Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı

08:23 28-06-2019 | icon 129 | Cəmiyyət
Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı

 “Səddam rejimi atama yalan söylədi...”

 

V yazı

(əvvəli ötən saylarımızda)

 

Ötən yazılarımda qeyd etdiyim kimi, İraq türklərini böyük oglu Mehmet İzzət Həttat türkmənlərin fikir babası, müəllim, şair olmaqla yanaşı, həm də İraqda, Yaxın Şərqdə, müsəlman dünyasında tanınan məşhur həttat idi. İndi də Kərkükdə Mehmet İzzət Həttat adına Mədəniyyət Mərkəzi  var.

 

Yüksəl xanım deyir ki, atasının kiçik yaşlardan hətattalığa böyük marağı olub:

 

“Kərkükün  tanınmış həttatlarından dərs alan atam illər keçdikcə bu sahədə çox uğurlar qazanır. Hələ məktəbdə oxuduğu illərdə Şefik Ömer Ridvan adında usta həttat atamın bu sahəyə olan marağını görür, əlindən tutub onu öz emalatxanasına gətirir və dərs verməyə başlayır. Çox keçmir ki, həm təhsil aldığı məktəbdə, həm də Kərkükün Böyük Yaxasında yerləşən məktəblər arasınada həttatlıq üzrə keçirilən yarışmada birinci olur. Öncə bunun bir maraq, hobbi olduğunu düşünən ailəsi sonradan Mehmetin həttatlığa necə bağlı olduğunu anlayırlar”.

 

Yüksəl xanımın sözlərinə görə, o vaxtlar Kərkükdə qəhvəxanaların öz yeri vardı. Bura yığılan insanlar, xüsusən gənclər Kərkük, türkmənlərlə bağlı çox mühüm fikir alış-verişi edərdilər, təməli türkçülük olan bəzi gizli qurumlar da bu qəhvəxanalarda bir araya gələrdilər. Düzdür, sonralar Səddam rejimi bu yerlərə də əl qoydu:

 

“Deyirdilər ki, atam yeniyetmə, gənclik illərində bir qəhvəxanada oturub düz yeddi-səkkiz saat həttatlıq üzərində çalışardı, əsərlərini işləyərdi. Sonralar özü də bu sahədə müəllim kimi fəaliyyət göstərdi, Kərkükdə övladını hətta görmək istəyən hər kəs övladının atamdan dərs alamasını istəyirdi. Çox sayda şagirdləri vardı”.

 

Gənc yaşında artıq İraqın bilinən həttatına çevrilən Mehmet İzzət bu sahədə daha çox inkişaf etmək, bilgilər almaq, özünü formalaşdırmaq üçün Türkiyənin, Misirin ayrı, ayrı şəhərlərinə sfərlər edib, həmin ölkələrin məşhur həttatları ilə tanış olur. Həttatlıq və sənət muzeylərini ziyarət edir, Kərkükə qayıdanda özü ilə həttatlıq sənəti kitabları gətirir. Yüksəl xanım deyir ki, atası ilk həttat atölyesini Kərkükün Gürgür Baba Caddəsində, El – Emra kinoteatrı yaxınlıgında açır:

 

“Bu atölye Kərkük üçün bir ilk oldu. 1958-ci ildə isə atölyesini ortagı, eyni zamanda da şagirdi olan Abdulməlik Abbas ilə birlikdə Kərkük Atlas Caddesinə, El – Asri alışveriş mərkəzinin yanına daşıdı. Burada çalışdıgı illərdə bir çox gəncə həttatlıq sənətini öyrətdi, çox sayda davamçılar yetişdirdi. Bundan başqa məktəbdə də müəllim kimi çalışırdı. Kərkükdə bir çox məscidlərin naxışları, bəzəkləri atamın əl işləridir. Ən böyük diləyi Qurani Kərimi başdan sona qədər həttat sənəti ilə yazmaq idi. Təəssüf ki, xəstəliyi buna imkan vermədi, ömrü yetmədi....”

 

Yüksəl xanım əlavə edir ki, atasının həttat kimi şöhrəti günü-gündən artırdı. İraq üzrə ikin ci hətta idi. Amma o, heç vaxt şöhrət ardınca getmədi, yalnız İraq türkləri adına sevdiyi işlə məşğul idi:

 

“Atamın əsərləri artıq təkcə İraqda deyil, başqa ğlkələrdə də keçirilən sərgilərdə nümayış etdirilirdi. Ünvanına xoş sözlər, təbriklər gəlirdi, iraqlı həttat kimi sayılıb, seçilirdi. Səddam İraqda hakimiyyətə gələnə qədər...

Atam Dünya Həttatlarının sərgi, yarışmaına dəvət almışdı. Yadımdadır, səksəninci illər idi, neçə hazırlaşırdı. Ən dəyərli, qiymətli əsərlərini seçmişdi sərgiyə yollamaq üçün və çox böyük ümidləri vardı. Deyirdi ki, bunların hamısı İraq türklərinin, türkmənların adınadır. Elə türkmənlər adına da qazanmaq istəyirdi. Sərgi başlamamışdan əvvəl atam seçdiyi beş əsəri yolladı. Həmin vaxt Bagdad da atam demişdilər ki, əsərlər artıq yola salınıb. Sərgi  dünyanın diqqətində idi, çünki, bütün ölkələrin sayılıb seçilən həttatlarının əsərləri nümayış etdiriləcəkdi, İraqdan isə çəmi iki nəfərin – atamın və milliyətcə ərəb həttatın. Atam bu sərginin başlamasını neçə gözləyirdi. Sərginin açılışı oldu və İraq adına yalnız ərəb həttatın əsərləri nümayiş etdirilirdi. Bu atama çox təsir etdi, geçələr yata bilmirdi, bizə hiss etdirmək istəməsə də, agrıları da güçlənirdi. Həmin agrılar içərisində yenidən Bagdada getdi, orada deyiblər ki, yəqin əsərləri gedib çatmayıb, yolda nəsə olub. Sərgi – yarışma başa çatandan sonra Bagdaddan xəbər gəlir ki, guya əsərlər indi gedib çatıb. Amma biz öyrəndik ki, atamın üzərində illərlə zəhmət çəkdiyi beş əsəri ümumiyyətlə, Bagdaddan göndərilməyib. Səddam rejimi atama yalan söyləmiş, türkmən oldugu üçün əsərləri dünya həttatlarının sərgisinə göndərilməmişdi. Ömrü boyu haqsılıqlarla qarşılaşan atam son günlərinə qədər bu hadisəni yadından çıxara bilmirdi....”.

 

Yüksəl xanım əlavə edir ki, üstündən illər keçəndən sonra mənə dedilər ki, həmin beş əsər Bagdad tərəfindən çox yüksək qiymətə satılıb:

 

“Hətta sözügedən əsərlərdən birinin sonralar Türkiyədə milyonçulardan birinin aldıgını bildirdilər. Təəssüf ki, səhhətim bütün bunları araşdırmaga imkan vermir. Amma atamın əsərlərinin neçə qiymətli oldugunu bilirəm. Həə o dövrdə atama əsərlərini satmaq üçün təkliflər gəlirdi. Yuxarıda da qeyd etdiyim kimi, həmişə deyirdi ki, mənim əsərlərim satlıq deyil, bunların hamısı İraq türkləri adına yaratdıgım əsərlərdi....”

 

İslam dünyası həttatlarının ikinci böyük sərgisi Bagdad da keçirilir. Həmin sərgiyə də Mehmet İzzət Həttat beş əsəri ilə qatılır. Həm yerli, həm də xarici ölkələrdən gələn sənətçilər, həttatlıq sənətinə dəyər verənlər onun əsərləri qarşısında dayanır, heyranlıqlarını bildirirdilər:

 

“O vaxt atamın əsərləri çox böyük maraqla izlənildi, onunməşhurlugunu daha da artırdı. Həmin dövrdə 10000 dinar çox böyük pul idi və atam bu pul mükafatına layiq görüldü. Amma türkmən oldugu üçün rəsmi Bagdad ona yalnız sərgidə iştirakı üçün təşəkkürnamə verməklə kifayətləndi....”

 

“Həbsdən çıxmasına bir neçə gün qalmış atamı zəhərlədilər”

 

Bütün verilən işgəncələrə baxmayaraq, həbsxanaya atamla görüşə gedəndə bizim yanımızda dik durmaga, güçlü görünməyə çalışırdı deyən Yüksəl xanımın sözlərinə görə Əbu-Qreyb zindanından çıxmaga az qalmış Mehmet İzzət Həttatı zəhərləyirlər:

 

“Əslində, bu Sədam rejiminin “metodların”dan biri idi. Xüsusilə də türkmənlərin üzərində tətbiq olunurdu. Edam etmədiyi türkmən ziyalılarını, adı öndə gələn isimləri həbsdən çıxmaga bir neçə gün qalmış zəhərləyirdilər. Bəzən zəhərin təsiri elə olurdu ki, ya həbsxanada, ya da çölə çıxandan bir neçə gün sonra günahsız insanlar dünyalarını dəyişirdilər. Bəzən də bu zülüm atamda oldugu kimi illərlə davam edirdi. Onsuz da atam zindanda oldugu illərdə bütün zülümləri, vəhşilikləri görmüşdü. Kiçik, havasız, qaranlıq divarlar arasında dörd nəfər eyni yerdə saxlanılırdı. Hansı ki, orada bir nəfərin qalması belə mümkünsüz idi. Təsəvvür edin, bəzən yerə mismarlar düzərdilər, bəzən şüşə qırıntıları, məhbusları onların üzərində gəzməyə məcbur edirdilər. Bundan başqa elektroşok verirdilər, bunları danışanda belə insan dözmür, amma atam illərlə bu işgəncələri yaşamışdı. Çıxmasına bir neçə həftə qalmış özü də bilirdi ki, onu zəhərləmək istəyirlər. Yedikləri quru çörək, şorba idi, bir də arada su verirlərdi. Atam şorbanı yemək istəməsə də, məcbur edirlər, deyir ki, ürəyi istəmir. Amma bir qaşıq da olsa içməlisən əmrini verirlər. İnsan nə qədər çarəsiz olmalıdır ki, qarşısına qoyulan şorbada zəhər oldugunu bilə - bilə onu içməyə məcbur edilsin. Atam bir qaşıq içir. Onlar isə atamı yenə də məcbur edirdilər, elə birinci qaşıqdan zəhər öz təsirini göstərir. Atamın mədəsində yara əmələ gəldi, sonra isə deşildi. Ömrü boyu elə yaşadı, yemək yeyə bilmirdi. Gündəlik yeməyi yalnız iki kiçik, şəkərsiz, yagsız peçenyeyə bənzər bir şey idi. Günü – gündən zəifləyirdi, arıqlayırdı, amma heç nə onu yolundan döndərə bilmirdi. Həm müəllim kimi fəaliyyətini davam etdirirdi, həm də yaradıcılıqla məşgul idi, şeirlər, hoyratlar yazırdı....”

 

Yar yaramı
Oyupsan yar yaramı
Dedim gel tımar eyle
Demedim yar yaramı
Bir yandan gam oyuru
Bir yandan yar yaramı
Oysam iki gözüm demem
Oyuptu yar yaramı

 

Ay deme
Yıldız deme ay deme
Düşman halım soranda
Gül üzüne ay deme
Kerküküm çırağım var
Su yerine bağım var
Kalıpsan yad elinde
Üregimde dağım var....

 

(davamı var)

 

Ağanisə Sultan
/Ankara, Türkiyə/

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ