“İslam Sivilizasiyası Qafqazda”

12:48 11-07-2019 | icon 14 | Cəmiyyət
“İslam Sivilizasiyası Qafqazda”

II Beynəlxalq Simpoziumu öz işinə başlayıb

 

Bu gün Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb.

 

Trend-in məlumatına görə, öncə Simpozium iştirakçıları Fəxri xiyabana gələrək, Ümummilli Lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül çələngləri düzüblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da ruhu anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

 

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.

 

Məlumat üçün bildirək ki, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu 11-12 iyul 2019-cu il tarixdə keçiriləcək. İki gün sürəcək Simpozium açılış mərasimi və panellərlə davam etdiriləcək. Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin Simpoziumda məruzələrlə çıxışları nəzərdə tutulur.

 

Qeyd edək ki, “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumu ulu öndər Heydər Əliyevin 22 fevral 1998-ci il 755 nömrəli Sərəncamına əsasən, 9-11 dekabr 1998-ci il tarixdə Bakıda keçirilib.

 

İki gün davam edəcək Beynəlxalq Simpozium açılış mərasimi və panellərlə davam etdiriləcək.

Tədbirdə 100-dən çox məruzəçinin məruzələri 11 paneldə – “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”; “Qafqazda İslam elmlərinin inkişafı”; “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”; “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”; “Qafqazda İslamın yayılması”; “Qafqazda multikulturalizm”; “İslam Sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq”; “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”; “Çar Rusiyasının Qafqazda İslam siyasəti”; “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzularında dinləniləcək.

Konfransın materialları kitab şəklində çap olunacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Azərbaycana sızan Rusiya “sevgisi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

Avrasiya Universitetində “Ərəbşünaslıq mərkəzi”nin açılışı olub

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü

Canlı yayında İsgəndər Həmidov müəmması (VİDEO)

Miço Kapoya oxşamaq istəyən Türkiyədə yaşayan azərbaycanlı