19 yaşlı almanın güdazına gedən marşal 

12:39 02-07-2019 | icon 31 | Maraqlı
19 yaşlı almanın güdazına gedən marşal 

Dünyanın ən uzunömürlü hərbi vəzifəlisi və marşalı kimi onun adı Ginnesin rekordlar kitabına düşüb. Onu bir əsrin marşalı da adlandırıblar. 102 il ömür sürən marşal Sergey Sokolov ağır hərbçi həyatı yaşasa da, müharibənin qanlı-qadalı günlərini görsə də, fiziki cəhətdən güclü, bioloji baxımdan sağlam orqanizmə sahib olub. Bir əsrdən artıq yaşadığı ömürdə heç bir xəstəlikdən şikayətlənməyib. Vəfatından 3 gün öncə həyat yoldaşının dünyasını dəyişməsi onun ölümünü tələsdirib...

 

Versus.Az yazır ki, Marşal Sergey Sokolov 1911-ci ildə Krımda anadan olub. 6 yaşında olarkən ailə Vyatski quberniyasına köçüb. Sokolov 9 illik təhsildən sonra sənaye kombinatında fəhlə kimi ilk əmək fəaliyyətinə başlayıb. Sonra fəal içtimaiyyətçi kimi komsomol orqanlarında çalışıb.

Əslində o, hərbçi olacağı haqqında heç vaxt düşünməyib. Komsomol və partiya sistemində öz siyasi karyerasını qurmaq arzusunda olub. Ancaq 1932-ci ildə hərbi xidmətə getdikdən sonra o, bu arzusunu arxa plana çəkib. Hərbi xidmətdə olarkən Sokolov Qorki şəhərində yerləşən zirehli tank məktəbinə daxil olmaq üçün imtahan verib və yüksək qiymətlər alaraq həmin məktəbin müdavimi olub.

Sergey Sokolov zabit kimi ilk hərbi xidmətinə Uzaq Şərq dairəsinin tank qoşunlarında başlayıb.

1941-ci ildə müharibə başlananda Sokolov qərb cəbhəsinə göndərilib. Tank alayının qərərgah rəisi vəzifəsində xidmət edən Sokolov sonralar Qərb və Karel cəbhələrində, 32-ci ordunun tərkibində ən ağır döyüş əməliyyatlarında iştirak edib.
Həyatını bütövlükdə hərb sənətinə bağlayan Sokolov müharibədən sonra Stalin adına zirehli texnika qoşunları Ali Hərbi Akademiyasında və Voroşilov adına ali hərbi məktəbdə təhsil alıb.

Siahlı Qüvvələrin tank qoşunları komandanı təyin olunan Sergey Sokolov 1952-ci ildə general-mayor rütbəsi alıb.
Peşəkar hərbçi kimi tanınan və böyük nüfuza sahib olan Sokolov qısa müddət ərzində vəzifə pillələrini sürətlə qalxıb. Ayrı-ayrı hərbi dairələrin komandanı olan Sokolov 1967-ci ildə müdafiə nazirinin 1-ci müavini vəzifəsinə təyinat alıb. Sovet qoşunlarının Əfqanıstana yeridilməsinə məhz Sokolov rəhbərlik edib. 1978-ci ildə Sovet İttifaqı marşalı rütbəsinə sahib olub.
1984-cü ildə müdafiə naziri Dmitri Ustinovun vəfatından sonra nazir vəzifəsinə kimin təyin olunacağı müzakirə olunanda heç kim ağlına gətirməyib ki, 73 yaşlı marşal bu kürsüyə sahib olacaq. Çünki bu vəzifəyə iddialı olan digər iki marşalın, Silahlı Qüvvələrin baş qərərgah rəisi Nikolay Oqarkovun və müdafə nazirinin müavini Viktor Kulikovun adları daha çox hallanıb. Hər iki marşalın böyük şansları olsa da, onların hədsiz dərəcədə iddialı olmaları, vəzifə hərislikləri bu şansları sıfıra endirib. Həmin dövrdə baş katib olan Konstantin Çernenko və Siyasi Büro üzvləri “sözəbaxan” Sokolovu müdafiə naziri postuna layiq biliblər.

Müasirlərinin fikirlərinə görə, Sergey Sokolov ədalətli, dürüst, nazir kimi olduqca məsuliyyətli, vəzifəsinin öhdəsindən layiqincə gələn marşallardan biri olub. Amma buna baxmayaraq, Mixail Qorbaçov hakimiyyətə gələndə bütün vasitələrlə çalışıb ki, onu vəzifəsindən uzaqlaşdırsın.

Təbii ki, ətrafına öz komandasını yığmağa çalışan Qorbaçov ölkənin bu mühüm postunda onu görmək istəməyib və Sokolovu nazir kürsüsündən düşürmək üçün məqam gözləyib.

Bu məqam isə 1987-ci ildə yetişib. Belə ki, 1987-ci ilin mayın 28-də, SSRİ-də sərhədçilərin peşə bayramı günündə, Hamburq şəhərində doğulan, milliyətcə alman olan 19 yaşlı Matias Rust “Sessna” idman təyyarəsi ilə SSRİ sərhədlərini müneəsiz və problemsiz pozaraq birbaşa Moskvaya, Qızıl meydana eniş edib. (Hadisə ilə bağlı yazını bu linkdən oxuya bilərsiniz: https://musavat.com/news/19-yasli-alman-pilot-moskvanin-merkezine-nece-qonmusdu-muemma-davam-edir_548512.html). Hadisə ilə bağlı Kremlin ilk qərarı müdafiə nazirinin istefa verməsi ilə bağlı olub, Qorbaçovun göstərişi ilə SSRİ-nin müdafiə naziri marşal Sokolov istefa ərizəsini yazıb, 300-dən artıq ali və yüksək rütbəli zabitlər vəzifəsindən azad edilib.

Beləliklə, bu müəmmalı hadisədən sonra Qorbaçov çox asanlıqla Sokolovu vəzifəsindən kənarlaşdıra bilib.

Marşal Sergey Sokolov istefaya göndərilsə də, o, həmişə Kremldə və Müdafiə Nazirliyində keçirilən tədbirlərə dəvət alıb. Bu tədbirlərdə “salam, marşal” deyə onu hərbi qaydada salamlayanda etirazını bildirib, “salam, Sovet İttifaqı marşalı” kimi müraciət edilməsini tələb edib. Bununla da demək istəyib ki, o, təkcə Rusiya Federasiyasına deyil, SSRİ-yə aid olan marşaldır.

Hədsiz dərəcədə nizam-intizamı sevən Sergey Sokolov ailədə də ciddi qayda-qanunun olmasının tərəfdarı olub. O, həyat yoldaşı Mariya Samoylovna ilə iki oğul böyüdüb tərbiyə ediblər. Marşalın hər iki oğlu general-polkovnik rütbəsinə qədər ucalaraq peşəkar hərbçi olublar.

Sergey Sokolov 102 yaşında vəfat edib. Heç bir xəstəlikdən ciddi əziyyət çəkməyib. Ölümündən 3 gün əvvəl isə həyat yoldaşı dünyasını dəyişib. Hər ikisi Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

Marşalın vəfatı ilə bağlı maraqlı faktlardan biri də odur ki, ən yaxın dostu, cəbhə yoldaşı Aleksandr Yefimov onun ölüm xəbərini eşidərkən elə həmin andaca ürəktutmasından vəfat edib.../yeni müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe