“Hələ ki, qələbə qazanmaq üçün seçicilərə düzgün mesaj edə bilmirik”

12:04 25-06-2019 | icon 117 | Siyasət
“Hələ ki, qələbə qazanmaq üçün seçicilərə düzgün mesaj edə bilmirik”

Fuad Əliyev: “Müxalifət birinci növbədə seçki mühitinin dəyişməsi ilə bağlı birləşməlidir”

 

İunun 23-də İstanbulda keçirilən bələdiyyə seçkiləri Azərbaycanın siyasi kluarlarında müxtəlif aspektlərdə təhlil olunmaqdadır. Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasından olan namizəd Əkrəm İmamoğlu 54,03 faiz səs çoxluğu ilə qalib gəlib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu təkrar bələdiyyə seçkilərində qələbə çalması münasibətilə təbrik edib.

 

Versus.Az-a açıqlamasında Rəcəb Tayyib Ərdoğanın bundan qabaq işlətdiyi “kim İstanbulda qələbə çalırsa, o Türkiyəni udur”- sözlərini xatırladan ALDP sədri Fuad Əliyev Əkrəm İmamoğlunun qələbəsini təkcə CHP-nin, İsanbulda yaşayan tərəfdarlarının deyil, bütün demokratik düşərgəsinin qələbəsi adlandırıb. Partiya sədri bildirib ki, bu qələbə Türkiyədəki demokratik düşərgəni daha da fəallaşdıracaq. O, Türkiyənin növbəti prezidentinin Əkrəm İmamoğlu olması ehtimalını da istisna etməyib.

 

Türkiyədə Bələdiyyə seçkilərində müxalifətçinin qələbə çalması ilə bağlı təcrübənin Azərbaycanda tətbiqi və siyasi partiyaların seçkilərə qatılmaqla uğurlar əldə edə biləcəyi mesajına gəlincə, F.Əliyev “bizdəki seçkiləri Türkiyə ilə müqayisə edib, seçkilərə qatılmağımız heç bir nəticəni verməyəcək”- deyə vurğulayıb:

 

“Əkrəm İmamoğlu seçkilərin birinci turunda 15 min səs fərqi ilə qazanmışdı, amma indi səs fərqi 500 mindi. Türkiyə normal demokratik cəmiyyət, normal demokratik ölkədir. Müxalifət birinci növbədə seçki məcəlləsinin, seçki mühitinin dəyişməsi ilə bağlı birləşməlidir. Bunu bacarsaq, deməli seçkidə iştirak etməyimiz zəruridir və müxalifət düşərgəsi seçkidə bir komanda olaraq qalib gələ bilər. Son parlament seçkilərində İqbal Ağazadə özü qalib gəlmişdi, amma mandatı saxtakarlıqla başqa bir adama verildi. Belə halların olmaması üçün birinci növbədə seçki qanunvericiliyi dəyişilməlidir”.

 

F.Əliyev müxalifətin birlik arzuladığını, amma hələ ki, buna nail olunmadığını deyib:

 

“Bizim müxalifətdə birlik yoxdur. Biz qardaş Türkiyədəki müxalifətin qələbəsini öz qələbəmiz hesab edirik. Amma bizim demokratik düşərgə hələ ki, bu qələbəni həyata keçirə bilmir. Təbii ki, hardasa düzgün yollar seçilmir, səhv addımlar atılır. Biz hələ ki, qələbə qazanmaq üçün seçicilərə düzgün mesajlar göndərə bilmirik. Ona görə də hesab edirəm ki, müxalifət yaxınlarda keçiriləcək bələdiyyə seçkilərinə birgə qatılmaqla bir məşq keçə bilər. Bələdiyyə seçkilərindən sonra artıq bütöv bir düşərgə kimi gələn il keçirilən parlament seçkilərində daha ciddi və düzgün addım atmağımıza təkan verər. Bu baş verməsə, biz müxalifət olaraq nə Bəllədiyyə seçkilərində qalib gələ biləcəyik, nə də Parlament seçkilərində”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ