“Böyük 20”-likdə Qarabağın işğalı məsələsi, yaxud...

11:24 02-07-2019 | icon 56 | Siyasət
“Böyük 20”-likdə Qarabağın işğalı məsələsi, yaxud...

Qabil Hüseynli: “İnanmıram ki, Azərbaycan öz ərazisindən İrana qarşı hərbi əməliyyatlar üçün mübadiləyə icazə versin”

 

“Azərbaycan İranla normal münasibətlərə malikdir və üstəlik orada 35 milyon soydaşımız yaşıyır. İrana qarşı olan hərbi hərəkətlər Azəbaycanın maraqlarına uyğun deyil. Bu nöqteyi-nəzərdən də Azərbaycan tərəfinin ABŞ-ın maraqlarına güzəşt edə biləcəyi mümkün deyil”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli ABŞ-ın Qarabağda aktivləşməsinin arxasında İrana qarşı hazırlanan hərbi əməliyyatlar və digər maraqlı sürprizlərin dayanması ilə bağlı açıqlamasında bildirib. 

Politoloq hesab edir ki, Azəbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ-da görüşsələr də, onların bu cəhdləri heç bir işə yaramadı:

 

“Ermənilər “tutduqlarını buraxmaq” istəmirlər. Ona görə də belə görüşlərin heç bir nəticəsi olmur. Əgər Amerika, NATO, Avropa Birliyi ölkələri və digər beynəlxalq təşkilatlar öz qərarlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlərsə, nəyə görə bu görüşlərdə heç olmasa Dağlıq Qarabağın hüdudlarından kənar işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində Ermənistana basqı göstərmirlər?! İkiqütblü siyasət yürüdən Amerikanın öz maraqlarını istənilən tərəflərə yeridə biləcəyini düşünmürəm. Bu mənada da ABŞ-ın təşkil etdiyi son görüşü həmsədrlərin ənənəvi görüşləri sırasına daxil edirəm”.

 

Q.Hüseynli bu günlər Yaponiyada keçirilən “Böyük 20”-liyin görüşündə Qarabağın işğal məsələsinin yada salınmadığını deyib:

 

““Böyük 20-lik” çərçivəsində keçirilən Putin-Tramp, Ərdoğan-Putin görüşlərində Dağlıq Qarabağ məsələsinin müzakirə ediləcəyi qənaətində deyiləm. “Böyük 20”-lik əsasən böyük ölkələri, o cümlədən İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə edirlər. Bu saat Amerikanın dərdi başqadır. Rusiya isə onsuz da münaqişəni yaradan ölkə kimi məsələnin nə olduğunu yaxşı bilir və maraqları tamamilə fərqlidir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı