Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanı ittiham etdi

13:56 28-06-2019 | icon 46 | Siyasət
Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanı ittiham etdi

Qənirə Paşayeva: “Suriyadan qaçqın düşmüş erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməyi durdursunlar”

 

Millət vəkili, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanı Suriyadan qaçqın düşmüş erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməkdə ittiham edib və AŞPA-ya bunun durdurulması üçün Ermənistana təzyiq etməyə çağırıb.



Versus.Az-ın məlumatına görə, Qənirə Paşayeva AŞPA-da "Suriyada vəziyyət: siyasi həll üçün perspektivlər?" adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azad Demokratlar Qrupu adından çıxış edərək AŞPA-ya, Avropa təşkilatları,və ölkələrinə çağırış səsləndirib. O, işğalçı Ermənistanı Suriyadan qaçqın düşmüş erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməkdə ittiham edib və AŞPA-ya bunun durdurulması üçün Ermənistana təzyiq etməyə çağırıb:



"Dəyərli həmkarlar, Sənəddə də vurğulandığı kimi, Suriyada bir neçə ildir davam edən müharibə II Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi ən ağır humanitar böhrana gətirib çıxarıb. Mən bu böhranı şəxsən görmüş insanlardan biriyəm. Surayadan qaçqın düşmüş 3 milyondan çox insana neçə ildir yardım edən Türkiyənin Suriya ilə sərhədlərində qaçqınlarla bir neçə dəfə görüşmüşəm. Eləcə də İordaniyada onlarla görüşmüşəm. Hamımızın gözləri önündə dəhşətli bir faciə yaşanır və o insanlar sizdən daha çox dəstək gözləyirlər.

İlk öncə getdikcə daha da böyüyüb Yaxın Şərq və getdikcə Avropa üçün də ciddi problemlər yaradan Suriya probleminin siyasi həlli çox vacibdir və bununla bağlı təşkilatımız da ciddi dəstək olmalıdır. Qətnamə layihəsində məruzəçinin bu istiamətdə təklif və çağırışları dəstəkləməklə yanaşı bəzi məsələləri xüsusi vurğulamaq istəyirəm. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmaq və köçkünlərə Avropa təşkilatlarının və ölkələrinin dəstəyini artırmaq lazımdır. Əks halda faciələr daha da böyüyəcək. Bir müddət əvvəl Suriyadan köçkün düşmüş türkmənlər, soydaşlarımız bizimlə görüş zamanı onların istəklərini buradan səsləndirməyimizi istədilər. Çox böyük əziyyətlər yaşayan türkmən köçkünlər Parlament Assambleyasını onların yaşadığı faciələrə daha çox diqqət ayırmağa çağırır və onların həllində daha çox dəstək gözlədiklərini söyləyirlər. Suriyadan köçkün düşmüş bütün insanlar da bu çağırışı səsləndirirlər. Biz onların səsini duymalı və dəstəyimizi artırmalıyıq. Suriya ilə böyük sərhədləri olan və bu ölkədən köçkün düşmüş 3 milyondan artıq insana qapılarını açmış üzv ölkə Türkiyəyə də AŞPA olaraq dəstəyimizi daha da artmalıyıq. Türkiyə onlar üçün bir ümid, bir xilas qapısıdır. Avropa və Avropa Şurası, onun Parlament Assambleyası dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır. Biz Assambleyanı buna çağırırıq.



Dəyərli həmkarlar,  

Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda bu insani dəyərlərlə də doğru yanaşma deyil. Ona görə də Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoyulmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm. Ermənistan dövləti onları Ermənistanın bölgələrinə deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Biz Ermənistanı bu çağırışlara əməl etməyə, Suriyadan, münaqişədən köçkün düşmüş insanların münaqişə bölgələrinə köçürülməsinə son verilməsinə çağırırıq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Azərbaycana sızan Rusiya “sevgisi”

Kəsik qolların harayı və "Amerika idealizmi"

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub