“Cənubi Qafqaz ölkələri Rusiya orbitindən uzaqlaşır” 

13:17 02-07-2019 | icon 29 | Geopolitika
“Cənubi Qafqaz ölkələri Rusiya orbitindən uzaqlaşır” 

İyunun 20-dən Gürcüstanda başlanmış etirazlar hələ də davam edir. Paytaxt Tiflisdə iki həftəyə yaxındır ki, aksiyalar keçirilir. Hər şey rus deputatın parlamentin spikerinin yerində oturmasının qəzəb doğurmasından başlayıb. Buna görə gürcü spiker istefa verməli olub.

 

Amma gürcülər daxili işlər nazirinin istefasını tələb edirlər. Versus.Az ın “Yeni Müsavat”a istinadən verdiyi məlumatına görə, artıq qonşu ölkədə yeni situasiya yaranıb. Söhbət Tiflisin mərkəzi Rustaveli prospektində iyunun 20-21-də keçirilən nümayişlərin dağıdılmasında istifadə edilən güllələrin öldürücü təsirə malik olması iddialarından gedir.

Məlum olub ki, xüsusi təyinatlı dəstələrin istifadə etdiyi narıncı rəngli güllələr yaxın məsafədən açılan atəş zamanı ölümcül təsir yaradır. Gürcüstan hökuməti həmin güllələri 2018-ci ildə Türkiyədən idxal edib. İstehsalçı şirkət olan “Sterling”in rəsmi internet səhifəsində həmin mərmilər öldürücü güllələr kateqoriyasında yer alıb. Güllələrin 10 metrdən yaxın məsafədə istifadə edilməsi hədəfi öldürə bilər.

“Rustavi 2" telekanalının məlumatına görə, narıncı güllələr xüsusi təyinatlı polis dəstələrinə paylanan zaman onlara istifadə ilə bağlı təlimatlar verilməyib. Nümayişlərdə 305 nəfər yaralanıb. Qarşıdurma zamanı 3 nümayişçi gözünü itirib. Xəsarət alanlardan bəziləri hələ də xəstəxanadadır. Gürcü etirazçılar rus deputat Sergey Qavrilovun spikerin yerində oturmasını hökumətin ciddi səhvi kimi qiymətləndirirlər.

“Rusiya ilə Gürcüstan arasında heç bir münaqişə yoxdur” - Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə belə düşünür. Onun sözlərinə görə, hazırda gürcü hakimiyyəti iki ölkə arasında münasibətlərə son qoymaq üçün çalışır və bunun üçün əlindən gələni edir. “Biz heç bir təşəbbüs göstərməmişik. Gürcüstanla Rusiya arasında heç bir münaqişə yoxdur”, - Matviyenko bildirib.

Gürcü müğənni Nino Katamadze isə Tiflisdəki aksiyalara dəstək üçün Moskvada konsert verməkdən imtina edib. Müğənninin ötən həftə Moskvada baş tutan “Cazz İqamətgahı” festivalında çıxışı ölkəsində kəskin etirazlara səbəb olmuşdu.

“Mən bu barədə konsertdə demişəm və istəyirəm yenə bəyan edim: Bu, mənim Rusiyada son çıxışım idi”, - deyə Katamadze yazıb. Sənətçi həmçinin Tiflisdə etirazçıların daxili işlər naziri Georgi Qaxariyanın istefaya getməsi ilə bağlı tələbinin haqlı olduğunu bildirib.

Qulamhüseyn Əlibəyli ile ilgili görsel sonucu

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, gürcülər Rusiyadan qopmaq üçün səfərbər olublar. Onun sözlərinə görə, bəzi qüvvələr Tiflisdə baş verənlərdən öz maraqları naminə istifadə edə bilər: “Halbuki rus deputatın spikerin yerində oturması lokal etirazlarla yekunlaşa bilərdi. Amma daxildə qüvvələrin əlinə bəhanə keçdi və proses genişləndi. Bütövlükdə Cənubi Qafqaz ölkələrinin Rusiyadan uzaqlaşmaq meyli müşahidə olunur. Ermənistan da Rusiyadan uzaqlaşmağa çalışır və qərbyönümlü xətt götürür”.

Q.Əlibəyli Kremlin Cənubi Qafqazdakı mövqelərini itirmək istəmədiyini düşünür: “Bunun üçün çabalar, səylər göstərir. Amma Cənubi Qafqaz ölkələrinin Rusiya orbitindən uzaqlaşması siyasəti görünməkdədir”.

Partiya sədri keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstan siyasətinə qayıtması ehtimalını belə şərh elədi: “Saakaşvili Ukrayna vətəndaşıdır, bu ölkədəki seçkilərdə iştirakı düşünür. Amma onun Gürcüstanda böyük elektoratı var, parlamentdə tərəfdarları təmsil olunur. Onu zaman göstərər ki, Saakaşvili Gürcüstanda iqtidarı götürə biləcəkmi”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe