“AXCP sədrinə qarşı şər-böhtana başlayıblar”

10:16 09-07-2019 | icon 45 | Siyasət
“AXCP sədrinə qarşı şər-böhtana başlayıblar”

Tural İrfan: “Tribunalarda böyürə-böyürə, yığıncaqlarda boğuşa-boğuşa ömür sürürsünüz…”

 

“Özünü Qarabağ əzabkeşi kimi qələmə verən İlham İsmayıl, bir də ona qoşulmuş bir iki nəfər AXCP sədri Razi Nurullayevə qarşı şər-böhtan, şantaj kompaniyası aparmağa cəhd edirlər”.

 

Versus.Az-ın məlumatına görə, bunu AXCP sədr müavini Tural İrfan öz aşıqlamasında bildirib.

Sədr müavini qeyd edib ki, həmin şəxslər Razi bəyin Dağlıq Qarabağ haqqında rus dilində yazılmış yazısından kontekstdən çıxarılmış bir hissəni götürərək ağıllarına və ağızlarına gələn kimi yozub guya "şərh" ediblər:

 

“Guya Razi bəy xalqa təslimçiliyi və geri çəkilməyi aşılayır və sair... Əvvəla qeyd edim ki, gözləri bir-biri ilə didişmədən açılmayan bu zavallı zümrə özləri o qədər sifarişlərə qulluq ediblər ki, Razi bəyin bu yazısını, hətta seçki ərəfəsində nüvə silahı ilə bağlı fikrini də sifariş sayırlar. Əslində onların özləri əsl sifarişlə və kimlərinsə yalı ilə danışırlar”.

 

Tural bəy vurğulayıb ki, Razi Nurullayev Dağlıq Qarabağ məsələsində belələrinin sadəcə qaraküy mövqe göstərməsindən fərqli olaraq, həmişə ortaya mövqe, (hətta bu gün elələrinin özlərinin də müzakirə etməyə məcbur olduqları) fikir, real təklif qoyub:

 

“Razi bəy əslində Qarabağ məsələsinin ilk mərhələdə siyasi yolla, sülh yolu ilə həllinin mümkünlüyünü və vacibliyini vurğulayıb. Çünki qan tökülməsi, xalqın övladlarının qırılması həm bizim, həm də dünya üçün maraq kəsb edən amil deyil. Qarabağ məsələsinin sülhlə həllində siyasi iradənin yarıtmazlığını və uzun illərdir bu problemin uzanmasının çıxış yolu olmadığını düşünərək öz siyasi fikrini ifadə edib. Lakin savaşı da hər zaman labüd sayaraq dəfələrlə Vahid Qərar Şurası yaradaraq bütün iqtidarlı-müxalifətli ümummilli birlik yaradaraq hərb yolu ilə torpaqları azad etməyi təklif edib. Habelə savaşa başlamazdan qabaq dünyanın əsas güc dövlətlərini də neytrallaşdırmağı şərt sayıb qaytarılan torpaqların əldə saxlanmasının vacibliyini diqqətə çatdırıb. Razi bəy problemin ümumunun həll olunmayaraq əbəs yerə zaman-zaman günahsız insanlarımızın qanının tökülməsinin faydasız olduğunu qeyd edib və haqlıdır. Sizin üçün xalqın övladlarının qanı bəlkə də ucuz gəlir, özünüz tribunalarda böyürə-böyürə, yığıncaqlarda boğuşa-boğuşa ömür sürürsünüz, xalqın balası da şəhid olur”.

 

AXCP yetkilisi hesab edir ki, uzun illərdir yalançı vədlərlə, savadsız və pafoslu çıxışlarla xalqı əsas məramından yayındırmağa cəhd edən sağlam siyasi liderlərə qara yaxan "kəs"lərin səsini elə xalqımızın özü də kəsməlidir və kəsəcək də:

 

“Razi bəy hətta Qarabağın azadlığı naminə Pakistanla nüvə məsələsini qeyd etmişdi. Çünki nüvə dövləti ilə lazımi sazişlərin və müqavilələrin olması düşmən Ermənistana və onu müdafiə edən güclərə təziq vasitəsi sayıla bilər. Dağlıq Qarabağın qayıtmasına doğru bircə addım atmayan bəzi vətənşüvənlər nə vaxt beynəlxaq arenada, ya xarici səfirliklər önündə aclıq aksiyaları keçirdilər, nə vaxt ağlabatan bir təklif verdilər ki, indi özlərini qəhrəman sayırlar? Ar olsun belə şarlatanlara”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Azərbaycana sızan Rusiya “sevgisi”

Kəsik qolların harayı və "Amerika idealizmi"

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub