"ABŞ Qarabağda regiona sürprizlər hazırlayır”

13:04 01-07-2019 | icon 35 | Siyasət
"ABŞ Qarabağda regiona sürprizlər hazırlayır”

"Hasan Oqtay: "Rusiya bölgədə Azərbaycanı yanında tuta bilmək üçün Azərbaycanın maraqları baxımından Qarabağ məsələsində irəliyə bir addım ata bilər"

 

Xəbər verildiyi kimi, iyunun 20-də Vaşınqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi və həmsədr dövlətlərin iştirakı ilə münaqişə yenidən müzakirə olundu. Görüşdə ATƏT-in Minsk Qrupunun 9 mart 2019-cu il tarixli bəyanatının əsas prinsip və elementlərinə aydınlıq gətirildi. Həmsədrlərin iştirakı ilə öncəki görüşlərdə əldə edilmiş razılıqlar iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində səylərin davam etdirilməsi prosesinin irəli aparılması baxımından vacib hesab edildi. Azərbaycan tərəfi bir daha bəyan etdi ki, görüşlərdə işğal olunmuş ərazilərin işğalçı qüvvələrdən boşaldılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması müzakirələrin əsas mahiyyətini təşkil edib. Lakin Ermənistan rəsmilərinin işğalçı siyasətlərini açıq bəyan edən çıxışları və hərəkətləri ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində təşkil etdiyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində də səngimədi. Ermənistan müdafiə naziri Azərbaycan hərbi qulluqçusunu qətlə yetirənləri şəxsən mükafatlandırdı və atəşkəsi dəfələrlə pozulmaqla işğalçı, separatçı siyasətini bir daha ortaya qoydu. Bu mənada danışıqlar prosesinin Ermənistan rəhbərliyinin mövqeyindəki separatçılığa son qoyması, Paris və Moskva görüşlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsində istənilən nəticənin alınacağını şübhə altına salır və torpaqların işğalda olduğu bir şəraitdə tərəflərin hansı şərtlər daxilində sülhə hazırlanması, Qarabağın azad olunması ilə bağlı verəcəyi vədlər əsas mübahisə mövzusu olaraq qalır.

 

Belə bir şəraitdə qardaş Türkiyənin öz təsir imkanlarından istifadə edərək Dağlıq Qarabağ məsələsində Minsk qrupu dövlətləri qarşısında hansı şərtlə çıxış edə biləcəyi də maraq doğurur. Belə ki, Rusiya ilə dost münasibətlər quran, Amerika ilə pozuşan, Avropaya meydan oxuyan Türkiyə iştirak etdiyi beynəlxalq layihələrdən istidadə edərək diqqəti Qarabağ məsələsinə hansı şərtlə yönəldə və Qarabağ şərti ilə regiona daxil ola bilərmi sualı hələ ki cavabsız qalır.

 

Versus.Az xəbər verir ki, Qarabağ ətrafında cərəyan edən hazırki durumu Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oqtay və Azərbaycandan politoloq Əlabbas Məhərrəmli şərh ediblər.

 

 

Həsən Oqtay Qarabağ danışıqlarının ABŞ-da davam etdirilməsinin region üçün yeni sürprizlər hazırlaya biləcəyini istisna etməyib. Qafqazı araşdıran ekspert hesab edir ki, Türkiyənin hazırkı durumda hansısa şərtlər daxilində Qarabağa “girməsi” də müzakirə mövzusu ola bilməz. Lakin rəsmi olaraq münaqişə Azərbaycanla Ermənistan arasında yaransa da, Türkiyə dost ölkə olaraq bu məsələ ilə yaxından maraqlanır və öz dəstəyini əsirgəməməyə çalışır:

 

"Çox təəssüf ki, qızğın müharibə nöqtəsinə Türkiyənin bölgəyə əsgər göndərməsi kimi məsələ müzakirə belə edilmir. Azərbaycan öz torpaqlarını tək başına da olsa işğaldan azad edə biləcək əsgəri gücə malik bir ölkədir. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərb yolunu ən son seçim olaraq özündə saxlayır. Hələlik isə münaqişənin diplomatik yolla həlli ən böyük "savaş alətidir"”.

 

Həsən Oqtay Qarabağ ətrafında cərəyan edən proseslərdə ABŞ-ın aktivlik səbəbləri və Türkiyənin bu münaqişənin həlli baxımından Qarabağa hansı şərtlər daxilində "daxil olma" şanslarını təhlil edərkən bildirib ki, Dağlıq Qarabağ münaqişəsi tək bir ölkənin iştirakı ilə həll olunacaq məsələ deyil. Ekspert bu gün münaqişə ilə bağlı diplomatların ABŞ-da görüşdürülməsinin də bir sıra məqsədlər daşıdığını istisna etməyib. Onun fikrincə, Amerikanın İrana qarşı hazırladığı əməliyyat planı öncəsində Qarabağı gündəmə gətirməsi çözüm üçün addım ola bilər:

 

"Uzun illərdir ki, Qərb dünyası Ermənistanın Qarabağ işğalını çox laqeyidcəsinə qarşıladılar. Qərb dünyası Rusiyanın Ermənistan üzərindən həyata keçirdiyi de-fakto işğalın nə anlama gəldiyini ancaq Rusiyanın eyni vasitə ilə Ukraynada həyata keçirdiyi əməliyyatlardan sonra anlaya bildi. Ukrayna və Ermənistanın Rusiya tərəfindən eyni şəkildə idarə edildiyini anlamaq Qərb dünyasına ən böyük itki kimi təqdim edildi. Ermənistanın Qarabağda apardığı işğal Qərb dünyasında necə sevinclə qarşılandısa da, Ukrayna hadisəsinə bir o qədər kədərlə reaksiya verildi. Bu gün Amerika da başda olmaqla böyük güclər Qarabağ məsələsini təkrar gündəmə gətirməyə məcburdurlar. Çünki ABŞ-ın bu gün həm İranda həyata keçirməsi planlaşdırılan əməliyyatı, həm Gürcüstanda meydana gələn proseslər, istər-istəməz bu güclərin Qafqazda öz iştiraklarını təmin etmək üçün bir çıxış yolu tapmaq məcburiyyətində qoyur. Bu mənada Amerika İranda planladığı əməliyyatı həyata keçirmək üçün də Qarabağ məsələsini gündəmə gətirə bilər. Amma ABŞ-ın İranın şimalında təsis etdiyi bir barış nöqtəsi istər-istəməz onun İranın şimalında daha aktiv və təsirli gətirəcək. Belə olduğu halda isə Amerika İranın şimalında bir əsgəri mövqe əldə edə bilər".

 

Rusiyanın regionda Ermənistanla bağlı mövqeyinə gəlincə, H.Oqtay bildirib ki, Rusiya Ermənistandakı iqtidar dəyişimini özünə qarşı bir xəyanət hesab etsə də, mövcud erməni iqtidarı ilə münasibətləri yaxşılaşdırmağa çalışır:

 

"Bir neçə gündür ki, Gürcüstanda baş verən olaylar, Ermənistanda olduğu kimi iqtidar dəyişikliyinə səbəb ola bilər. Bu da Rusiyanı Cənubi Qafqazdakı bütün maraqlarının kənarında qoya bilər. Bu mənada Rusiya Şimali Qafqazda özünün təsirlərini artırmaq üçün indiyə Qədər regionda yürütdüyü siyasətin xaricinə çıxaraq, idarəetməni əlində saxlamaq üçün Qarabağda bir barışın yaradılması üçün yeni bir həmlə edə bilər. Lakin Ukrayna münaqişəsindən sonra Qərb aləmi Ermənistan Qazaxıstan əməliyyatlarını gerçəkləşdirərək Rusiyanı regiondan uzaqlaşdırma siyasətini ortaya qoymağa başladı. Bu prosesə Gürcüstanda əlavə olunduğu təqdirdə Rusiya Qərbin qarşısında əli-qolu bağlı qalmış kimi görünəcək. Bunun üçün Rusiya bölgədə Azərbaycanı yanında tuta bilmək üçün Azərbaycanın maraqları baxımından Qarabağ məsələsində irəliyə bir addım ata bilər. Bu an istər Amerika, istərsə də Rusiyanın regionda söz sahibi olmaları uğrunda apardığı mübarizədən dolayı münaqişənin həllinə doğru gedilməsi ehtimalı da yaranır. Lakin bu iki gücün arasında gedən maraq savaşının uzanması eyni zamanda Qarabağ müharibəsinin həll olunma müddətinin uzada biləcəyini də çox böyük ehtimalla ortaya qoyur".

 

H.Oqtay hesab edir ki, Türkiyə belə bir ərəfədə çox hərəkətlər etmək imkanı olsa da, hələ ki, regionda savaşan güclərin siyasətlərini izləməkdədir. Onun fikrincə, hələ ki, Qarabağda müharibə deyil diplomatiyanın öndə olması, bölgədə müharibə qığılcımının alovlanmasına səbəb olacaq hallardan uzaq durulması məcburiyyətini yaradır:

 

"Çünki Qarabağda meydana gələ biləcək silahlı toqquşma ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına səbəb ola bilər. Bu mənada iki xarici işlər nazirinin Amerikadakı toplantısından heç bir irəliləyiş gözləməməklə yanaşı, sürprizlərə də hazır olmaq lazımdır".

 

H.Oqtay bildirib ki, gözlənilən sürprizləri iki istiqamətdə açmaq olar:

 

“Biri budur ki, ABŞ "Qarabağda mütləq barış olmalıdır, iki tərəf də buna hazırlıq aparsın" - deyə bilər. Yaxud da bölgədə müharibə yaradaraq, bu savaşdan istifadə edərək, İrana həmlələr edə bilər”.

 

 

Əlabbas Məhərrəmli: "Kimlərəsə Qarabağ haqqında danışmasına qadağa qoya bilmərik”

 

Siyasi ekspert Əlabbas Məhərrəmli bildirib ki, Qarabağ məsələsinə həm ölkədaxili və ölkə xarici aspektlərdən yanaşılsa görəcəyik ki, dəyişən heç nə yoxdur və əvvəlki situasiya olduğu kmi qalır:

 

“Dəyişən odur ki, Azərbaycan xarici işlər naziri ilə Ermənistanın xarici işlər naziri ABŞ-ın təklifi ilə bu dəfə Vaşinqtonda görüşdülər. Bu vaxta qədər ikitərəfli görüşlərin təşkilində həmişə Rusiya fəllıq göstərirdisə, bu son görüşün Amerikada baş tutması ABŞ-ın bu məsəldə bir qədər fəallaşdığını göstərir".

 

Politoloq Qarabağla bağlı proseslərin ölkə daxilində hansı xətt üzrə inkişaf etməsi məsələsinə də toxnub. Bildirib ki, çoxları Qarabağ məsələsindən siyasi element kimi istifadə edirlər:

 

“Hətta son 1 ildə Qarabağ adına bir Komitə də yarandı. Həmin quruma siyasi partiyalar, ekspertlər, ictimai-siyasi xadimlər qoşuldular. Sonralar o komitənin bölündüyünü də gördük. Onlar Qarabağ Komitəsini paylaşa bilmədilər və bir-birini ittihamladılar”.

 

Ə.Məhərrəmli, əslində belə bir sadə yanaşma ilə vəziyyətin nə yerdə olduğunu göstərdi. Bildirdi ki, bütün hallarda kimlərəsə Qarabağ haqqında danışmasına qadağa qoya bilmərik:

 

“Bu, ümummilli bir problemdir. Qarabağ məsələsi ilə bağlı çıxışlarımızı artırmaqla beynəlxalq güclərə qarşı ictimai qınağı formalaşdırmalıyıq. Çünki dünyanın güc dövlətləri hələ də bu məsələdə haqsız mövqedən çıxış edirlər. BMT işğal faktının aradan qaldırılması ilə bağlı qəbul olunmuş qətnamələrini icra eləmir. Lakin yenə də məsələ bu işin nə dərəcədə düzgün həyata keçirilməsinə bağlıdır. Bu istiqamətdə aparılan işin nə dərəcədə düzgün və ünvanlı aparılmasını dəyərləndirərkən münaqişənin həllinə baxmaq olar”.

 

Ə.Məhərrəmlinin sözlərinə görə, problem illərdir həll olunmursa, deməli yanlış yanaşmalar var. O, Qarabağ münaqişəsi ilə bağlı diplomatiyanın öndə dayandığını qeyd edərək, ordunun inkişafın diqqət çəkib və Azərbaycanın öz torpaqlarını hərb yolu ilə işğaldan azad olunma hüququnu özündə saxladığını deyib. /"Üç nöqtə"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ