Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı

23:27 01-07-2019 | icon 106 | Cəmiyyət
Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı

“Səddam rejiminin ən zülmkar addımı xəstə atama Kərkükdə işləməyi qadağa etməsi idi”

 

VI yazı

 

(əvvəli ötən saylarımızda)

 

Türk dünyasının böyük oglu, İraq türklərinin fikir babası Mehmet İzzət Həttat  Əbu – Qreyb zindanından azadlıga çıxandan sonra xəstə idi, zəifləmişdi. Zindanda yeməyinə qatılıb verilən zəhər anında təsirini göstərmişdi. Amma onu nə qədər məcbur etsələr də, işgəncə versələr də, zəhər qatılan şorbadan cəmi bir qaşıq icmişdi. Özü də bilirdi ki, yeməyinə zəhər qatıblar...

 

Yüksəl xanım deyir ki, atam həbsxanadan çıxandan sonra gözümüzün qarşısında hər gün geriyə gedirdi:

 

“Möcüzə nəticəsində sağ qalmışdı. Amma xəstəlik ona əziyyət verirdi. Zəhər mədəsini yara etdiy, deşik açdığı üçün heç nə yeyə bilmirdi. Bizim üçün onun yanımızda olmağı yetərdi. Amma çox fikir edirdi, altı uşagı böyüsə də, Səddam rejimi heç birimizi ali təhsil almağa, oxumağa qoymadı. Evimizdəki bütün əşyaları atam həbs ediləndə, məhkəmə olmamış belə yıgıb aparmışdılar, bütün mal varlığımıza əl qoyulmuşdu. İstəyirdik ki, bütün bunları atama hiss etdirməyək. Səddam rejiminin ən zülmkar addımı isə xəstə atama Kərkükdə işləməyi yasaqlaması idi. Bu da əslində həbsin, zindanda qalmanın başqa bir variantı idi. Anam ona yalvarirdi ki, xəstəsən, sənə müalicə, fikirdən uzaq bir həyat lazımdır. Deyirdi ki, uşaqlarımızla birlikdə gizlin yollarla da olsa Türkiyəyə gedək. Anam da haqlı idi, gözümüzun qarşısında günü – gündən vəziyyəti pisləşirdi. Nə qədər müalicə olunsa da, Kərkükdə səhiyyə Türkiyədəki kimi deyildi. Çünki, Səddam hakimiyyəti Kərkükdə, türkmən bölgəsində savadlı həkimlərin olmasına, tibbin inkişafına şərait yaradılmasına da qadaga qoymuşdu. Atam isə deyirdi ki, son nəfəsimi  Kərkükdə verəcəyəm. Türkiyə bizim vətənimiz olsa da, Kərkükdən bir addım kənara çıxa bilmərəm.

   

Bir şey sattım baha men
Satmama halka daha men
Kerküküyem Türkmenem
Boyun eğemem şaha men

Bağbançı bağı geçti 
Avçılar dağı geçti
Bağrımdeki yaranın
Bağlatma çağı geçti...

 

Bagrındakı yaranın hər gün daha da dərinləşməsinə baxmayaraq, xəstə vəziyyətdə hər gün Kərkükdən Tuzhurmatıya dərs deməyə gedirdi. Əlbəttə İraqda yaşayanlar hər gün Kərkükdən Tuzhurmatıya gedib – gəlməyin nə oldugunu bilirlər, o da olsun ki, xəstə, hər gün cəmi iki kiçik dadsız, duzsuz, yagsiz peçenye ilə qidalanan insan....”

 

Haşiyə: Kərkükdən Tuzhurmatıya gedən yolu yaxşı bilirəm. Tuzhurmatı Kərkük Bagdad yolunun üzərində yerləşən türkmən şəhərlərindən biridir. Kərkükdən Tuzhurmatıya olan məsafə təxminən 70 kilometrdir. Səddam rejimi Əbu – Qreyb zindanında öldürə bilmədiyi, amma zəhərlədiyi, ömrü boyu agır xəstə etdiyi, gün ərzində yemək yeməyən, su içməyən türkmən xalqının böyük oğluna qarşı belə alçaqcasına metoda əl atır. Hər gün 140 kilometr yolu getməyə məhkum edilir.

 

Yüksəl xanım deyir ki, elə vəziyyətdə gəlib çatmışdı ki, yataqda olmalı idi. Amma onu heç kim yolundan döndərə bilmirdi. Deyirdi ki, tütkmən uşaqlarının, türkmən gəncliyinin oxumağa, doğru-düzgün istiqamətlənməsinə, savadlı olmasına çox böyük  ehtiyac oldugu vaxtda mən evdə otura bilmərəm:

 

“Mən də ona dəfələrlə deyirdim ki, sənə istirahət, müalicə lazımdır. Cavabı bu olurdu ki, qızım türkmən gəncliyinə də milli məfkurə, elm, savad lazımdır. Onlar türkmən dilini, əlifbasını bilməli, yazıb, oxumalı, milli kimliyə sahib olmalıdırlar. Dərs verməklə birlikdə yaradıcılıgına da davam edirdi. Onun milli ruhda, milli duyguları ifadə edən şeirlərinin sayı – hesabı yoxdur. Deyirdi ki, mən bu şeirləri xalqım, millətim üçün yazıram. Atam olduguna görə demirəm, bütün həyatı Kərkük, türkmənlər üzərində qurulmuşdu, onlar üçün yaşayıb, yaradırdı.

 

İraklıyız Kerkük şehri ilimiz
Müslümansız Türkmencedir dilimiz
Başkasına vermeyiz biz bu yurdu
Coşar altın bulağımız yurdumuz

Iraklıyız tarihte var şanımız 
Zafer bulmaz bize hiç düşmanımız
Yad ellere yurdumuzu vermeyiz
Parçalansa şu uğurda canımız

Yurda bağlı pek temizdir kanımız
Yardımcıyız öyledir vicdanımız
Çalışmakla yurdumuz cennet olur
Cihan bilir şan ile irfanımız

Biz vatanın korkmayan evladıyız
Yurda her yan bakanın celladıyız
Savaşlarda yenilmezdi babamız
İşte biz de onların ahfadıyız

Bir cennettir sağımızla solumuz
Hak yoludur doğru yoldur yolumuz
Şu toprağın bekçisiyiz eriyiz
Hiç bükülmez şu demirden kolumuz.

 

Son nəfəsinə qədər şeirlərində də dediyi kimi andına, yemininə sadiq qaldı, Kərkükün, türkmən torpaqlarının bekçisi, eri oldu....”

 

Türkmənlərin yoluna işıq salmaq üçün Mehmet İzzət Həttatı  ayagı yer tutana qədər işindən ayrılmır. 1991-ci ilin iyul ayında canından çox sevdiyi Kərkükdə dünyasını dəyişir. Onun dünyadan köçməsi Kərkükü, türkmənləri yasa boğur. Əslində, Mehmet İzzət Həttat təkcə öz ailəsinin atası, dogması deyildi. İraq türkləri gənc yaşlarından ona hoca, baba deyə müraciət edirdilər. Bu sevgini, saygını da millətinə olan sevgisi, mücadiləsi, duruşu, mənəviyyatı ilə qazanmışdı, milli dəyərə çevrilmişdi. Türkmənlərin fikir babası, müəllimi, atası əməlləri ilə əbədi yaşamaq haqqı qazandı. 

 

Düşen Kasionov: “Mehmet İzzət Həttat Türkmənelinin ədəbi dilinin inkişaf etməsində müstəsna rol oynayıb”

 

2018-ci ilin noyabrında Ankarada, TURKSOY-da Mehmet İzzət Həttatın 90 illik yubileyi qeyd olunub, “Türk Dünyasının Öncülləri – Türkməneli Milli Şairi Mehmet İzzət Həttat” konfransı düzənlənib. İraq türklərininböyük oğlunun anma törənində ailə, üzvləri, yaxınları, türk toplumunun öndə gələn isimləri iştirak ediblər. TÜRKSOY-un baş katibi Düşen Kasionov çıxışında bildirib ki, Türk xalqlarının ədəbiyyatında, mədəniyyətində silinməz izlər qoyan ismlərdən biri də Mehmet İzzət Həttatdır:

 

“O, Türkmənelinin ədəbi dilinin inkişaf etməsində müstəsna rol oynayıb. Mehmet İzzət Həttat elə bir nadir tarixi şəxsiyyətlərdəndir ki, türkmən dilinə, ədəbiyyatına, mədəniyyətinə öz əsərləri ilə əbədilik qazandırdı və bu nəsillərdən nəsillərə keçəcək, onun açdıgı yol davam edəcək. Türkmən xalqı onu haqlı olaraq milli şairi adlandırır”.

 

Anma törənində böyük şairin adını daşıyan Yüksəl xanım və Riyaz bəyin oglu gənc Mehmet də iştirak edirdi.

    

Aşıkların hasretle yandırırsın yakarsın 
Seni candan sevenleri felakete sokarsın
Şu toprağın evladına bir yâd diye bakarsın
Ne geçilir ne çekilir senin derdin Kerküklüm

Biganeye gülşanesin sulu süslü bir bağsın
Tabiatın vasfettıgi bir ezeli çırağısın
Güzelliğin ilahıdır elim yetmez İfrağsın 
Ne geçilir ne çekilir senin derdin Kerküküm...

 

Ağanisə Sultan
/Ankara, Türkiyə/

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe