Görmə imkanları məhdud uşaqlar üçün yeni sosial reabilitasiya mərkəzləri yaradılacaq

19:18 27-06-2019 | icon 23 | Sosial
Görmə imkanları məhdud uşaqlar üçün yeni sosial reabilitasiya mərkəzləri yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifarişi əsasında həmin kateqoriyadan olan uşaqlar üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub.

 

Versus.az xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, bir sıra özəl şirkətlərin təmsilçiləri iştirak edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri də sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə sistemi və səmərəli reabilitasiya tədbirləri ilə əhatə olunmasına yönəlib. Bu kateqoriyadan olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının da prinsipləri nəzərə alınmaqla aparılan işlərin miqyası ildən-ilə genişlənir. Həmin işlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə qeyri-hökumət qurumları tərəfindən icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri də önəmli yer tutur. Belə layihələrdən biri kimi, “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifariş əsasında “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən “Danışan kitab” saytı və saytın mobil tətbiqi də hazırlanıb.

 

Nazir müavini qeyd edib ki, məqsəd əsərlərin tanınmış aktyorlar tərəfindən səsləndirilməsi yolu ilə görmə imkanları məhdud uşaqların hər hansı haqq ödəmədən müasir avadanlıqlardan istifadə edərək, bədii və elmi ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə şərait yaradılmasıdır. Bu da onların cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının dəstəklənməsinə xidmət edir. Sayt həmin uşaqların informasiya əldə etmək imkanlarını asanlaşdırır, onlara müxtəlif əsərləri komyuter və telefon vasitəsilə rahat şəkildə dinləməyə imkan yaradır.

 

A.Kərimov Prezident İlham Əliyevin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamından da bəhs edib. O bildirib ki, bu Sərəncam ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər həssas qruplar üçün sosial xidmətlər sisteminin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə, onların ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir.

Nazir müavini Sərəncamla görmə imkanları məhdud uşaqlar üçün də yeni sosial reabilitasiya mərkəzlərinin yaradılacağını deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

İqbal Ağazadə hökumətə səsləndi

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı