliyevin hakimiyyətə gəldiyi anda ölkəni bürümüş xaos onun idarəçiliyi sayəsində aradan qaldırıldı. Bu gün Azərbaycan üçün ciddi strateji əhəmiyyəti olan enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi də Heydər Əliyevin formalaşdırdığı zəmin nəticəsində mümkün olub. O baxımdan, Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışını tarixi hadisə adlandıranlar qətiyyən yanılmırlar”.

“Bu şəxsiyyət də Heydər Əliyev oldu”
 
Hüquqşünas, müstəqil siyasi ekspert İlqar Altay bildirib ki, tarix, zaman elə gətirmişdi ki, 15 iyun 1993-cü il, Azərbaycan dövlətçiliyinin 1918-ci ilin iyunu qədər həlledici sınaq anı idi.
 
“Azərbaycan xalqı, dövlətinin taleyinin ikinci dəfə sınağa çəkildiyi an. Hər iki dəfə xarici və daxili düşmənlər Azərbaycan xalqı, dövlətinin silinmə və məhvi planlarına çox yaxın idilər. Hər iki dəfə xalqın həmin zaman çaşqınlığı və xalqı yaranmış dalan durumundan xilas etmə imkanlı lidersizlik səbəbindən. Və bu xilas o dəfə M. Ə. Rəsulzadə imkan bacarığı hesabına oldusa, bu dəfə Heydər Əliyev imkan və bacarığı hesabına oldu 1993-cü il 15 iyun ərəfəsi həqiqətən SSRİ-dən yenicə ayrılıb müstəqillik yolunda ilk addımlar atan Azərbaycanın ağır, hətta təhlükəli tənəzzül dövrü idi. O zamankı cəbhə hakimiyyəti lideri Ə. Elçibəy insafən yaxşı bir milli dövlət qurmaqda ideya və israr ortaya qoymuşdu. Ancaq onun bir dövlətçilik ustası kimi zəifliyi və komandasının da onu pozuculuq, sabotaj qədər qulaq ardına vurub, qruplaşma yaradıb daxili intriqalarla və çəkişmələrlə məşğul olması dövlət hakimiyyətini müqavimətsiz kövrək hala salmışdı. Xarici və daxili antiazərbaycan qüvvələri təzyiq, təsir, təhdid həmlələri qarşısında məğlub duruma salmışdı. Ölkədə həm dövlət və hakimiyyət idarəçiliyi sistemi, həm də ictimai asayiş və xalqın güvən sabitliyi artıq çöküş durumunda idi. Tarixən ölkələrin belə çətin anında dövlətçilik sənəti ustası və xalqın da yaxşı tanıyıb bildiyi şəxsiyyətə ehtiyac yaranır. Bu şəxsiyyət də Heydər Əliyev oldu. Və bu şəxsiyyətin həmin dövr bu ölkəyə nə qədər vacib olduğunu onun siyasi əks-qütb rəqibi, o zamankı cəbhə hakimiyyəti liderləri onu kritik vəziyyətdən çıxış, idarəçilik üçün dəvət etməsi ilə hər kəsə sübut etdilər. 1993-cü il 15 iyun Heydər Əliyevin qayıdışı ilə ölkədə dövlətçilik və ictimai sabitliyin bərpası, daxildə pozucu və ölkəni parçalayıcı qüvvə və ünsürlərin zərərsizləşdirilməsi, xarici pozucu təsir, təzyiq və təhdidlərin neytrallaşdırılması, beynəlxalq güclər və qütblərlə sabit balanslı münasibətin qurulması prosesləri baslandı. Azərbaycan üçün yeni quruculuq, beynəlxalq iqtisadi proyektlər dövrünün əsası qoyuldu”.
 
“Heydər Əliyev Azərbaycan xalqının xilası oldu”

Millət vəkili Aydın Mirzəzadə deyib ki, ümumilli lider Heydər Əliyev 1993-cü ilin 9 iyununda Bakıya qayıtmaqla Azərbaycan tarixində yeni səhifə açdı:

“Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması Azərbaycan xalqının xilası oldu. Həmin dövrdə Ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan öz müstəqilliyin itirəcəkdi. Həmçinin Azərbaycanın təbii sərvətləri neft şirkətlərinin gəlir mənbəyinə çevrilərək, neftlə zəngin olan, lakin dilənçi günündə yaşayan xalqların vəziyyətinə düşəcəkdik. Həmin illər xalqımız üçün çox ağır və çətin günlər idi. Çünki hakimiyyətdə idarəçilikdən bixəbər şəxslər var idi. Onlar yalnız öz mənafeyini güddüyü üçün insanların sosial rifahı günü-gündən ağırlaşırdı. Çörək tapmaq üçün insanlar saatlarla növbəyə dururdu. Silahlı dəstələrin insanları qorxutması adi bir hala çevrilmişdi. Üstəlik, Dağlıq Qarabağda vəziyyət gündən-günə pisləşirdi. Ermənistan silahlı qüvvələri Azərbaycan hakimiyyətinin idarəçilik qabiliyyətinin zəif olmasından istifadə edib rayonlarımızı bir-bir işğal edirdi. Bu çətin günlərdə hamının gözü Naxçıvanda idi. Hamı Heydər Əliyevin gəlişini səbirsizliklə gözləyirdi. Ulu öndər belə ağır günlərdə Bakıya gəldi və Azərbaycan xalqının yanında oldu”.

“Bu gün Heydər Əliyev siyasətinin davamı kimi Azərbaycan dövləti var və yaşayır”

 Politoloq Ramiyə Məmmədova bildirib ki, uzun sürən əsarətdən sonra 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan yenicə iməkləyən uşaq kimi öz problemlərini dəfv edərək ayağa qalxdı.

“Azərbaycan həmin dövrdə 4 bir yandan əks təsirlərə məruz qalırdı. Bir tərəfdən xarci dövlətlərin təsirləri, bir tərəfdən qonşu dövlətin ölkəmizə qarşı işğalı, daxildə gedən çaxnaşmalar durumun son dərəcə ağır olduğunu göz önünə qoyur. 1991-ci ildə hakimiyyətə gələn qüvvələr arasında da bir çox problemlər yaranmışdı. Artıq Azərbaycan yenidən  öz müstəqilliyini itirmə təhlükəsi var idi. Azərbaycan xalqı nəhayət o, 1993-cü üldə Moskvadan qayıtmış və Naxçıvanda  yaşayan mərhum prezident Heydər Əliyevi yenidən hakimiyyətə gətirməyə qərar vedi. Heydər Əliyev Ali Sovetin sədri seçiləndən sonra Azərbaycana yeni həyat və yeni nəfəs verdi.  1993-cü ildə Heydər Əliyevin başlatdığı siyasət bugünkü günə qədər də öz müsbət nəticələrini veirir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında önun böyük rolu var. Bu gün Heydər Əliyev siyasətinin davamı kimi Azərbaycan dövləti var və yaşayır”.

R.Məmmədova bildirib ki, Heydər Əliyevin qayıdışından sonra Azərbaycan bir çox nailiyyətlər əldə etdi. “Əsrin Müqaviləsi”ndən sonra bir sıra islahatlar həyata keçirildi və Azərbaycan addım-addm dünyaya tanıdıldı.

“Bu gün Azərbaycan öz inkişaf yolunu tutub. Azərbaycan öz iqtisadiyatını daha da inkişaf etdirmək üçün dünya çapında olan bir çox beynəlxalq layihələrə imza atıb.  Bu layihələrin hər birində Azərbaycan var və xarici siyasətdə öz sözünü deyə biləcək güclü bir dövlətə çevrilib. 

Bütün deyilənlər Heydər Əliyevin vaxtı ilə qurduğu siyasətdən irəli gələn məsələlərdir. Bu gün də Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın inkişafı üçün çalışır və biz, hər bir vətəndaş harada yaşamağımızdan asılı olmayaraq onu dəstəkləməliyik.  Bu gün Azərbaycanın ən böyük problemi Qarabağ mühribəsidir.  Qarabağ münaqişəsi  birmənalı olaraq həll olunmalıdır”.

“Heydər Əliyev siyasi hakimiyyətə daha tez gəlsəydi Azərbaycanın başı bu bəlaları çəkməyəcəkdi”

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, xalqımız 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 15 iyun 1993-cü ilədək ağır dövr yaşayıb. O dövrdə dövlətin müstəqilliyin itirilməsi təhlükəsi var idi və ulu öndər Heydər Əliyev öz siyasi gücünün, qüdrətinin sayəsində xalqı, dövləti xilas edə bildi.

 “Məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranıb. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün qüvvəsi ilə daxildəki problemləri həll etməyə çalışırdı. 1994-cü ilin mayında atəşkəs müqaviləsi imzalandı. O bilirdi ki, ölkənin xaricində Azərbaycanda öz maraqları olan super dövlətlər, güclər var. Ulu öndər onların bu maraqlarını Azərbaycan maraqlarına ziyan gəlmədən balanslaşdıraraq ölkəmizin zəngin karbohidrogen resurslarının üzərində düzgün siyasət qurdu və 1994-cü ilin sentyabrında əsrin neft müqaviləsi imzalandı. Ondan sonra Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi böyük layihələrin əsası qoyuldu. Bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan seas kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Elman Nəsirov: “AXC-Müsavat cütlüyünün həyata keçirdiyi səbatsız, səriştəsiz xarici siyasət kursu ağır nəticələrə gətirib çıxardı”

Politoloq, millət vəkili  Elman Nəsirov bildirib ki, Azərbaycanın bütün uğurlarının əsasında ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi və tələbi ilə hakimiyyətə tarixi qayıdışı və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri funksiyasını öz üzərinə götürməsi ilə bağlı olduqca şərəfli və məsuliyyətli qərarı dayanır. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

“Həmin mərhələdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün həyata keçirdiyi səbatsız, səriştəsiz və əslində antimilli mahiyyət kəsb edən daxili və onun davamı olan xarici siyasət kursu ölkəmiz üçün ağır nəticələrə gətirib çıxardı. Nəticədə məhz həmin illərdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. AXC-Müsavat cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Güney Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi”.

 E.Nəsirov bildirib ki, bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi.

“Erməni işğalçılarının aramsız hücumları, cənubda qondarma “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi girdabına sürüklənmişdi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı”.

Musa Quliyev: “15 iyun nəinki Azərbaycanın, eyni zamanda regionun xəritəsini dəyişən bir gündür”

 Millət vəkili Musa Quliyev bildirib ki, 15 nəinki Azərbaycanın, eyni zamanda regionun xəritəsini dəyişən bir gündür. Onun szölərinə görə, müstəqilliyimiz 1991-ci ilin oktyabrında bərpa olunsa da, istər Ayaz Mütəllibovun, istərsə də Əbülfəz Elçibəyin komandası müstəqil dövləti qura bilmədilər. Bunun səbəblərini qeyd edən Musa Quliyev ən böyük səbəb kimi, onların heç birinin xalqa layiq, onun etimadını qazanan lider olmamasını qeyd edib.

“Bu da ölkədə xaosun, anarxiyanın, özbaşınalığın yaranması ilə nəticələndi. Həmin dövrdə yaranmış ağır vəziyyət, Gəncə qiyamı AXC-Müsavat cütlüyünün hakimiyyətinin gözlənilən məntiqi sonluğu idi”.

Məhz bu gündə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Əgər Heydər Əliyev respublika rəhbərliyinə gəlməsəydi, Azərbaycan dövləti yer üzündən silinəcək və xalqımız uzun illər davam edəcək ağır vətəndaş müharibəsi ilə üz-üzə qalacaqdı. Həmin ilin avqustunda Lənkəranda Ələkrəm Hümbətovun başlatdığı qiyamın dinc yolla aradan qaldırılması Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən biridir”.

Aydın Hüseyov: “Məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra...”

 Millət vəklili Aydın Hüseynov 15 iyun tarixinin ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra tariximizin qızıl hərflərlə yazılmasına diqqət çəkib. O, bildirib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi .

O, bidirib ki, məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı böyük bəlalardan qurtuldu. Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi.

“Ulu öndər həyatını Azərbaycan xalqına həsr etmişdi. Bu gün bütün sahələrdə Ümummilli Liderin əməyi özünü göstərir. Ümummilli Liderin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur. Onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır”.

A.Hüseynov bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.

Ləman

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu