2 milyard dollarlıq layihə

22:51 29-06-2019 | icon 58 | Dünya
2 milyard dollarlıq layihə

2 milyard dollarlıq layihə

 

Rus Pravoslav (ortodoks) kilsəsi Moskvada Vatikan kimi bir dini mərkəz yaratmaq fikrindədir. Bunun üçün 2 milyard dollar vəsaitin ayrılacağı gözlənilir.

 

Versus.Az xəbər verir ki, bu barədə Rusiyanın “The Moscow Times” qəzeti xəbər yayıb.

 

Xatırladaq ki, Vatikan İtaliyanın paytaxtı Romanın qərb hissəsində yerləşir. Həm ərazisi, həm də əhalisinin sayına görə dünya dövlətlərinin ən kiçiyidir. Eyni zamanda müstəqil və suveren ölkədir. Vatikan 44 hektar əraziyə və mindən çox əhaliyə sahibdir.

“The Moscow Times” qəzeti bildirir ki, Rus Pravoslav kilsəsi belə bir mərkəzin yaranması üçün bu ilin əvvəlində prezident Putinə müraciət edib.
Bu məqsədlə Vatikanla yanaşı Qüds və Məkkə nümunələri də Rus Pravoslav kilsəsi tərəfindən araşdırılıb.

Moskva Dövlət Universitetinin müəlliməsi, professor Natalia Zubarevich isə deyib ki, Moskvanın həllini gözləyən problemləri çoxdur. Məsələn, yol çəkilişi, zibillərin toplanması, uşaq baxçası və məktəblərin azlığı: “Yəqin ki, bu layihəni irəli sürənlər rəhbər şəxslərin dindarlığına ümid edirlər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe