Siyasətdə ilbiz izləri...

17:30 22-03-2018 | icon 188 | Köşə
Siyasətdə ilbiz izləri...

İnkişaf ƏKSlərin sistemli şəkildə birgə fəaliyyətinə bağlıdır

TAHİRƏ QAFARLI

 

...Bəli, bütün canlılar, ali varlıq saydığımız insanlar öz mahiyyətinə, xarakterinə görə bir-birindən fərqlidir və zəncirvari halda həyat sisteminin harmonik inkişafını təmin edirlər.

 

Bəli, həyat impulsu sevir. İnkişaf isə ƏKSlərin sistemli şəkildə birgə fəaliyyətinə bağlıdır.

Cəmiyyətdə o zaman sağlam ardıcıllıq ola bilir ki, orada bütün xarakterlər öz mahiyyətinə, təbii bacarıq və imkanlarına görə nizamlanır. Yəni ağıllı, bacarıqlı, güclü olan öz qabiliyyəti ilə önə çıxır və təbii olaraq digərləri ondan sonra gələn pillələrdə yer alırlar. Bu tələb süni idarəçiliklə pozulduqda sistemsizlik yaranır və heç bir orqanizm öz işini düzgün qura bilmir. Bu vəziyyət, damarda yaranan“tromp”ların sonda “beyni” iflic etməsi halına bənzəyir.

 

Bəli, hər bir həyat elementinin öz mahiyyətinə görə iş prinsipi, missiyasi vardır. Ağıllının vəzifəsini ağılsız, canavarın vəzifəsini quzu, yaxud çaqqal icra edə bilməz... Bu baş verərsə, faciəmiz qaçılmaz olar. Bu durumda olan sosial-ictimai sferada elə bir “bataqlıqlar” yaranar ki, iyləndikcə iylənər... Hansı ki, bu gün dünyada gedən müharibələr, əhalisinin yaşam səviyyəsi aşağı olan ölkələr belə bir təcrübəni yaşamaqdadırlar...

Bu gün çözümü qəliz görünən nəsnələr sosial şəbəkələrdə insanların söyüşlə, təhqirlə müşahidə olunan davranışı ilə də müşahidə olunur. İctimai xaraktersizlik, adamların bir-birinə vəzifə dərəcəsinə görə saxta yanaşmaları əsas yaşam şüarı kimi diqqət çəkir. Bir-birinə qarşı elə aqressiya sərgiləyirlər ki, bunun hansı psixoloji durum, xarakter, hansı xəstəliklə əlaqəli olduğunu təhlil etməkdə çətinlik çəkirsən. Sosial şəbəkələrdə söyüşən “Don Kixot”ları , xüsusilə kişi cinsli “etirazçıların” xaraktersizliyini görəndə bu cəmiyyətə yazığın gəlir. Çünki çaqqal və tülkülər ya xəlvətə çəkilib qurdlara meydan oxuyur, yaxud da tərbiyəsizlər önə keçərək, insanlara tərbiyə dərsi keçirlər.

 

Təbii ki, ətrafımızda nə baş verirsə, bütövlükdə cəmiyyətin qaranlıq tərəflərinin ümumi təzahürüdür. Sanki hər şey cəngəllik qaydaları ilə idarə olunur və kim “güclüdürsə”, o da qalib ola bilir.

Bəzi eybəcərliklərin məhz “siyasi meydandan” cəmiyyətə transfer edilməsi xüsusilə arzuolunmazdır. Düşünə bilən ağıllı insanlar susurlar. Amma kimsə çıxış etməlidir və onun üçün meydan açıqdır. Təəssüflər olsun ki, “debat”  kürsüləri də düzgün ünvanlarda qurulmur. Mövcud ictimai-siyasi səhnə “el bizim, sir bizim” verilişində olduğu kimi, aparıcının tərbiyədən danşıb, tərbiyəsizləri “döyüşdürmə” səhnəsini xatırladır.

Yaxud, guya müxalifətçidir, guya radikaldır, guya demokratiya yolu ilə insanları xöşbəxtliyə aparmq istəyir, amma öz missiyasının əsl mahiyyətini unudub işini, mübarizəsini başqalarını söyüb, təhqir etməklə ifadə edir. Elə zənn edir ki, yaxşı söyə bilirsə, daha ağıllıdır, yaxud daha çox müxalifdir, daha cəsurdur. Yaxud seçki prosesini boykot etməklə özünü sadə xalqa “qəhrəman” kimi təqdim edir. Əslində isə əgər sən siyasətini proqramlarınla, daimi fəaliyyətinlə deyil, söyüş, köhnə, dəyişməyən pafoslu çıxışlarla qurduğunu düşünürsənsə səhvsən. Əgər düşünürsənsə ki, söz azadlığı, cəsarət, müxaliflik “anam mənə kor deyib, gəl gedəni vur deyib” - deyən bir ərköyün uşaq oyunudursa, yanılırsan. Müxalifətçilik, demokratiklik, qarşı tərəfi təhqir edib, onun ailəsini, qızını, xanımını, şəxsiyyətini alçaltmaqdırsa, lənət olsun ona! Əgər müxalifətçilik gədəlikdirsə, yazıq olsun bu cəmiyyətə və onun gələcəyinə...

 

Bu mənzərəyə “bataqlıqda çabaladıqca batanların” yaşam mücadiləsi kimi də yanaşmaq olardı. Amma bizim cəmiyyətdə özünü “lider, birinci, əsas güc” hesab edib, yalnız demokratiyanı öz “iddiası” hesab edənlər, eybəcər söyüşlərlə ictimaiyyəti müxalifətçilik, azadlıq sözündən iyrəndirməklə məşğuldurlar. İnsanlar öz haqqını tanıyıb bu cür müxalifət adını qazanmaqdansa, haqsızlığı görəndə susmağı daha düzgün hesab edirlər. Onu susduran isə “öndən gedənin” öz davranışı ilə buraxdığı “ilbiz izləri”, özünümüdafiə xarakterli mübarizəsinin zəifliyidir.

Bütövlükdə problemlərə söyüş, təhqirlə, bir-birini ittiham etməklə yanaşan müxalifətçiyə kim hörmət edəcək? Heç kəs! Cəmiyyət o zaman sağlam şəkildə öz hüquqları, problemləri ilə bağlı sözünü deməkdən çəkinməyəcək ki, siyasi düşərgədə olan insanlar ümummilli problemlər naminə bir araya gələcək, sivil, qərəzsiz, anlaqlı, tərbiyəli şəkildə davranıb, dövlət, millət, xalq naminə öz işlərini quracaqlar. Əks halda, siyasətin nə olduğunu anlamayanların iqtidarı, hakimiyyəti nədəsə qınayıb, “istefa” tələb etmələri  gülünc görünəcək.

 

Hər mübarizədə udan və uduzan tərəf olur. Onu da unutmayaq ki, mübarizə aparıb uduzanlar məğlub deyil. Mübarizə aparmadan yenilməyi qəbul edənlər isə uduzmağa da layiq olmayacaqlar.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb