Kəsik qolların harayı və "Amerika idealizmi"

20:58 10-07-2019 | icon 80 | Köşə
Kəsik qolların harayı və "Amerika idealizmi"

Əvəz Zeynallı ilə Rey Kərimoğlunun menyüsünə

İGİD TEYMURLU

 

"Amerikan idealizmi"nin günəşi 250 ildir insanlığa xidmət edir"...

Bunu özünü BÖYÜK AZƏRBAYCAN sevdalısı kimi aparmağa çalışan ƏVƏZ ZEYNALLI deyir.. Özünü QAZİ kimi təqdim edən REY KƏRİMOĞLUnun da fotosu Əvəzlə bərabər Amerika bayrağının yanından boylanmadadır....


Rəhmətlik Yetim Eyvaz yəqin belə yanaşmaları görəndə deyib ki, "əhhh, kül sənin başına, ay Azərbaycan!"...


Əvəz Zeynallı, məlumun olsun ki, o Amerikanı məndən və səndən də yaxşı tanıyan Bernard Şou var haaa, o bilirsən nə deyib? Bernard kişi söyləyib ki, "Amerikada Azadlıq heykəli!!?... Heç mənim şoularımdakı istehzalarım belə bunun mində biri deyil!!"...


Əvəz Zeynallı, zənn etmirəm ki, qartıyan dərdlərimizlə bağlı həqiqətləri sən heç də məndən az bilmirsən. Və bəlkə də bununla bağlı daha çox bilgiyə sahibsən. Öyləsə, bu trərzdə davranmağının adı nədir?


Yaxud, görən şəkil çəkdirdiyin Rey Kərimoğludamı sənin “Qaynar Qazan”ındakı təamlardan nuş etmədədir. Poblemlərimizin həllinə münasibətdə passiv mövqe tutan, yanlış yanaşmalar sərgiləyən millət vəkillərinin davranışlarına etiraz əlaməti olaraq elə həmin parlament salonunda özünü lezvalamaq istəyən bir qazinin 27 il ərzində Qarabağ dərdimizin kimlər tərəfindən Şeytan bacarığıyla düyünlənməsini hələ də özü üçün çözə bilməməsi mənə qəribə görünür. Rey bəy bunu çözsəydi, nə orada olar, nə də səninlə birgə şəkil çəkdirməzdi.

Bu da etirazın bir formasıdır, əziz qardaşım Əvəz Zeynallı. Sizlər Amerika səfirinin, Rusiya səfirinin, Fransa səfirinin dəvətlərini tam zamanında qoltuqlarına verib yola salsanız, onlar da bundan nəsə anlayar, nəsə duyarlar.
Amma sizlər neynirsiniz!?


Sizlər də sevərəkdən o dəvətləri qəbul edir, bunu özünüzə fəxr bilib, hələ bir selfi də paylaşırsınız. Bax elə bu davranışlarınız da rəhmətlik Şounun istahzalarını xatırladır...


Bəyəm siz bilmirsinbiz ki, Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika da Azərbaycanın Qarabağ problemini millətimizə unutdurmaqla, dərdimizlə oynamaqla məşğuldur. Əgər belə olmasaydı, bu 27 ildə ortalıqda nəsə olmalıydı...


Olmalıydı, ancaq olmadı!!!!
Amma elə həmin Amerika, həmin Fransa, həmin Rusiya 5-6 ilə qoca Şərqin anasını ağlatdılar, özləri üçün gərəkən bütün addımları atdılar!!!!
27 ildir ki, yurd itkisinə dözüb duran bu millətin heysiyyatıyla oynayan elə həmin Amerika, elə həmin Fransa, elə həmin Rusiya deyilmi!?


20 Yanvar faciəmizə, deportasiyalara, Umudlu, Qaradağlı, Xocalı soyqırımına bığaltı gülən, bölünmüş xalq statusumuzu tanımayan, Güney Azərbaycanda, Rusiyada türklərin assimilyasiya olunmasına göz yuman, indiki İranda, Gürcüstünda, bütövlükdə Qərbi və Mərkəzi Avropada türk toponimlərinin zorən dəyişdirilərək tariximizin yer üzündən silinməsinə “ləbbeyk” deyən, Çindəki faşist rejimi tərəfindən uyğurların soyqırımını görməzliyə vuran, Kərkük türklərinin az qala yer üzündən silinmə proyesini nimçə üstündə qaniçənlərə təqdim edən, 12 min illik Şumer mədəniyyətinin altını üstünə çevirməklə sivilizasiyanın beşiyini darmadağın edən, ilin, günün bu vaxtında pərdəarxası oyunlarla irqi və dini ayrıseçkiliyi özünün dövlət siyasəti səviyyəsinə qaldıran sizin təbirinizcə desəm, “insanlığa xidmət edən” elə bu dövlətlər deyilmi, əfəndilər!? 
BUDURMU "AMERİKANIN İNSANLIĞA XİDMƏT ETMƏSİ"!?...


"Amerikan idealizmi"nin günəşi 250 ildir insanlığa xidmət edir" deyən dostum və qardaşım, Əvəz Zeynallı, sən Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika və Amerika timsallı dövlətlərin Azərbaycanın Qarabağ problemini millətimizə unutdurmağa çabalarını görmürsənmi!? 27 ildir ki, bu həmsədrlər bütün mümkün vasitələrdən istifadə etməklə bizləri qılınc qurşanmaqdan yayındırır, bax elə indi sizin kimi öz dərdlərimizə qol götürüb oynamağa sövq edirlər!!!


27 ildir ki, yurd itkisinə dözüb duran bu millətin heysiyyatıyla oynayan elə həmin Amerika, elə həmin Fransa, elə həmin Rusiya deyilmi, Əvəz Zeynallı!?


Siz nə yapırsınız, əfəndim!? Qərbin bizə sırımaq istədiyi demokratiya deyilmi Bizi Bizdən ayıran!? 
Dünyanın dörd bir yanında insanlığı məhv edib, hər ilin sonunda bir hinduşkaya azadlıq bəxş edən Amerikadan sayrışan parıltılar gözlərinizi bunca qamaşdırmasın, əfəndilər!!!
Sizlərədəmi insanlığa xidməti belə öyrədiblər? 


Əgər bütün bunlar demokratiyanın, “insanlığa xidmət”in göstəricisidirsə, onda məni üzürlü sayın, tüpürüm bu demokaratiyaya!!


9 min kvadrat kilometrlik əraziylə beynəlxalq hüquqda dövlət kimi tanınan Ermənistanın bugünkü sınırları Azərbaycan torpaqlarını işğal etmək hesabına 30 minə yaxınlaşıb. Dədə-baba yurdlarımız elə həmin Amerikanın, elə həmin fransızın bu va ya digər formatlı yardımları hesabına işğal olunub. Dünyadakı 6 minə yaxın xalqın içində yeganə toplum olaraq dədəsi, nənəsi bilinməyən elə həmin rusun birbaşa yardımıyla Azərbaycanın iç probleminin həlli bir düyünə düşüb. Və bu düyünü daha qabarıq şəkildə bir az da açılması mümkün olmayan hala gətirən elə həmin “insanlığa xidmət” edən supergüclərdir.
BUDURMU "AMERİKANIN İNSANLIĞA XİDMƏT ETMƏSİ" 


Bunu sən Əvəz Zeynallı bəyəm bilmirsən!? 
Əvəz Zeynallı, əgər sən bütün bunları bilmirsənsə, onda “Qaynar qazan”da qaynatdıqların da yalxı sudan başqa bir şey deyil. 


Yazıqdı bu millət, qardaşım! Şəbəkələşdirdiyiniz mətbuatla milləti itirdiyimiz yurd, yuva, torpaq, el, oba fonunda bizləri amerikanların, fransızların və rusların əliylə bu biabırçı reallıqla barışdıracaq hala kökləməyin!!!
Etməyin, lütfən, etməyin! 


O Amerikanın unutduğu Qarabağın səması üstündə bu gün də qıy vuran 713 SAYLI hərbi hissədən olan qardaşımın Kəsik Qolu, Kəsik Qıçı var, Əvəz Zeynallı!


O Amerikanını unutduğu Laçınımda 713 saylı hərbi hissədən olan Şəhid qardaşlarımın əsir qəbirləri var!!!
O Amerikanın unutduğu Kəlbəcərimdə, Ağdamımda, Füzulimdə, Zəngilanımda, Cəbrayılımda, Qubadlımda, Şuşamda, Xocalımda, Ağdərəmdə, Xankəndimdə, Xocavəndimdə tapdalanan heysiyyatım, tapdalanan qürurum var!!!


Əvəz Zeynallı, Amerika səfirliyinin təşkil etdiyi o ziyafətlərdə o şvetsarski stollara düzülən təamlardan Rey Kərimoğluyla birgə nuş edəndə bunu unutmayın, əfəndim.


Açın pəncərələri, Qarabağdan, Göycədən, Zəngəzurdan, Dağ Borçalıdan, Qarayazıdan, Güney Azərbaycandan əsib gələn mehi dinləyin. Görün “insanlığa xidmət edən Amerika”nın şərəfinə söylədiyiniz o tostlara müqabil sizin bu halınıza nələr söyləyəcək o yurd yerindən külək fornasında əsib gələn şəhid qardaş və bacılarımızın Nigaran Ruhları!?..


O Nigaran Ruhlar da elə belə söyləyəcək, Özünüzə qayıdın, əfəndilər. Sizin Amerika idealizmindən danışmağınız da Bernard Şounun istehazlarını belə üstələyib. Özünüzə qayıdın, Amerika səfirinin söylədiklərini deyil, Oğuz Xaqnımızın Öygüsünü bu xalqa çatdırın. Ulu Xaqanımız söyləmiş ki, “Özünüzə qayıdın, siz Özünüzə qayıdanda Böyük olursunuz!”…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ