Yay mövsümünün çimərlik dərdi

13:51 02-07-2019 | icon 19 | Sosial
Yay mövsümünün çimərlik dərdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları bu günlərdə yenidən 24-27 iyun tarixlərində çimərlik ərazilərində monitorinqlər keçirərək, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıb.

 

Versus.Az xəbər verir ki, nazirlikdən  bəyan edilib ki, əldə olunan nəticələr bundan əvvəlki nəticələrlə eyni olub. Belə ki, bir daha məlum olub ki, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün yararsız, Abşeron yarımadasındakı Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zağulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu isə yararlıdır.

 

Həmçinin Xəzərin şimal və cənub bölgələrində də monitorinqlər aparılıb. Nəticələrə görə Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisinin dəniz suyu isə çimərlik məqsədilə qeyri-qənaətbəxş hesab olunur. Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərdə də dəniz suyunun tərkibi qənaətbəxş hesab olunub.

 

Beləliklə, çimərliklərdəki dəniz suyunun yararlı və ya yararsız olması problemi ilə yanaşı Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayının getdikcə azalması, özəl, pullu çimərliklərin isə əksinə, sayının artması problemi məsələ olaraq qalmaqdadır. Baxmayaraq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti paytaxtdakı çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olması barədə dəfələrlə açıqlama verib. Çox az hallarda özəl çimərliklər bu qaydaya əməl edir. Bu azmış kimi, özəl və ictimai çimərliklərə nəzarət edənlər qanunsuz olaraq öz məkanlarına qapılar, şlaqbaumlar yerləşdirir. Nəticədə ictimai çimərliklər gözlə görünəcək dərəcədə azalır və istirahət etmək istəyənlər məcbur olaraq özəl çimərliklərə üz tutur. Yaranmış ictimai narazılığı nəzərə alaraq, departament bu günlərdə Şıx çimərliyi ərazisində monitorinq aparıb və buradakı 9 məkanda olan qapıları, şlaqbaumları götürüb. Və bir daha sahibkarlara xəbərdarlıq edib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar. Qeyd edək ki, hələ 2017-ci ildə Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı. Lakin göründüyü kimi, hələlik bu məsələ öz həllini tapmayıb.

 

Az sayda olan ictimai çimərliklərə gəldikdə isə bir faktdır ki, belə çimərliklərin əksəriyyətində təmizliyə riayət olunmur, bu məsələyə nəzarət edilmir.

Картинки по запросу Müzəffər Ağakərimov .

Mövzu ilə bağlı Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov danışıb: “İlk növbədə xatırlatmaq istərdim ki, ölkə prezidentinin ictimai çimərliklərlə bağlı 2017-ci ildə sərəncamı var. Həmin sərəncamda hər şey tam şəkildə qeyd olunub. Lakin təəssüf ki, bu qaydalara əməl olunmur. Ümumiyyətlə, çimərlik turizmi kütləvi turizmin inkişafında böyük rol oynayır. Bu səbəbdən ilk növbədə aparıcı turizm qurumu bu barədə məsələ qaldırmalı, nəticə əldə etmək üçün konkret təkliflər önə sürməlidir.  Çimərlik turizmini inkişaf etdirsək, ölkəmizə Gürcüstandan, Rusiyadan turistlər cəlb edə bilərik. Beləliklə, çimərlik turizmini inkişaf etdirmək üçün digər ölkələrin, o cümlədən Türkiyə, Fransa, İspaniya təcrübəsindən nümunə götürməliyik.

Əsas məsələlərdən biri çimərliklərdə sanitar qaydalara riayət edilməsi ilə bağlı olmalıdır. Çimərlik sahillərində təmizlik işləri aparılmalıdır.

Və ən əsası, çimərliklər pulsuz olmalı və bu qaydanı pozanlar ciddi şəkildə cəzalandırılmalıdır.  Çünki hər kəsin çimərlikdə çimmək haqqı var. Bütün çimərliklər pulsuz olmalı, yalnız əlavə xidmətlər üçün pul alınmalıdır. Hər kəs dənizə pulsuz girməlidir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

İqbal Ağazadə hökumətə səsləndi

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı