Gürcüstan “proporsional”a keçir, bəs Azərbaycan?

10:20 02-07-2019 | icon 60 | Siyasət
Gürcüstan “proporsional”a keçir, bəs Azərbaycan?

Xəbər verildiyi kimi Gürcüstan parlamenti ölkə Konstitusiyasına dəyişiklik edəcək. Dəyişiklik parlament seçkilərində proporsional seçki sisteminin tətbiqi ilə əlaqədardır. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası müxalifətin tələbini nəzərə alıb və Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Bu keçid Gürcüstanın hansı xətt üzrə irəlilədiyini ifadə edir.

 

Azərbaycanın da bu sistemə keçməsi nə dərəcədə gerçəkçidir. Bu, baş verərsə seçki sisteminə hansı yeniliyi gətirmiş olacaq? 

 

Versus.Az bu və ya digər məsələlərlə bağlı ekspert rəylərini təqdim edir.

 

“Məqsəd seçkilərdə hakimiyyətdə olan Kremlin 5-ci kolonunu iqtidardan kənarlaşdırmaqdır”

 

AMEA üzvü, siyasi analitik Rauf Məmmədov hesab edir ki, bu tələb ABŞ tərəfindən dəstəklənən Gürcüstan müxalifətinin tələbidir. Onun fikrincə, məqsəd, qarşıdakı seçkilərdə hakimiyyətdə olan Kremlin 5-ci kolonunu iqtidardan kənarlaşdırmaqdır:

 

“Gürcüstandakı mitinqlərə dolayı şəkildə hədələyici mesaj göndərən Putinin “vuran əli”nə (Ramzan Kadırov) də son günlərdə Çeçenistanda olan iki terror hadisəsi ilə xəbərdarlıq göndərildi. ABŞ Ermənistanda Paşinyan layihəsi ilə məqsədinə çatmadı, Azərbaycan ilə danışıqlar əhəmiyyət vermədi. Cənubi Qafqazda yeganə sığınacaq yeri Gürcüstan seçildi. Qarşıdakı seçkilərdə Saakaşvilinin hakimiyyətə gəlməsi ehtimalı artdı. Cənubi Qafqazda, xüsusilə Gürcüstanda Rotşildlərin və Rusiyanın birgə əməkdaşlıq şəraitində güclənməsi Pentaqonu qıcıqlandıran əsas məsələdir. Rotşildlərlə bağlı Fransada sarı jiletlilər hərəkatının arxasında da Pentoqon dayanırdı. Sarı jiletlilər indi Gürcüstandadır. Bu hərəkatın genişlənməsi ehtimalı da vardır. Türkiyədə İstanbul bələdiyyə seçkiləri də yaxın aylarda Türkiyədə siyasi durumun gərginləşəcəyindən xəbər verir”.

 

R.Məmmədov bildirib ki, Azərbaycanda da parlament seçkiləri yaxınlaşır və onun fikrincə, proporsional seçki sisteminə keçid mümkündür:

“Çünki Azərbaycanda partiyaların canlanmasına, ölkənin həyatında fəal rol oynamasına, yeni gənc partiyalarn formalaşmasına ehtiyac vardır. Hakimiyyət üçün təhlükə indiki durumda daha çox ənənəvi siyasi sistemdən gəlir. Buna görə də yeni altenativ siyasi sistemin və yeni parlamentin yaradılmasına ehtiyac vardır. Bu isə, proporsional seçki sisteminə keçid ilə mümkün olacaqdır”- deyə, R.Məmmədov bildirib.

 

 

 

“Yenidən proporsional seçki sisteminə keçid Gütcüsrsnın qərbyönümlü kurs seçmək niyəti ilə sıx bağlıdı”

 

Siyasi ekspert Aydın Quliyev bildirib ki, Gürcüstanın proporsional seçki sistemini bərpa etməsi gözlənilən idi və müxalifətin əsas tələblərindən biri də budur. O, hesab edir ki, 2003-cü ilə qədər bu ölkə parlamentinə seçkilər 50-50-yə olmaqla mojaritar və proparsional sistem üzrə aparılırdı. Lakin həmin il tam mojaritar seçki sisteminə keçid edildi. İndi yenidən proporsional seçki sisteminə keçid Gütcüstanın qərbyönümlü kurs seçmək niyyəti ilə sıx bağlıdır:

 

“Belə seçki sistemi siyasi partiyaların daha üstün sürətlə inkişaf və formalaşma, partiyaların daha da güclənmə yoludur, onların ölkə proseslərində daha fəal inkişafını təmin edən üsuldur.Güclü partiyalar isə öz növbəsində güclü və plüral parlament deməkdir”.

 

A.Quliyev bildirib ki, gürcülər İvanışvilinin timsalında güclü bir avtoritar hakimiyyətin yarana biləcəyindən qorxdular və avtoritar hakimiyyətin yaranmasının və ya hansısa hakimiyyətin avtoritarlaşmasının qarşısını almaq üçün güclü partiyalara söykənən siyasi sistemə keçidə önəm verdilər. Gürcüstanda proporsional seçki susteminə keçidin baş hədəfi budur. Azərbaycana gəldikdə isə A.Quliyev hesab edir ki, hər ölkənin siyasi modelinin müəyyən edilməsində onun öz milli və yerli özəlliklərini nəzərə almaq lazımdır:

 

“Bunu hansısa ölkədə baş verən hadisələri yamsılamaq məntiqi ilə yox, özümüzün yerli inkişaf tələbatlarımızın çağırışları altında baş verməlidir. Bizim cəmiyyətimiz hələlik mojaritar və ya proporsional seçkinin fərqli və üstün cəhətlərinə önəm verməyə ehtiyac hiss etmir. Əgər bu ehtiyac yaransa, fikrimcə qatışıq seçki sustemi Azərbaycanın perspektiv inkişaf tələblərinə daha sıx cavab verə bilər.Yəni həm proporsional, həm də mojaritar seçki sistemi...”

 

Siyasi ekspet hesab edir ki, indi Azərbaycanda qeyri-neft sektorunun inkişafı yeni partiyaların yaranmasına və güclənməsinə tələbat doğuracaq. “İndi olmasa da,yaxın illərdə bunun şahidi ola biləcəyimizi düşünürəm”- deyə A.Quliyev, bildirib.

 


 

"Yeni proporsional seçki sistemi altında seçki olarsa, məclisdəki muxalif partiyanın təsiri daha böyük olacaq"

 

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin Gürcüstan üzrə Yaponiyadan olan siyasi eksperti Keisuke Vakiza bildirib ki, əslində Gürcüstan dövlət olaraq Qərb sisteminə inteqrasiyanı daha çox önəmsədiyi üçün hadisənin qanlı olmasından və Qərb dövlətlərinin tənqidləriylə qarşı-qarşıya gəlməkdən qaçması lazımdır:

 

"Yeni proporsional seçki sistemi altında seçki olarsa məclisdəki muxalif partiyanın təsiri daha böyük olacaq".

 

K.Vakiza hesab edir ki, lakin nümayişə qatılanlar İvanışvilinin siyasətden çekilmesini isteyirlər. O, iqtidar koalisiyası üzərində böyük təsirə sahibdir və nisbətən Rusiyaya yaxın biridir. Bu mənada Gürcüstanın yeni seçki sistemi yeni problemlər yarada bilər:

 

"Nümayişçilər erkən seçkinin qararının alınmasına qədər davam edəcək. Hökümətin də mümkün olduğu qəder onlarla müzakirələri davam etdirəcəyini düşünürəm".

 

K.Vakiza burada daha çox Qerbin "barmaq izi" olduğunu deyib. Bildirib ki, indiki hökümət Saakaşvili dönəminə görə Rusya ilə daha yumuşaq əlaqələrə sahibdir. Yaponiyalı ekspert eyni zamanda bu cür "Gürcüstan təcrübəsi"nin Azərbaycana keçmə ehtimalının çox az olduğunu deyib:

 

"Azərbaycanın iqtisadi vəziyyəti Gürcüstandan nisbətən daha rahatdır. Neftin qiymətinin bahalaşması göstərir ki, Azərbaycanda iqtisadi böhran məsələsi müzakirə mövzüsü deyil və etiraz nümayişinin çıxma ehtimali da az görünməkdədir. Eyni zamanda Gürcüstanda dövlətin xalq üzərindəki nəzrəti Azərbaycanla müqayisədə daha gəvşəkdir. Xalq istəyndə küçələrə dökülüb öz ifadəsini daha rahat şəkildə göstərə bilər. Bu vəziyyət də Gürcüstandakı hadisəyə səbəb olub". /üç nöqtə/

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe