Diasporalarımız özünü doğruldurmu?

12:29 08-07-2019 | icon 30 | Siyasət
Diasporalarımız özünü doğruldurmu?

“Diaspor təşkilatlarımızın bir yumruq kimi birləşib Azərbaycan uğrunda savaşmasına ehtiyac var”

 

Beynəlxalq qurumların Azərbaycana qarşı ikilistandartlı yanaşmaları bu gün də davam edir. 30 ildir müharibə vəziyyətində yaşayan və torpaqları işğalda qalan ölkənin öz hüquqlarını bərpa etməsi və işğalçıya qarşı təzyiqlərin tətbiqinə nail ola bilməməyi heç də birmənalı qarşılanmır və bu fakt Azərbaycanın gücsüzlüyü ilə bağlı deyil. Burda daha ciddi nüanslar var: beynəlxalq aləm ərazi bütövlüyümüzü pozan işğalçını öz adı ilə çağırmır, ona qarşı hər hansı sanksiyanın tətbiqi müzakirə mövzusu deyil. Eyni zamanda işğala məruz qalan tərəfdən də münaqişənin sülh yolu ilə həlli tələb olunur. Təbii ki, sülhə önəm verən ölkə olaraq hələ ki, bu şərtlərə uyaraq danışıqlara üstünlük verir. Və belə bir şəraitdə “diplomatiya müharibəsi” önə çıxır ki, bu fakt həm də diasporaların işini ciddi aktuallaşdırır. Eyni zamanda problemin uzun zamandan bəri həll olunmaması istər-istəməz dünyaya səpələnən Azərbaycan diasporalarının rolu və milli məsələ ətrafında təşkilatlanması məsələsini tənqid hədəfinə alır. Hesab olunur ki, Azərbaycan diasporaları ölkənin ümummilli məsələlərini dünya ictimaiyyəti qarşısında yetərincə qaldıra bilmirlər. Səbəb nədir?

 

Versus.Az “Üç Nöqtə”-yə istinadən Azərbaycan diasporalarının belə bir çətin dönəmdə nə dərəcədə birlik və güc nümayiş etdirməsi ilə bağlı fikirlərini təqdim edir.

 

Həvva Məmmədova: “Diaspora təşkilatlarının vətən uğrunda birləşməsinin vaxtı çoxdan çatıb”

 

Sabiq millət vəkili Həvva Məmmədova bildirib ki, dünyada yaşayan azərbaycanlılar indiyə qədər pərakəndə şəklində fəaliyyət göstəriblər. Onun sözlərinə görə, diasporalarımızı daxildən dağıdan qüvvələr hər zaman bizi zəiflətmək məqsədini güdüb və onların arasında həmişə erməni əli olub.

 

“Bu gün də ermənilər Türkiyə ilə aramızı vurmaq üçün daim milyardlarla pul sərf edirlər. Diasporlar arasında olan parçalayıcı qüvvələrə maliyyə vəsaitləri ayrılır ki, Azərbaycan uğrunda fəaliyyət göstərən qüvvələri daxildən parçalasınlar və onları bir-birindən incik salsınlar”.

 

H.Məmmədova hesab edir ki, bu gün diaspor təşkilatlarımızın bir yumruq kimi birləşib Azərbaycan uğrunda savaşmasına ehtiyac var:

 

“Bütün azərbaycanlılar hər biri öz sahəsində çalışaraq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla torpaqlarımızı işğaldan azad etməliyik. Diaspora təşkilatlarının vətən uğrunda birləşməsinin vaxtı çoxdan çatıb”.

 

“Düşünürəm ki, diasporala

rımızın fəaliyyətində irəliləyiş olacaq”

 

  Millət vəkili Fəzail İbrahimli bildirib ki, bu gün Qarabağ uğrunda toparlanma Azərbaycan disporalarının timsalında özünü heç də yaxşı ifadə etmir. Onun fikrincə, bu sahəni inkişaf etdirmək üçün ciddi şəkildə işləmək lazımdır:

 

“Amma Diaspora Komitəsinə gənc sədr təyin olunub - Fuad Muradov. O, milli ruhu yerində olan bir gəncdir. Düşünürəm ki, diasporalarımızın fəaliyyətində irəliləyiş olacaq”.

 

F.İbrahimli Fransada yaşayan, heç vaxt Ermənistanda olmayan bir erməninin yanaşmasına diqqət çəkib:

 

“Həmin Akopyanın bir müsahibəsini oxudum. Jurnalist ona sual verir ki, sizin başqa millətlərlə fərqiniz nədir, deyir heç bir fərqimiz yoxdur, tək fərqimiz “soyqırımla” tariximizə zərbə vurulmasıdır. Jurnalist ondan həyat məqsədini soruşanda, deyir ki, məqsədi “soyqırımı” dünyaya tanıtmaqdır. Jurnalist soruşanda ki, Ermənistanda olubmu, deyir olmayıb və heç erməni dilini də bilmir. Jurnalistin “bəs bu nə eməni sevgisidir” sualına cavab verir ki, - “soyadımın sonundakı “yan” mənim ideyalarımı orda birləşdirir. Amma müstəqillikdən əvvəl “Amerikaya gedən Cəfərdən adını soruşanda “Cefrit” deyirdi. Akopyan isə deyir ki, mənim adımın sonundakı “yan” mənim gələcək məqsədlərimi müəyyən edir. Bax hər şey burdan başlamalıdır. Yaxud, biz təbliğatımız üçün Amerikada bir vəkil tutanda, artıq illərdir orda olan müstəqil erməni komitələri Ermənistanı təbliğ edirdilər. Yəni əsrin əvvəllərindən bəri ermənilərin lobbilləri, diaspor kamitələri işləyir. Biz isə cəmi 25 il ərzində bunu yaratmışıq. Biz hələ müstəqillik illərində başa düşmüşük ki, bizim diasporalarımız işləməlidir. Güman edirəm ki, Diaspor Komitəsinin qarşısında çox işlər var və irəliyə doğru addımlar atılacaq”.

 

 

 

“Azərbaycan lobbiçilik işini inkişaf etdirməkdə daha çox uğurlar qazanmağa başlayıb”

 

 

Palitoloq Qabil Hüseynli bildirib ki, bu gün lobbiçilikdə müəyyən uğurlarımız var. Məsələn, Qərbi Avropada lobbiçilik fəaliyyəti formalaşdırılır və Azərbaycan lobbiçilik işini inkişaf etdirməklə daha çox uğurlar qazanmağa başlayıb:

 

“Diaspor hərəkatı isə yerində saymaqdadır. Diaspora hərəkatının potensialını tam işə sala bilməmişik. Məsələn, Rusiyada 2 milyon yarıma qədər azərbaycanlı var. Bu potensial demək olar ki, istifadə olunmamış, təşkilatlanmamış qalır. Bizdə siyasiləşmiş diaspora təşkilatları demək olar ki, yoxdur. Bizimkilər təkcə alver, bazar, müyyən müəssisələrlə işləməklə işlərini bitmiş hesab edirlər. Amma ermənilər KİV-lərdə çalışır və Rusiyanın xarici işlər nazirliyinə qədər gedib yerləşiblər, siyasi partiyalara üzv olurlar. Yəni orda ermənilər öz ölkəsi naminə siyasi fəaliyyət göstərməyə çalışılar. Təəssüflər olsun ki, bizimkilər nə Qərb ölkələrində, nə Rusiyada, nə Ukraynada, nə də digər ölkələrdə siyasiləşmiş kütləyə çevrilə bilmirlər. Eləcə də ölkədə adaptasiya prosesi keçirib cəmiyyətdə gedən ictimai-siyasi proseslərə qatıla bilmirlər. Qatılsalar da çox az miqdarda qatılırlar. Fuad kimi qatılanar varsa da, onu deportasiya edirlər”.

 

“Bütün dünya azərbaycanlılarını Azərbaycan dövlətinin qanadı altına yığmaq lazımdır”

 

Almaniyada yaşayan hüquqşünas İlqar Altay bildirib ki, Azərbaycan xalqının diaspora şəklində dünyaya səpələnmiş xeyli hissəsi var və bu, onların xaricdə təşkilatlanmasını, birliyini, ölkə və xalq üçün əlaqələndirilməsini tələb edir. İ.Altay hesab edir ki, bu, həm xalqın mühacir hissəsinin xaricdə assimilyasiya olunmaması, həm də ümumi vahid birliyinin güclənməsi baxımından önəmlidir:

 

“Xaricdə ictimai-siyasi, diaspora tipli təşkilatlarımız çoxdur. Amma onların əksəriyyətinin mövqeyi, fəaliyyəti və davranışı məni qane etmir. Çünki onların arasında sırf xalq, vətən, dövlət üçün çalışan, necə deyərlər, vətən, dövlət üçün döyünən ürək və mütəşəkkillik istiqamətində koordinasiya görmürəm. Xaricdə olan həmyerlilərimizin əsas fəaliyyətləri daha çox özünə qulluq və öz koorporativ maraqları naminə bir-birinə qarşı yönəlməkdən ibarətdir”.

 

İ.Altay bildirib ki, bütün dünya azərbaycanlılarını Azərbaycan dövlətinin qanadı altına yığmaq lazımdır:

 

“Dövlətdən mümkün qədər mənəvi və maddi dəstək göstərilərsə, onları yaxşı təbliğatçıya çevirməklə hər birinin şüuruna “Azərbaycan-ana vətən” ideyasını yeritmək olar. Bu da dünyada yaşayan sıravi azərbaycanlıların dövlətimizin düşmənlərinə qarşı bir sipər, etiraz amili kimi dayanmasıdır. Dünyada uğur qazanan hər bir azərbaycanlı isə təbii ki, özünün əhatə olunduğu çevrədə ölkəsinin adını təmsil edən, yerli əhali arasında dövlətinə rəğbət qazandıran bir elçi olacaq. Bu yöndə ideyalar çoxdur”.

 

İ.Altay deyib ki, bu məsələlərdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət düşür və bu qurum iş prinsipini yenidən qurub fəaliyyətini gücləndirməlidir. Təbii ki, xüsusilə mühacirətdə olan ictimai insanlar da bu istiqamətdə maarifləndirmə işini gücləndirməlidirlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe