ABŞ silahlı qüvvələrində xidmət edən azərbaycanlı serjant

08:57 28-06-2019 | icon 50 | Cəmiyyət
ABŞ silahlı qüvvələrində xidmət edən azərbaycanlı serjant

“Ser, mən azərbaycanlıyam, qoy amerikalılar mənim timsalımda şahid olsunlar ki..."

 

 

 

ELMAN ELDAROĞLU

/ABŞ, Miçiqan/

 

Azərbaycandan fərqli olaraq ABŞ silahlı qüvvələrində əsgəri xidmət könüllüdür. Burada yalnız vətəndaşlar və ya bu ölkədə yaşamaq hüququ olan kişi və qadınlar xidmət edə bilərlər. Hərbi xidmət müddəti müqavilə əsasında iki ildən altı ilədək təyin olunur.


Ümumiyyətlə, ABŞ-da ordu beş növdən ibarətdir: US Army- klassik ordu, US Air Force- hərbi hava qüvvələri, US Navy- hərbi dəniz qoşunları, US Marine Corps- dəniz piyadaları və US Coast Guard- sahil mühafizə xidməti. Hərbi xidmət üçün yaş həddi isə müxtəlifdir. Məsələn, klassik orduda 18 yaşdan 42-yə qədər, sahil mühafizə xidmətində 27 yaşa qədər, dəniz piyadaları qoşunlarında 32 yaşa qədər, hərbi dəniz qüvvələrində isə 35 yaşa qədər könüllülər müraciət edə bilər. Yalnız hüquqşünas və həkimlər üçün heç bir yaş məhdudiyyəti nəzərdə tutulmayıb...

Bu gün sizə ABŞ silahlı qüvvələrində xidmət edən bir azərbaycanlı soydaşımızdan söhbət açmaq istəyirəm. Adı Pərviz, soyadı Qocayevdir. 1996-cı ildə Bakıda anadan olub. 2009-cu ildə yeddinci sinifi 7 nömrəli orta məktəbdə bitirdikdən sonra ABŞ-ın İndiana ştatının İndianapolis şəhərinə gəlib. 2015-ci ildə tam orta təhsilini bu şəhərdə aldıqdan sonra bir müddət telefonların satışı dükanında çalışıb. 2016-cı ildə isə könüllü olaraq ABŞ silahlı qüvvələrində xidmətə başlayıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra Kaliforniyadakı hərbi tibbi bazaya göndərilib. İki il yarımdır ki, tibbi ləvazımatların, eləcə də dərman peraparatlarının qeydiyyatdan keçməsi və nəzarəti ilə məşğul olan hərbi bazada xidmət edir. ABŞ ordusunun serjantıdır. Yeri gəlmişkən, amerikalılar arsında serjant ordunun onurğa sütünü sayılır...

 

Deyir ki,- “Müqaviləm bitdikdən sonra ordudan uzaqlaşıb, təhsilimi davam etdirmək, avtomobil dizayneri ixtisasına yiyələnmək istəyirəm. Bu mənim ən böyük arzumdur”...

 

Ana dili ilə yanaşı ingilis, rus, türk dillərində sərbəst danışır. İdmanın ağır atletika növü ilə məşğul olmağı xoşlayır. Kompyuter elmləri haqqında kitabları oxumaqdan yorulmur. Kompyuterin 3D proqramında avtomobillər hazırlamaq isə əsas hobbisidir…

Pərviz hələ gəncdir, cəmi iyirmi üç yaşı vardır. Bu gənc soydaşımızdan ciddi nizam-intizam tələb olunan və döyüş hazırlığı təlimləri ilə insanı fiziki yükləyən bir orduda necə qərar tutduğunu soruşanda, əsl hərbiçilərə xas olan qürurla əsgər salamı verərək söylədi:- “Ser, mən azərbaycanlıyam. Qoy amerikalılar mənim timsalımda şahid olsunlar ki, hər bir azərbaycanlı döyüşçü kimi ən ağır sınaqlardan çıxmağa qadirdir”...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

İqbal Ağazadə hökumətə səsləndi

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı