İyulun 3-də Gəncə hadisələrinin bir ili tamam olur

09:05 29-06-2019 | icon 17 | Siyasət
İyulun 3-də Gəncə hadisələrinin bir ili tamam olur

Sabiq təhlükəsizlik zabiti Elmar Vəliyevin vurulması və Gəncə işinin 1 ilini təhlil etdi: “Dövlətin əleyhinə müəyyən işlər görülməsi cəhdi istisna deyildi”

 

İyulun 3-də Gəncə hadisələrinin bir ili tamam olur. Ötən ilin bu günlərində kimsənin ağlına gəlməzdi ki, Gəncənin icra başçısı Elmar Vəliyevə atəş açılacaq.

Bu hadisə elə bir günə təsadüf eləmişdi ki, Mingəçevirdə ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 6-cı enerji blokunda partlayış baş vermişdi.

Ölkənin zülmətə qərq olduğu vaxtda E.Vəliyevə Gəncə İH-in qarşısında sui-qəsd edildi və cinayəti törədən Yunis Səfərov dərhal həbs olundu.

Versus.Az “Yeni Müsavat”-a istinadla xatırladır ki, ölkədə böyük səs-küy doğuran hadisənin ardınca sosial şəbəkələr üzərindən Gəncənin mərkəzinə mitinq təyin olundu. Tələb E.Vəliyevin Gəncəni tərk eləməsi idi.

İyulun 10-da meydanda asayişi təmin edərkən iki polis polkovniki xəncərlə qətlə yetirildi. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində həlak oldular.

Sabiq təhlükəsizlik zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Gəncə hadisələri bir nəfərin kobud idarəçiliyinə, məmur özbaşınalığına etiraz olsa da, hadisədən sonrakı proseslər qlobal xarakter daşıyırdı, həm xaricdə, həm daxildə düşmən güclər vəziyyətdən yararlana bilərdi: “Üstəlik, hakimiyyətin yox, dövlətin əleyhinə müəyyən işlər görülə bilərdi”.

Sabiq MTN polkovniki Gəncə hadisəsində müəyyən güclərin xəbərdarlıq mesajı verməsini istisna etmir: “2009-cu ildə Neft Akademiyasındakı terror da xəbərdarlıq idi. Lakin Gəncədəki hadisələr kütləvi iğtişaşa çevrilmədi.

Mingəçevirdə enerji blokunun partlayışının mümkündür ki, Gəncədəki hadisə ilə bağlantıları var. Çünki respublikada enerji problemi yaranır, hamının narazılığı üzə çıxır. Və Gəncə kimi bir yerdə başçı vurulur. Gəncə elə-belə yer deyil. Amma bu iki hadisə arasında birbaşa bağlılıq olduğunu tam olaraq deyə bilmərəm.

Əvvəla, kütləvi narazılıq yaradacaq obyektlərdə gərək yeyinti olmasın.  Araşdırmalar ortaya çıxardı ki, nöqsanlar olub, yeyintilərə yol verilib və heç kəs tamahına sədd çəkməyib. Gərək imkan verilməsin ki, bundan istifadə edib camaatı ayağa qaldırsınlar".

Qeyd edək ki, hazırda Sabunçu məhkəməsində Gəncə hadisələri ilə bağlı 4 cinayət işi üzrə proses aparılır.

Həmin məhkəmə dinləmələrinin heç biri birbaşa E.Vəliyevə sui-qəsdlə əlaqəli deyil. Sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı prosesin nə vaxt başlanacağı da hələlik bəlli deyil.

Baş prokuror Zakir Qaralov deyib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində respublikada böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işinin istintaqı müvəffəqiyyətlə aparılıb.

Bu işlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbirlərinin seçilməsi təmin edilmiş, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, radikal diniyönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs-qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub.

 

Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Qeyd olunan qanlı olayların Gəncədə planlaşdırılmasını bir çox ekspertlər sabiq icra başçısı Elmar Vəliyevin yerli əhali ilə saymazyana, bir çox hallarda bütün əndazələri aşan münasibətindən doğması ilə əlaqələndirirlər. Bu gün isə Gəncədə sabitlik, sakitlikdir.

Yeni icra başçısı Niyazi Bayramov  əhali ilə daim təmasdadır, vətəndaşları qəbul edir, problemlərini dinləyir, həllinə tapşırıqlar verir, kimsə qapıdan geri qaytarılmır, əhali tərəfindən onun davranışları, idarəçiliyi təqdir olunur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Azərbaycana sızan Rusiya “sevgisi”

Kəsik qolların harayı və "Amerika idealizmi"

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub