Məcburi köçkünlərin icma şurası təsis edildi

10:34 01-07-2019 | icon 70 | Cəmiyyət
Məcburi köçkünlərin icma şurası təsis edildi

Bu günlərdə Sumqayıt şəhərində bir qrup məcburi köçkünlər toplantı keçirərək, şəhər üzrə icma şurası təsis edilib.

 

Versus.Az xəbər verir ki, toplantıda müzakirələr zamanı məcburi köçkünlər arasında ideoloji işin təşkili və məcburi köçkünlərin kənd təsərrüfatı işlərinə cəlb edilməsi üzrə tezislər qəbul edilib. Sumqayıt şəhəri üzrə məcburi köçkünlərin sıx yaşadıqları məntəqələrdə fəalların müəyyənləşdirilməsi, qadınlar və gənclərlə xüsusi iş aparmaq, savadlı, ictimaiyyətçi gəncləri şuranın işinə cəlb edilməsi qarşıda mühüm vəzifə kimi qoyulub.



Mütəmadi olaraq işğal edilmiş rayonlara həsr edilmiş xatirə gecələri keçirmək, həmin rayonlardan olan nüfuzlu adamlarla, Milli Qəhrəman və Qarabağ qaziləri ilə görüşlər keçirilməsi, məcburi köçkünlərin döyüş bölgələrində olan hərbi hissələrdə hərbiçilərlə görüşlərin təşkili nəzərdə tutulub. Sumqayıt şəhərində yerləşən işğal edilmiş rayonların məktəblərində hərbi vətənpərvərlik tərbiyəsinə həsr edilmiş tədbirlər təşkil etmək, yuxarı sinif şagirdlərinin ali hərbi məktəblərə qəbul edilməsi istiqamətində təbliğat işləri aparmaq qarşıya məqsəd qoyulub.



Məcburi köçkünlər arasında məşğulluğun artırılması, peşə qabiliyyəti olan, ancaq şəhər yerlərində - əmək bazarında özlərinə iş tapa bilməyən gənclərin özünüməşğulluğunu təmin edəcək tədbirlər görmək, bu məqsədlə Sumqayıt şəhərində yaşayan məcburi köçkünlər arasında sorğu keçirməklə kənd təsərrüfatı sahəsində çalışmaq istəyənlərin sayını müəyyən etmək, onların gələcəkdə işğaldan azad ediləcək hər bir rayona xas olan kənd təsərrüfatı işlərinə hazırlamaq, onlara rayonlarda torpaq sahələri ayrılmasına, fermer təsərrüfatları yaradılmasına yardımçı olmaq. Bu sahədə məcburi köçkünləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “AĞILLI KƏND” layihəsində iştiraklarına yönəltmək. Məcburi köçkünlər arasında təbliğat, təşviqat işlərini gücləndirməklə yurda qayıdış ruhunun gücləndirilməsi proritet məsələ kimi qarşıya qoyulub.



Toplantılarda məcburi köçkün rayonlarının aşağıdakı nümayəndələri iştirak ediblər:


1. Aynurə Musayeva – Laçın rayonundan məcburi köçkün, hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi.
2. Dağbəyi Məhiyəddinov – Qubadlı rayonundan məcburi köçkün, Sumqayıtda Qubadlı məktəbindən dərs hissə müdiri, Qarabağ qazisi, keçmiş alay komandiri.
3. Təyyar İbrahimov – Şuşa rayonundan məcburi köçkün, Şuşa rayon icra başçısının Sumqayıt üzrə nümayəndəsi.
4. Kərəm Məmmədov – Cəbrayıl rayonundan məcburi köçkün, Cəbrayıl rayonu Ovuclu kənd keçmiş sovxozunun direktoru.
5. Kazım Cabbarov – Laçın rayonundan məcburi köçkün.
6. Fikrət Səfərəliyev – Füzuli rayonundan məcburi köçkün, şəhid atası.
7. Emin Əliyev – Qubadlı rayonundan məcburi köçkün, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu, Azərbaycan ordusunun təqaüddə olan zabiti.
8. Vasif Orucov – Zəngilan rayonundan məcburi köçkün.
9. Aşır Məmmədov – Zəngilan rayonundan məcburi köçkün.
10. Telman Əşrəfov – Laçın rayonundan məcburi köçkün, Laçın rayon icra başçısının Laçın rayonundan məcburi köçkünlər üzrə Sumqayıt şəhərində səlahiyyətli nümayəndəsi.
11. Nəriman Qasımov – Kəlbəcər rayonundan məcburi köçkün, təqaüddə olan müəllim.
12. Murad Eyvazov – Laçın rayonundan məcburi köçkün, Qarabağ qazisi.
13. Tofiq Musayev – Laçın rayonundan məcburi köçkün, Qarabağ qazisi, sabiq kəşfiyyat xidməti rəisi.
14. İlham Quliyev – Laçın rayonundan məcburi köçkün, “168 saat” qəzetinin baş redaktoru.
15. Qəzənfər Hüseynov – Laçın rayonundan məcburi köçkün, təqaüdçü.
İyun ayının 22-də növbəti toplantıda aşağıdakı nümayəndələr Sumqayıt şəhəri üzrə məcburi köçkünlər üzrə icma şurasının üzvləri seçilmişlər:
1. Dağbəyi Məhiyəddinov
2. Aynurə Musayeva
3. Kərəm Məmmədov
4. Telman Əşrəfov
5. Fikrət Səfərəliyev
6. Vasif Orucov
7. Nəriman Qasımov
8. Murad Eyvazov
9. Tofiq Musayev
10. İlham Quliyev
11. Qəzənfər Hüseynov

 

Qəzənfər Hüseynov Sumqayıt şəhəri üzrə məcburi köçkünlər icma şurasının sədri seçilib.

Toplantıda Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə şöbəsinin müdiri Elvin Mikayılov və Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən köçkünlər şəhərciyi mənzil istismarı kontorunun müdiri Namiq Abbasov iştirak ediblər.

 

Sumqayıtda məcburi köçkünlərin icma şurası təsis edilib - FOTO
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe