Ana ilə qızının intiharının TƏFƏRRÜATI

00:07 15-06-2019 | icon 17 | Hadisə
Ana ilə qızının intiharının TƏFƏRRÜATI

Bu gün Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində ana və qızının özlərini yaşadıqları binanın 10-cu mərtəbəsindən atması hadisəsi ilə bağlı təfərrüatlar üzə çıxıb.

 

Versus.Az xəbər veir ki, hadisədən bir neçə dəqiqə əvvəl İsmayıl Abdullayev qızı ilə birgə alış-verişdən gəlib.

Bir neçə torbanı yaşadıqları evə qaldıran Xədicə Abdullayeva heç kimin gözləmədiyi halda qəfil özünü pəncərədən atıb. Qonşuların bildirdiyinə görə, hadisə vaxtı məhəllədə Hacı adı ilə tanınan İsmayıl Abdullayev də evdə olub. Sakinlər hadisə yerində vəfat edən Xədicənin üstünü pərdə ilə örtmək istəyərkən onun anası Rübabə Abdullayevanın da özünü atdığını görüblər.

Qadın qızının yanında yerə düşərək hadisə yerində keçinib. Məlumata görə, intihar edən Xədicə Abdullayeva ailəli olub və 5 yaşlı qızı varmış. O bir müddət imiş ki, müalicə alırmış və bu məqsədlə Gürcüstanda və İsraildə xəstəxanalarda olub. Sinir xəstəliyindən əziyyət çəkən X.Abdullayeva bu günlərdə yeni müalicə kursu götürübmüş. Onun anası Rübabə Abdullayevada isə son vaxtlar onkoloji xəstəlik aşkarlanıbmış. Xəstəlik səbəbindən qadında psixoloji sarsıntılar müşahidə edilirmiş. O, son vaxtlar əsasən rayonda olsa da, müalicəsi ilə əlaqədar Bakıya gəlibmiş.

Sakinlər onu da bildiriblər ki, İ.Abdullayev yaşadığı binada qızı və oğlu üçün ayrı-ayrı mənzillər alıb və onlar ayrılıqda yaşayıb. Vəfat edən ana və qızının dəfn mərasimi Goradildə keçiriləcək.

Qeyd edək ki, hadisə vaxtı X.Abdullayevanın həyat yoldaşı Bakıda olmayıb. Ona xəbər yolda, yəni paytaxta gələrkən verilib. Mərhumun 5 yaşlı qızı isə hadisə vaxtı bağçada olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. (publika.az)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İsmayıllının Basqal kəndində uyuyan ŞƏHİD

İki hərəkat arasında ilkin razılıq əldə edilib

Elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

AVMVİB-in təsis etdiyi qəhrəmanlıq medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

Tovuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

Qənirə Paşayeva Milli Qurtuluş günü ilə bağlı geniş məruzə edib

"Müharibə qaçılmaz olarsa..."

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

Aprel şəhidinin xatirəsinə həsr olunan sənədli film - TƏQDİMAT

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”