ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib

10:15 26-06-2019 | icon 32 | Təhsil
ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib

Azərbaycan Dillər Universitetində GUAM +B ölkələrinin 6-cı Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsi təşkil edilib.

 

ADU-dan Versus.Az-a verilən məlumata görə, müsabiqə beş dövlətin – Gürcüstan, Ukrayna, Moldova, Belarusiya və Azərbaycanın iştirakı ilə keçirilib. Hər il Yapon Fondu tərəfindən dəstəklənən və keçirilməsi nəzərdə tutulan bu müsabiqə Azərbaycanda 2-ci dəfə keçirilir.

 

Universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla və Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Katori Teriyuki çıxış edərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

Qeyd olunub ki, Yapon dili bacarığının inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulan müsabiqə ölkələrarası beynəlxalq əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyətə malikdir. 15 nəfər tələbənin qatıldığı bu yarışmada Azərbaycanı 4 nəfər tələbə təmsil edib ki, onların da 2 nəfəri ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin tələbələri Lalə Bağırova və İlahə Məmmədova olub.

 

Müsabiqənin 15 iştirakçısı içərisində ADU-nun tələbələri natiqlik bacarığının yüksəkliyi ilə digər iştirakçılarından seçilib. Hər iki tələb yarışmaya çox ciddi hazırlaşıb və onların hər biri kürsünün ən yüksək yerlərinə layiq ola biləcək səviyyədə olublar. Lalə Bağırova 2-ci, İlahə Məmmədova isə 3-cü yerə layiq görülüb.

 

Müsabiqənin keçirilməsində ADU-nun Yaponiya Araşdırmalar Mərkəzinə müxtəlif təşkilatlar öz dəstək və köməyini göstəriblər. “İlk növbədə universitetimizin rəhbərliyinə, xüsusilə rektorumuz Kamal Abdullaya öz dərin təşəkkürümüzü bildiririk. Bundan başqa Yaponiyanın Azərbaycandakı səfirliyinə, ITOCHU Oil Exploration (Azerbaijan) Inc. şirkətinə, ISR AUTO Lexus Bakı və TEC International şirkətlərinə, eləcə də bizimlə əməkdaşlıq etmiş ADU Tələbə Həmkarlar İttifaqına, Soni Xidmət Mərkəzinə və Tokyo Elektrik Enerjisi Xidmətləri şirkətinə öz minnətdarlığımızı bildiririk”- deyə, tədbirdə qeyd olunub.

Sonda GUAM+B ölkələrinin 7-ci Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsinin Moldovada keçirilməsi yekdilliklə qəbul olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe