"Azərbaycanın UNESKO ilə əməkdaşlığı çox yüksək səviyyədədir"

22:12 01-07-2019 | icon 19 | Siyasət
"Azərbaycanın UNESKO ilə əməkdaşlığı çox yüksək səviyyədədir"

Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər sahələrdə uğurla davam etdirilir. Bu əlaqələrin yaradılmasında, inkişaf etdirilməsində və belə yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Onun bu sahədəki fəaliyyəti nəticəsində Azərbaycanla UNESKO arasındakı əməkdaşlıq yüksək səviyyəyə çatmışdır. Bakıda öz işinə başlayan Ümumdünya İrs Komitəsinin 43-cü sesiyası buna bariz nümunədir.

 

Versus.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev xatırladıb ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçrilib. Sessiyada dünyanın 180-dan çox ölkəsindən 2500-dən artıq nümayyəndəsi iştirak edir. Nümayəndə heyətlərinin tərkibində sesiyanın işinə nazirlər, müxtəlif təşkilatların baş direktorları, beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri və səfirləri, Azərbaycan hökumətinin üzvləri qatılıblar:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əlyeva mərasimdə çıxış edib. Mehriban xanım Əliyeva çıxışında bildirmişdir ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixi və dini irsin qorunması Azərbaycanın dövlət siyasətində əsas prioritetlərindən birinə çevrilib və son illərdə Azərbaycan UNESKO-nun tərəfdaşlığı ilə bir sıra möhtəşəm layihələrə forumlara, tədbirlərə ev sahibliyi edib. Dünya Mədəniyyət Mirasları Syahısı UNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkələrin dövlət orqanları tərəfindən zəmanət verilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirtməkdir. Müntəzəm olaraq yenilənən siyahıya 2004-cü ildən etibarən 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunlardan 617-si mədəniyyət, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. Azərbaycandan bu siyahıya Bakı şəhərinin tarixi incisi olan “İçərişəhər” Dövlət, Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoroğu daxil edilmişdir. Bu il ölkəmiz tərəfindən Şəki Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması təklif edilib. Bundan əlavə, müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə 22, o cümlədən 5 təbii və 17 mədəni abidə daxil edilmişdir ki, gələcəkdə bunların da daimi siyahıya salınmasına baxılacaqdır".

Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikası 1992-ci ildə UNESKO-ya üzv qəbul edilib, 1996-cı ildə isə təşkilat ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb:

"Bu il əməkdaşlığımızın 27-ci ildönümü qeyd olunacaq. Bütün bunlar Azərbaycanın artan beynəlxalq nüfuzundan xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli, düşünülmüş siyasət göstərir ki, bundan sonra da Azərbaycanın uğurları bütün sahələrdə durmadan artacaq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı