Belə xəstələr həftə sonları və istirahət günlərində rahat olurlar

18:55 28-06-2019 | icon 141 | Sağlamlıq
Belə xəstələr həftə sonları və istirahət günlərində rahat olurlar

Nərminə Abbasova: “Allergik Rinit bəzi insanlarda yüngül, bəzilərində isə çox ağır əlamətlərlə özünü göstərir”

 

“Allergiya - immun sisteminin yaratdığı bir reaksiyadır. İmmun sistemi orqanizmə daxil olan bütün yad cisimlərə qarşı cavab verir. Normal şərtlər daxilində bu, qoruyucu reaksiyadır. Bununla yanaşı, bəzi insanlar bir sıra maddələrə qarşı fərqli immun cavab yaradır və bu maddələrlə təkrar qarşılaşdıqda daha yüksək reaksiyalar verir”.

 

Versus.Az-ın məlumatına görə, bunu Allergiya Rinit haqqında söhbətində Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bldirib. Həkimin sözlərinə görə, bu maddələr allergenlər, bu tip insanlar isə “allergik” olaraq adlandırılır:

 

“Allergiya genetik olaraq keçir və əgər hər iki valideyn allergikdirsə, uşaqlarında allergiyaya rastgəlinmə tezliyi 50%-ə bərabərdir. Allergenlər orqanizmdə anticisim əmələ gəlməsinə təkan verirlər. Bu anticisimlər allergenlərlə birləşib bəzi kimyəvi maddələrin ifraz olunmasına səbəb olur. Bunlardan histamine ən yaxşı tanınandır. Bu maddə burun balıqqulaqlarının şişməsinə, qaşınma, bol selik ifrazına və qıcıqlanmaya səbəb olur”.

 

Allergik Rinitin rast gəlinmə tezliyindən danışan həkim-terapevt bildirdi ki, bu, ən çox rast gəlinən allergik xəstəlikdir. Rast gəlinmə tezliyi 20%-dir. Hər il bir çox insan allergik rinitlə qarşılaşır. Bəzi insanlarda yüngül, bəzilərində isə çox ağır əlamətlərlə özünü göstərir.

Nərminə xanım Allergik rinitin əlamətlərini sadalayıb:

 

“Burun axıntısı, asqırma, burunda qaşınma, burun tıxanıqlığı, qoxunun zəifləməsi, gözlərdə yaşarma və yorğunluq. Qavrama çətinliyi, yuxu pozğunluğu normal həyat keyfiyyətini pozur. Bu xəstəliyə bütün yaşlarda rast gəlinə bilər, ancaq, əsasən 1-20 yaş arasında başlayır. Əksəriyyətində ailədə eyni və ya oxşar xəstəliklər mövcud olur”.

 

N.Abbasova qeyd edib ki, Allergik Rinitin növləri var. Bunlar aşağıdakılardır. Bunlar aşağıdakıladır:

 

Mövsümlə əlaqəli allergik rinit: Ağac, çayır və yabanı ot tozcuqlarına qarşı yaranan rinitdir. Xəstənin şikayətləri bu allergenlərin atmosferdə çox olduğu vaxtlarda özünü göstərir. Xəstəliyin il ərzində davam etmə müddəti coğrafi bölgə və iqlim ilə yaxından əlaqəlidir. Tozcuq mövsümü xaricində xəstələr ümümilikdə rahat olurlar. Yazın əvvələrində ağac, ortalarında çayır, yazın ortasından payıza qədər də yabanı ot tozcuqları bu şikayətə səbəb olar.

 

İl boyu davam edən allergik rinit: Allergenlərlə təmasın il boyu davam etdiyi və şikayətlərin il ərzində mövcud olduğu allergik rinit növüdür. Səbəb olan allergenlər ev tozu akarı, hamam böcəkləri, ev heyvanı allergenləri (pişik, it) və sporları

Ən vacib allergen ev tozu akarıdır (mite). Xəstənin yaşadığı yerdə daima akar allergenlərinə məruz qalması, şikayətlərinin il boyu davam etməsinə səbəb olur.

Digər ev içi allergenləri isə ev heyvanlarıdır. Xüsusi ilə pişik allergenləri cox vacibdir. Yayıldığı yerdə aylarca qala bilir. Tək ev içində deyil, məktəb, iş yeri, avtobuslarda yüksək miqdarda təsbit edilmişdir.

 

Peşəyə bağlı allergik rinit: İş yerlərindəki allergenlərə, qıcıqlandırıcı maddələrə bağlıdır. Asqırma, burun axıntısı və burun tıxanıqlığı kimi əlamətlər iş yerlərinə girdikdən sonra yaranır. Xəstələr həftə sonları və istirahət günlərində rahat olurlar.

 

Allergik Rinitin digər allergik xəstəliklərlə əlaqəsinin olub olmamasına gəlincə, həkimin sözlərinə görə, Allergik rinit olan xəstələrin 30-40%-də bronx həssaslığı və allergik astma, daha az sıxlıqda digər allergik xəstəliklər müşahidə olunur:

 

“Anamnez, fiziki müayinə əlamətləri ilə birgə dəri allergiya testi və burun yaxmasının incəlməsi ilə Allergik Rinit diaqnozu qoyulur. Diaqnoz üçün ən çox istifadə olunan dəri testidir. Ancaq dəri testində olmayan bir allergenə allergiyası varsa, bu test o qədər də faydalı olmayacaq, nəticə neqativ çıxacaq. Həmçinin bəzi allergenlər dəridə reaksiya verməsələr də, tənəffüs yollarında reaksiyaya səbəb olur. Bundan başqa, qanda İgE-yə baxılır”.

 

Həkim deyir ki, Allergik Rinitin müalicəsi Allergenlərlə təmasın aradan qaldırılması, Dərman müalicəsi, Hiposensibilizasiya (peyvənd müalicəsi), Cərrahi müalicə, Fitoterapiya (Rhinolight) ilə mümkündür:

 

“Allergik rinitin müalicəsində əsas məqsəd allergenlərdən qorunmaqdır. Ancaq bu o qədər də asan deyil. Tozcuqlardan qorunmaq üçün müəyyən tədbirlər var. Tozcuqların çox olduğu vaxtlarda - saat 05.00-10.00 arası açıq havaya çıxmaq qadağandır, ancaq burunu bağlayan maskalarla çıxmaq olar. Tozcuqlar olan vaxt açıq havada idman etmək olmaz. Eyni zamanda, saç tozu tutur. Bu səbəbdən hər axşam saçları yuyub, duş almaq lazımdır.

Uşaqlar evə gəldikləri zaman paltarlarını dəyişməlidirlər. Maşında pəncərələri açmaq olmaz. Ümumiyyətlə, tozcuq mövsümündə qapı-pəncərələr bağlanmalıdır. Evdə və ofislərdə kondisionerlərin filtri tez-tez dəyişdirilməlidir. İstirahət üçün dəniz kənarı münasibdir. Bayırda eynək və şlyapalardan istifadə edilməlidir. Və gündəlik paltarları yataq otağında dəyişmək düz deyil. Mütləq və mütləq allergiyaya qarşı həkim qəbuluna gedilməlidir”.

DİQQƏT!

Əgər siz Allergiya və Astma xəstəlikləri ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (və ya yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı

Məhz böyük barmağa üzük taxmağı xoşlayanlar enerjili və...