Azərbaycan ən çox məcburi köçkün və qaçqın əhalisi olan ölkələr sırasındadır

12:45 29-06-2019 | icon 27 | Gündəm
Azərbaycan ən çox məcburi köçkün və qaçqın əhalisi olan ölkələr sırasındadır

Azərbaycanın əhalinin sayına nisbətdə ən çox məcburi köçkün və qaçqın əhalisi olan ölkələr sırasındadır, öz yurd-yuvalarından didərgin düşmüş şəxslər mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyində duran ən vacib məsələlərdən biridir və bu məsələnin köklü səbəblərinin aradan qaldırılması istiqamətində bütün səviyyələrdə konkret tədbirlər və böyük diqqət tələb olunur.

 

Trend-in məlumatına görə, bu fikirləri iyunun 28-də BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov yüksək vəzifəli şəxs qismində çıxışı zamanı deyib.

 

Hazırda dünyada məcburi şəkildə köçürülmüş şəxslərin sayının 71 milyona çatdığına diqqəti çəkən F.Hüseynov insanların acısına səbəb olan bir çox münaqişələrə hələ də həll yolu tapılmadığını təəssüf hissi ilə qeyd edib.

Azərbaycanın bu mövzuya həssaslığının anlaşılan olduğunu vurğulayan sədr müavini, ölkəmizdə məcburi köçkün probleminin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonun işğalından qaynaqlandığını bildirib. Bu xüsusda, sədr müavini Ermənistanın həyata keçirdiyi hərbi təcavüz, işğal və etnik təmizləmə siyasəti nəticəsində 250 min Azərbaycanlının Ermənistandakı ata-baba yurdlarından qovulduğu və 700 min insanın Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb.

 

Ölkə başçısının rəhbərliyi altında Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlər, o cümlədən onların yaşayış şəraitinin təkmilləşdirilməsi sahəsində aparılan fəaliyyət, eləcə də bu sahədə icra olunan Dövlət Proqramları barədə məlumat verən F. Hüseynov, xüsusi vurğulayıb ki, 300 min məcburi köçkün soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb, görülən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddinin 75 faizdən 12 faizədək azalıb. Ümumilikdə, ötən müddət ərzində bu sahəyə 7,4 milyard ABŞ dollar məbləğində vəsaitin ayrıldığını qeyd edib. O, bu tədbirlərin məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun bərpasına imkan yaradacaq Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin siyasi həllinin tapılmasına qədər müvəqqəti tədbirlər kimi xarakterizə oluna biləcəyini qeyd edib. Sədr müavini BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xususi məruzəçilərinin hesabatlarına istinad edərək, Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və beləliklə məcburi köçkünlərin öz dogma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkün olacağını vurğulayıb.

 

F.Hüseynov Azərbaycanlı məcburi köçkünlər adından onları gündəlik narahat edən məsələlərə Şuranın diqqətini çəkərək, nə zaman öz yurdlarına qayıdacaqları, nə vaxtadək məcburi köçkün olaraq qalacaqları və hansı səbəbdən beynəlxalq ictimaiyyətin Azərbaycanlı məcburi köçkünlərin pozulmuş insan hüquqlarının bərpası məsələsinə laqeyd qaldığını sorğu edib.

Sonda o, məcburi köçkünlər üçün ədalətin bərpa olunmasının istənilən uzunmüddətli sülhün və təhlükəsiziliyin təməli olduğunu bəyan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe