O, xalqımızın qənimət övladlarından biridir...

12:13 11-07-2019 | icon 37 | Cəmiyyət
O, xalqımızın qənimət övladlarından biridir...

 

ELMAN ELDAROĞLU

/ABŞ, Miçiqan/

 

Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq. İkincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə olduğu kimi, yəni çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdəndir...

 

Hər zaman axtarışdadır. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirir. 30 ildən çox olar ki, M.Ə.Rəsulzadə irsinin tədqiqinə vaxt ayırır. Bu mövzuya sədaqətlidir. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlir...

 

Belə alimlər həm də xalqın canlı sərvətləridir. Onları qorumaq, ehtiram göstərmək, məişət qayğılarını yüngülləşdirməyə çalışmaq lazımdır. Onların ərsəyə gətirdiyi hər əsər qiymətsiz xəzinə kimi xalqın sabahına bir mirasdır...

 

Özünü bir dəfə də olsun belə görməmişəm. Amma onu sevən minərlə insandan biri də mənəm. Bu sevgi əbəs yerə yaranmayıb. O, bunu yaradıcılığı ilə haqq edib...

 

Belə insanların siyasi əqidəsi, ifadə etdiyi kəskin fikrlər kimlərinsə xoşuna gəlməyə bilər, lakin bir vacib məsələni unutmaq lazım deyil ki, o, Azərbaycan xalqının qənimət övladlarından biridir. Olub keçənlərin tarixini yaza-yaza özü də tarixə çevrilib...

 

Deyirlər, alim olmaq asandır, insan olmaq çətin. Amma əsl alimlərə ən böyük dəyəri İslam peyğəmbəri verib; alimin qələminin mürəkkəbi şəhid qanına bərabərdir. Bəli, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu məhz belə alimlərdəndir…

Sevinirəm ki, ölkə rəhbəri bir sıra ziyalılarla yanaşı, uzun illərdir cümhuriyyət tarixini araşdıran Nəsiman Yaqublunu da "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edib. Bəlkə də bu bir başlanğıcdır. İnanıram ki, Nəsiman Yaqublu nə vaxtsa dövlətimizin ən ali mükafatlarına da layiq görüləcək...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Partiya sədrindən AXC-nin yaranmasının 30 illiyi ilə bağlı TƏBRİK

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe