Leyla Əliyeva Ramzan Kadırovla görüşündən danışıb

12:56 25-06-2019 | icon 42 | Siyasət
Leyla Əliyeva Ramzan Kadırovla görüşündən danışıb

Leyla Əliyeva: "Birlikdə bir çox sahələrdə, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi üzrə xeyirxah işlər görə bilərik"

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşündən danışıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikası və Çeçenistan Respublikası arasında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni birgə layihələrin hazırlanıb həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

 

“Bizim aramızda qısa və təsadüfi görüş oldu. Ramzan Kadırov çox xoş, səmimi və pozitiv insandır” deyən Leyla Əliyeva Çeçenistanın başçısının bu görüşdən sonra özünün Vkontakte səhifəsində Azərbaycan haqqında yazdığı sözlərdən sevindiyini qeyd edib.

 

Leyla Əliyeva Çeçenistana səfər edəcəyinə ümidvar olduğunu bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib:

“Biz birlikdə bir çox sahələrdə, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi üzrə xeyirxah işlər görə bilərik. Həmçinin himayəyə ehtiyacı olan uşaqlarla bağlı birgə fəaliyyət göstərmək olar. Ümidvaram ki, Heydər Əliyev Fondunun adından həmin respublikaya səfərim və bu cür birgə layihələrdə iştirakım mümkün olacaq”.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti əlavə edib:

“Mən bilirəm ki, Çeçenistanda musiqiyə böyük qiymət verirlər, axı məhz musiqi dünyanı gözəlləşdirir. Ona görə də bu respublikada konsert də təşkil etmək olar”.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla Minskdə keçirdiyi görüş haqqında Çeçenistan rəhbərinin Vkontakte səhifəsində bəhs edilib. Ramzan Kadırov vurğulayıb ki, Azərbaycan ən yaxın qonşu və Rusiya üçün dost ölkədir. O yazıb:

“Dövlətlərimiz arasında bütün sahələrdə ən yaxın əlaqələr yaranıb və inkişaf edir. Bu, Rusiya və Azərbaycanın liderləri – prezidentlər Vladimir Putin və İlham Əliyevin böyük xidmətlərinin nəticəsidir. Mənimlə İlham Heydər oğlu arasında olduqca səmimi münasibətlər formalaşıb. Ona görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşməyimə çox şad oldum. Leyla İlham qızı gözəl təhsilli, ziyalı qız kimi bütün həyatını dünyada xeyirxahlıq və şəfqət ideyalarının yayılmasına həsr edib və bu yolda böyük uğurlar əldə edib. O, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir. Leyla İlham qızı şeirlər yazır, jurnal redaktorudur. Bütün bunlar Azərbaycanın dünyada müsbət imicinin yaranmasına kömək edir. Mən İlham Heydər oğlu ilə görüşlərimlə bağlı öz xatirələrimi minnətdarlıq hissi ilə bölüşdüm. Biz Azərbaycan və Çeçenistan arasında dostluq əlaqələrinə yeni təkan vermək barədə razılıq əldə etdik. Bu il Leyla İlham qızını Qroznıda qarşılamağa şad olacağıq, mədəni, idman və humanitar əlaqələri genişləndirəcəyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ