Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu

18:47 26-06-2019 | icon 19 | Təhsil
Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı, “Mars Academy”, AREA- Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Engineering for Kids” şirkətinin tərəfdaşlığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə şəhid hərbçilərin övladları üçün robotiks təşkil olunub.

 

Tədbirdə 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərin övladların üçün robotiks ustad dərsi keçirilib. Eyni zamanda, onlar dron uçuşlarında iştirak edərək əyləncəli dəqiqələr yaşayıblar.

Tədbirdə bildirilib ki, Nəqliyyat Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində  robototexnika dərnəyi fəaliyyət göstərəcək. Bu dərnəkdə yay ərzində  robotiks kursları və dron uçuşları ilə bağlı təlimləri keçiriləcək. Aprel döyüşlərində şəhid olan hərbiçilərin övladları öz seçimləri əsasında istədikləri təlimdə iştirak edə bilərlər.

Sözügedən təlimlər aprel döyüşlərində şəhid olan hərbiçilərin övladları üçün ödənişsiz olacaq.

 

Versus.Az AzEdu.az-a istinadən xəbər verir ki, tədbirdə iştirak edən şəhid hərbiçilərinin övladları, onların həyat yoldaşları və təlimçilərin fikirlərini təqdim edir.

Ayan Yusifzadə şəhid hərbiçi Vüqar Yusifovun qızıdır. O, ilk dəfədir belə təlimdə iştirak edir və bu ona çox maraqlı təəssüratlar yaşadıb:

“Mən burada robotları hərəkətə gətirməyə cəhd edirəm.Təlim çox gözəl keçir. Çalışıram ki, robotlar funksiyalarını yerinə yetirsinlər”.

Ayanın qardaşı Yusif  Yusifzadə  hələ balaca olmasına və bağçaya getməsinə baxmayaraq, robotatexnikanın sirlərini öyrənmək istəyir:

“Bura çox maraqlıdır. Mən çoxlu məlumatlar öyrəndim.Robot haqqında informasiyalar topladım”.

Eldar Mustafayev Ted Gimnaziyasının şagirdidir.O şəhid hərbiçi Mustafayev Əflatunun övladıdır:

“Təlim yüksək səviyyədə keçirilir. Bizə burada robotatexnika ilə bağlı geniş informasiyalar verildi. Təəssüratlarım müsbətdir”.

Cavanşir Hacıhəsənli isə bu yayı bir çox təlimlərdə iştirak etməyi planlaşdırır.O, şəhid Yaşar Hacıhəsənlinin övladıdır:

“Mən pilot və dron dərslərinə qatılırm.Bu təlimlərə çox həvəsim var.Özümü inkişaf etdirməyi düşünürəm”.

Somaz İsgəndərli təlimçi olaraq uşaqlara robotatexnikanın sirlərini öyrədir.O Bakı Mühəndislik Universitetində 3-cü kursda təhsil alır:

“Könüllü şəkildə uşaqlara təlim verirəm.Özüm artıq bir ildir ki, Bakı Media Mərkəzində işləyirəm.Bu gün uşaqlara robotiks haqqında məlumat verməyə gəlmişəm.

Uşaqlar adətən robotlara qarşı çox həvəsli olurlar.Robotun konstruksiyaları haqqında məlumatı olan uşaq onu əyani şəkildə hərəkətə gətirə bilər. Uşaqlar robotatexnikanı çox sevirlər.Bu onlar üçün faydalıdır.Həmçinin də gələcəkdə proqramlaşdırma sahəsində onlara köməklik edəcək. Bu uşaqların  alqoritmik düşüncəsi inkişaf etdirmək üçün  də imkan yaradır”.

Nuray Novruzlu da yaşının az olmasına baxmayaraq, təlimə həvəslə qatılıb.O hərbiçi şəhid Mirzə Novruzlunun qızıdır:

“Mən robotlar və dronlar haqqında öyrənirəm.Biz komputerdə drona nə etməli olduğunu səsli şəkildə deyirik və dron da verilən tapşırıqları yerinə yetirir”.

Dilarə Məmmədovanın nəvələri şəhid Mirzə Novruzovun övladlarıdır. Onun sözlərinə görə, elm və texnikanın inkişafı ilə bağlı olaraq Uşaqların maraq dairələri daha da artıb:

“Təlimi təşkil edənlərə dərin minətdarlığımı bildirirəm.Uşaqların sevincini görüb  bizdə sevinirik.

İnanıram ki, şəhid övladarı çox şey bacaracaqlar. Onlar çox istedadlı uşaqlardır.Hər biri həyatda öz yerlərini tapmaq üçün məqsədlərinə çatmalı və bu yolda çalışmalıdılar.Hər şeyin yaxşı olacağına inanıram”.

Lalə Əliyeva  palkovnik Vüqar Yusifovun həyat yoldaşıdır. O,  Rabitə Nazirliyinə bu tədbirin təşkili üçün minnətdar olduğunu bildirib:

“Onlar uşaqlarımıza yaxşı şərait yaratdılar. Uşaqlar robotatexnikanın dərinlikləri ilə tanış oldular. Ümid edirəm ki, belə tədbirlər daimi olacaq. Şəhid övladlarına olan qayğı həmişə davam edəcək.

Bu günün 26 iyun Silahlı Qüvvələr gününə təsadüf etməsi sevindirici haldır.Şəhidlərimizin ruhu bu tədbirlə şad olacaq”.

Sevinc Əlizadə aprel döyüşlərində şəhid olan palkovnik-leytinant Rafiq Orucovun həyat yoldaşıdır. O da tədbir barədə təəssüratlarını bölüşüb:

“Bu gün 26 iyun Silahlı Qüvvələrin yaranması və ordu günüdür.Belə bir tarixdə Azərbaycanın bütövüyü və  müstəqilliyi uğrunda şəhid olmuş zabitlərimiz, hərbiçilərimiz, əsgərlərimiz yada düşməlidir. Onların bizdə qalan əmanətləri  var. Biz millət və xalq olaraq o əmanətlərə sahib çıxmalıyıq.

Rabitə Nazirliyinin rəhbər heyyətinə öz təşəkkürümü bildirirəm. Bu işdə əməyi keçən bütün insanlara  minnətdaram. Bu gün o uşaqlar yalnız qalmadılar. Şəhidlərimizin əmanətlərinə sahib çıxıldı.

Bəlkə də bu gün uşaqlar evdə olsaydılar, darıxacaqdılar. Çünki bu gün onların gözü yolda idi. Ona görə də biz onların hamısını bir yerə topladıq. Belə bir görüş təşkil etdik.Onlar da xalq və millət üçün dəyərli olduqlarını hiss etdilər. Qayğıya və hörmətə ehtiyacı olduqlarını anladılar. Buna görə də bu işdə əməyi keçən hər  kəsə öz minətdarlığımı bildirirəm.

Ümid edirəm ki, Mars Akademi və Rabitə Nazirliyinin dəstəklədiyi bu layihə  uşaqlarımız üçün çox uğurlu olacaq və  onlarda bunu davam etdirməyi bacaracaqlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

İqbal Ağazadə hökumətə səsləndi

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı