Şirvan xanı Qasım xanın xanlıq möhürü tapılıb

20:48 08-07-2019 | icon 43 | Cəmiyyət
Şirvan xanı Qasım xanın xanlıq möhürü tapılıb

Vüersuz.az xəbər verir ki, t.ü.f.d. Fariz Xəlilli bu günlərdə Şirvan xanı Qasım xana aid olan xanlıq möhürünü aşkar etdiyini bildirib.

 

Alim söylədi ki, indiyə qədər möhürü bu ailə qoruyub. Bundan sonra bu əşyanı yenə də özlərində saxlayacaqlar, ya hansısa muzeyə verəcəklər – buna özləri qərar verməlidirlər.

 

Qasım xanın və nəslinin ictimai-siyasi fəaliyyətini uzun zamandır araşdırdığını söyləyən alim qeyd edib ki, möhürü Qasım xanın nəticəsi Ağarəzi xan Qasımxanovun nəvəsi, hazırda Bakı şəhərində yaşayan Xanlar Qasımxanovla görüşü zamanı onların ailə sənədləri içərisində görüb.

 

Qeyd edək ki, möhürün dəstək hissəsi metaldan (tunc), möhür hissəsi isə sədəfdən hazırlanıb. Eni 29 millimetr, uzunluğu 33 millimetrdir. Möhürün üzərində "Lə iləhə illəllah əl-məlikül-haqqül-mübin. Əbduhu Muhamməd Qasım. 1210" yazılıb.

 

Tərcüməsi belədir:

Açıq-aşkar Haqqın sahibi ondan başqa ilah olmayan Allahdır. Onun bəndəsi Məhəmməd Qasım. Hicri 1210-cu il (miladi 1796-cı il)".

 

Daha sonra F.Xəlilli Qasım xan Sərkar sülaləsindən Şirvan xanı Məhəmməd Səid xanın Mahpəri xanımdan oğlu olduğunu bildirib. Qasım xan1763-cü ildə Ağsuda anadan olub. Quba xanı Fətəli xan Şirvan xanının ailəsini qətlə yetirərkən, Qasım xan qardaşı Əsgər xan və əmisioğlu Mustafa xanla Osmanlı sultanına sığınıb. Fətəli xanın ölümündən sonra isə Şirvana qayıdan Qasım xan qardaşı Əsgər xandan sonra Şirvanı idarə edib. Şirvan bəylərinin və Sərkar ailəsinin yekdil rəyi ilə onu Mustafa xan əvəzləyib. Bundan sonra Qasım xan İsmayıllı rayonunun Qalacıq kəndi ərazisində yerləşən öz adı ilə adlanan Qasım xan qalasına çəkilib. O, buradan Quba xanı Şeyxəli xan və Rusiya çariçası II Yekaterina ilə əlaqə saxlayırdı. 1796-cı ildə qraf Valeryan Zubov Şirvana hücum edərkən Mustafa xan müqavimətin mənasız olduğunu başa düşüb paytaxt Ağsunu tərk edib. Qasım xan Zubovun Ağsu ətrafındakı düşərgəsinə gələrək onun razılığı ilə ikinci dəfə Şirvan xanlığına sahib olub. Salnamələrdə Ağsu ətrafındakı görüşün rəsmi də verilib. Lakin Zubovun Şirvanı tərk etməsindən az sonra Şirvan bəyləri Mustafa xanı yenidən dəvət ediblər. Qasım xan Şirvan xanlığını iki dəfə olmaqla cəmi iki il idarə edib. Mustafa xanın Rusiya çarlığının hakimiyyətini qəbul etməsindən sonra Qasım xanla münasibətləri normallaşıb, Qasım xan Mustafa xanı İran mühacirliyi zamanı müşayiət edib. Qasım xan 1828-ci ildə İranda vəfat edib, Bahrud qəbiristanlığında dəfn olunub. Mustafa xanın 1831-ci ildə Şirvana qayıtmasından sonra Qasım xanın ailəsi də geri dönüb.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ